346
alınması da zəruridir.
Affektlər. Affektlər surətlə yaranan, qüvvətli, nisbətən
tez keçib gedən emosional hallardır. Affektlər insanı tez
bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə
səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi
qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır.
Adətən, insana qarşı ədalətsiz, normalara uyğun gəlməyən,
mənliyə toxunan hərəkətlər onu bir anda, sürətlə özündən
çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb olur. İnsan
bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır. Onun
bütün hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji
affekt adlanan bu hal tez də keçib gedə bilir.
Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) –
insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fi-
ziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və
məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısındaqaldıqda
keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress – insanın keçir-
diyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin
emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır.
Belə ki, stress halı bəzi vaxtlarda insanın məqsədyönlü
fəaliyyətinə pozucu təsir göstərir, bəzən isə əksinə qüvvə və
enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir göstərməklə,
çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır.
Bu mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi
adaptasiya sindromu» adlandırmış və onun üç mərhələdən
ibarət olduğunu göstərmişdir: 1. həyəcanlanma. 2. müqavimət.
3. əldən düşmə və üzülmə. H.Selye stressi – hər hansı
fövqaladə təsirə qarşı qeyri – spesifik müdafiə reaksiyası
adlandırmışdır. Deməli psixi proseslərin diqqətin, qavrayışın,
hafizənin, təfəkkürün gedişinə dolaşıqlıq yaradan psixi
vəziyyəti distress adlandırmaq olar. Uzunmüddətli distress
vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu,
keçəllik, diş tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji
stress emosional və informasion stressə bölünür. Emosional
347
stress təhlükəli, çətin, qorxulu şəraitdə özünü biruzə verir. Belə
olan halda psixi fəaliyyətin gedişində neqativ məzmunlu
dəyişiklik təzahür edir. İnformasion stress isə informasiya
gününün həddən ziyadə çoxluğu nəticəsində tapşırığın
öhdəsindən gələ bilməkdə özünü göstərir.
Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər,
yaradıcılıq müvəffəqiyyəti, xoşa gələn fiziki iş və s. nəticəsində
yaranan müsbət gərginlik vəziyyətidir. Eustress – əmək
fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı müqavimətini
gücləndirir.
Frustrasiya. Frustrasifa - (latınca frustrasio – aldanma,
nahaq gözləmə, əhval pozuntuluğu) – insanın düşdüyü psixi
vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik
törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində
keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun mahiyyətini
daha yaxşı başa düşmək üçün aşağıdakı nümunə ilə tanış olaq:
İmatahan olduğu üçün, gecə saat 3-ə qədər yatmayıb
suallara
hazrlaşmısınız. Gec
yatdığınıza
görə, otaq
yoldaşınızın da nə vaxt oyandığını və evdən çıxdığını da
bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan
halda, imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib
tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan
kimi universitetin yanından ötən avtobusun elə indicə
uzaqlaşdığını
görürsünüz. İmtahana
gecikməmək
üçün
universitetə qismən yaxın gedən başqa avtobusla getməyə
qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu
olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq sınağa
yarım saat qalıdığı üçün məcbur olub taksi saxlayırsınız. Yolda
tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə
məcburdu. Elə universitetə azacıq qalmış arxadan gələn maşın
sizin maşınla toqquşur. Sürücü maşını yolun kənarında sax-
layaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda
siz həyəcanla saata baxıb imtahana 8 dəqiqə qaldığını
görürsünüz. Sürücü «Mən gedə bilmərəm» – deyib, yol polisi-
348
nin gəlməsini gözləyir. Sürücünün haqqını ödəyib, qalan yolu
piyada getməyə məcbur olursunuz. Auditoriyaya girəndə
müəllimin sizi soruşduğunu eşidirsiniz. Bileti çəkib əyləşəndə,
qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə
başınızı əlləriniz arasına alaraq durur və yaxında olan tələbə
yoldaşınızdan qələm istəyirsiniz.
Yuxarıda göstərdiyimiz misalda, tələbənin düşdüyü psixi
vəziyyət onun keçirdiyi emosional hal, frustrasiya halıdır. Bu
cür halı, psixi vəziyyəti elə dilimizdə işlədilən əngəllənmə sözü
ilə ifadə etmək olar. Onda frustrasiyanı, əngəllənmə duyğusu,
hissi kimi xarakterizə etmək olar.
Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail
olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər
törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi
hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. Başqa sözlə
frustasiya insanın hər hansı bir uğursuzluğa, itgiyə əlacsızlıq
hissi, bihadə sərf olunan cəhdlə müşayət olunan mənfi – emo-
sional təəssüratıdır.
Frustrasiya əsasən insanın narazılıq və ya təmin olunma-
maq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduqda əmələ
gəlir. Frustrasiya özünü itirmək, qəzəb aqressiya, küskünlük,
həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Həyəcan – fru-
strasiya halətinin katalizatorudur. Həyəcan – mövcud
vəziyyətin və davranışın gələcəkdə ortalığa çıxaracağı nəticə
ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi
bir durumda olmaqdan qorunmasına yönəldir.
Frustrasiya həyəcan və aqressivliklə müşayət olunan pro-
sesdir. Yuxarıda, imtahana gecikən tələbənin həm həyəcan,
həm də frustrasiya halətinə düşməsi bunu sübut edir.
İmtahandan müvəffəqiyyət qazanıb-qazanmamasını dü-
şünərkən həyəcanlanan tələbə, onu oyatmadığı üçün otaq
yoldaşına, saatı qurmadığı və qələmi unutduğu üçün özünə
hirslənir, acığı tutur. Frustrasiya şəraitində narazılıq səviyyəsi
üstünlük təşkil etdiyi üçün ətrafda baş verən hadisələri