329
Bəzən yanlış olaraq uşağın oyun prosesində özünü
göstərən fantaziyanın, necə deyərlər, «çox yüksəkdən uçuşunu»
uşaqlarda təxəyyülün böyüklərə nisbətən daha çox inkişaf
etməsi kimi qiymətləndirirlər. Əslində isə uşaqlarda təxəyyülün
inkişafı böyüklərə nisbətdə aşağı səviyyədə olur.
Uşağın həyat təcrübəsi çox az, bilikləri məhdud olduğun-
dan o, bu və ya digər təxəyyül obrazını yaradarkən obyektiv
varlığa xas olan qanunauyğunluqları nəzərə almır, həyatı
reallığı pozur.
Oyun prosesində uşağın duyğuları, qavrayışı, hafizəsi və
təfəkkürü inkişaf edir və bütün bunlar onun təxəyyül
fəaliyyətinin də inkişafına səbəb olur. Getdikcə uşağın təxəyyül
fəaliyyəti keyfiyyət dəyişmələrinə uğrayır. Məsələn, 3-4 yaşlı
uşağın oyununda müəyyən bir predmet başqa bir predmetin
əvəzləyicisi kimi istifadə edilir. Uşaq kibrit qutusunu beşik, ki-
britin dənələrini isə uşaq, çağa kimi hesab edir və öz oyununu
qurur. Göründüyü kimi burada əvəz edənin əvəz edilənə
oxşaması o qədər də vacib deyil. Lakin 5-6 yaşlı uşaq heç za-
man oxşarlıq baxımından bu qədər bir-birindən uzaq olan
/kibrit qutusu-beşik/ predmetləri öz oyununda biri digərinin
əvəzləyicisi /bədəli/ kimi götürməz. Bu yaşda təxəyyüldə
yaradılan obrazların əvəzləyiciləri, real olanın özünə müəyyən
dərəcədə oxşaması uşaq tərəfindən zəruri sayılır. O, oyuncaq
gəlinciklərdən, maşınlardan, kürək
və
dırmıxdan, su
qablarından və s. istifadə edərək oynunu qurur.
Beləliklə də təxəyyül xüsusi bir psixi proses olmaq
etibarilə uşağın oyun prosesində inkişaf edən qavrayış, hafizə
və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe tu-
tur. Bu psixi proseslərin inkişafı ilə təxəyyülün inkişafı
arasında qarşılıqlı təsir mövcud olur.
IV. 12. 5. Təxəyyül və yaradıcılıq
330
Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir
ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində
yeni əsərlər meydana gəlir. Yaradıcılıq sözün hərfi mənasında
nə isə yeninin yaradılmasıdır.
Adətən yaradıcılıq dedikdə insan fəaliyyətinin o sahəsi
nəzərdə tutulur ki, bu fəaliyyətin sahəsində nə isə yeni bir
ideya, nəzəriyyə, qanun (elmi yaradıcılıq), yeni maşın, mex-
anizm (texniki yaradıcılıq), yeni bir bədii əsər (bədii
yaradıcılıq) yaranır. Rus psixoloqu S.L.Rubinşteyn yaradıcılığa
belə bir tərif vermişdir: «Yaradıcılıq insanın xüsusi növ
fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və mənəvi
dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət eti-
bari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də
azdır. Ona görə ki, hər cür idrak fəaliyyəti elə insanın
fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır».
Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri,
onun duyğu, qavrayış, hafizə, təfəkkür və təxəyyülü iştirak
edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün
rolu daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə bədii
yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir.
Hər bir ədəbi–bədii əsər ideya məzmuna malik olur. Sənətkar
yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq konkret
obrazların vasitəsilə əks etdirir.
Obrazları yaradan isə yazıçının bədii təxəyyülüdür. Bədii
təxəyyülün mahiyyəti yeni obrazlar yaratmaqdan ibarətdir.
Məhz
bu
obrazlar
yazıçının
ideyalarının, fikirlərinin,
düşüncələrinin daşıyıcısı funksiyasını yerinə yetirir.
Ədəbi-bədii
yaradıcılıqda
mühüm
rol
oynayan
təxəyyülün gücü onda ifadə edilmir ki, sənətkar həyati
reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin, əksinə
yazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki, on-
lar özlərinin həyati qavrayışlarını həyatın tələblərinə, özünün
ideyasına uyğun bir şəkildə elə dəyişdirir, birləşdirir, yenidən
331
işləyir ki, tamamilə yeni, əyani obrazlar yarada bilirlər.
S.Rəhimov «Saçlı» romanındakı Kosa surətinin yaradılması
haqqında yazır ki, «bir kosa kənddə uşaqlıq yaşlarından ona
tanış idi, sonra bu kosanın birini də mən Laçında gördüm, daha
sonra bir kosaya da Noraşen rayonun Qıvraq kəndində rast
gəldim. Lakin bu üç kosanın heç biri hələ də «Saçlı»dakı Kosa
deyildir, üç kosa mənə ancaq zahirən material vermişdir.
Bəs, «Saçlı»dakı kosanın daxili aləmi? Qulluq mərəzi,
dolaşıq imza yaratmaq həvəsi haradan gəlmişdir? Deməliyəm
ki, bu bir lopabuğ kişidən, bizim raykomda xidmət edən, bir
çox adamın başına ağıl qoymaq istəyən bir adamdan
gəlmişdir».
Yəni, üç kosadan, bir lopabuğdan «Saçlı»dakı Kosa
düzəlmişdir. Bütün bu dediklərimiz belə düşünməyə əsas ver-
mir ki, bədii yaradıcılıqda yaradıcının təxəyyül fəaliyyəti heç
zaman obyektiv reallıqdan uzaqlaşa bilməz. Əgər belə olsaydı,
onda bizim nağıllarımız, əfsanələrimiz yarana bilməzdi. Lakin
insanın təxəyyülü nə qədər əcayib, qərayib, fantastik obraz
yaradırsa yaratsın, onun ayrı-ayrı bütün elementləri real
həyatdan götürülür. Bu cür təxəyyül obrazları həyatın müəyyən
tərəfini vasitəli şəkildə əks etdirir. Yazıçının təxəyyül fəaliyyəti
yazıçıya gələcəyə baxmaq, gələcəyi qabaqcadan xəbər vermək
imkanı verir. Böyük S.Vurğun «Bakının dastanı» poemasında
təxəyyülünün yaratdığı obrazlarla gələcəyə belə baxır:
Bakı! Gecə! Yadımdadır üç il qabaq
Sahil boyu şölə saçan çırağbanlar!
Yanacaqdır! Yanacaqdır yenə onlar.
Ulduz kimi qatar-qatar alışaraq,
Yenə hilal şəklindəki qızıl kəmər
Dolanacaq kərdəninə bu dənizin.
O vaxt bu sahilin ağ şamları
Min toy qurub neçə gəlin köçürəcək.
Ah, o zaman bizim Bakı axşamları
Bir ilahi əfsanə tək görünəcək!
Dostları ilə paylaş: |