337
münasibətlərin təzahür formalarını ifadə edir. Ona görə də
emosiyaları, hisslərin təzahür formaları kimi başa düşmək
lazımdır. Emosiyaların inkişafının ali səviyyəsi davamlı
hissləridir. İnsanlar öz hisslərini emosiyalar formasında
yaşayırlar.
Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab
olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri
zənginləşdirir və xatirələrə dinamiklik verir. İnsan hiss və
emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji,
psixoloji, sosial gərginliklərdən azad olur. Bu psixoterapevtik
funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.
Təsəvvür edin ki, siz yalnız düşünən, hərəkət edən, lakin
hiss etməyən varlıq olsaydınız nə baş verərdi?
Hiss və emosiya əslində bədənlə şüurun birgə
fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır. Hiss və
emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür, təxəyyül və
orqanizmin mürəkkəb kombinasiyasıdır.
İnsanın idrak fəaliyyətində hisslərin rolu. İnsanın psixi
həyatı çoxcəhətli, rəngarəng olsa da o vəhdətdədir. İdrak
prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül,
nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü
qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental
əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən
istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini
fəallaşdırmaq yolu ilə, təlim prosesinin məhsuldarlığını
yüksəltmək olar.
Təlim prosesində öyrəncilərin emosional cəhətdən
fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi
meydana çıxır.
İnsan hafizəsi adətən seçici xarakter daşıyır. Hafizənin bu
önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır.
Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və
hadisələrə münasibəti ilə müəyyən olunur. Başqa sözlə desək
insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı
338
(söz, hərəkət, hadisə, cism, və s.) yaddaşda daha yaxşı
saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli
bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmişdir.
«Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala
çatıdan qorxar» tipli atalar sözləri empirik surətdə hisslərin
hafizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.
Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar
psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut
olunmuşdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün
qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün
qavramır. Yaxud da əksinə insan sevinc hissini yaşayanda,
sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin,
insanların yalnız yaxşı cəhətini görür, onları dəyişdirmək
istəmir, olduğu kimi qavrayır, tənqidi münasibət bəsləyə bil-
mir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi hissi-
nin qavrayışa göstərdiyi təsir ön plana çəkilir.
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış və hafizə
prosesləri ilə məhdudlaşmır. Təfəkkür, təxəyyül və nitq kimi
idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən
ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkişaf etdirilməsi
müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır. Təhsil
müəssisələrində
təlim-tərbiyə
işlərinin
bu
istiqamətdə
qurulması daha da ahəngdar, kamil şagird şəxsiyyətinin
formalaşdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə
hiss arasında funksional – genetik əlaqə mövcuddur. Yeni
təhsil konsepsiyası şagirdin, tələbənin təfəkkürünü inkişaf
etdirməyi əsas məqsəd kimi qarşıya qoyur. Bu yolda hafizə
artıq köməkçi vasitəyə çevrilir. Mütəxəssislərin fikrincə son
dövrdə bir çox yerlərdə, təhsil son dərəcədə rasionallaşdırılıb
və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv – emo-
sional duyumu öləziyir. Nəticədə insanlar arasında laqeidlik,
etinatsızlıq, biganəlik, soyuqluq əmələ gəlir. Odur ki, şagird
təfəkkürünün fəallaşdırılması, onun inkişafı hiss və emosiya-
339
lardan təcrid olunmuş halda yox, onunla vəhdətdə, onun
köməyi ilə həyata keçirilməlidir. Eksperimental şəkildə sübut
olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb
fikri və praktik məsələnin həlli subyektiv surətdə mümkün
deyildir. Odur ki, hər hansı mürəkkəb məsələ iki planda həll
edilir: 1) emosional, 2) intellektual.
Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipi-
nin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan
sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır.
Məsələnin emosional planda həlli, onun intellektual planda
həllini surətləndirir. Belə ki, emosiyalar idrak proseslərini
nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın,
hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.
Müasir təlim nəzəriyyəsinin mühüm tələbi - şagirdlərin
təfəkkürünün inkişaf etdirilməsi problemini yalnız hiss və
emosiyaların fəallaşdırılması zəminində, təfəkkürlə hissin
vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.
Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində
mühüm rol oynayır. O, ilk növbədə hissləri fəallaşdırmağın
başlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək
peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da
rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə münasibəti
dəyişir və tələbə daha səylə oxumağa başlayır. Təxəyyülün
aktivləşdirilməsi
tələbənin
emosional
cəhətdən
fəallaşdırılmasının önəmli şərtlərindən biridir.
Beləliklə, idrak poseslərinin motivasiya əsası bilavasitə
hisslərlə bağlıdır. Hiss və emosiyaların köməyi ilə şagirdlərin
idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji
tələblərdəndir.
IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri
Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz
Dostları ilə paylaş: |