372
Plastiklik və onun əksi olan
rigidlik keyfiyyəti. Bu xassəni
insanın xarici təsirlərə nə qədərtez uyğunlaşmasından (plas-
tiklik) və ya, əksinə, davranış adət və mülahizələrinin nə qədər
ətalətli, dəyişkən olmamasından (rigid) bilmək olar.
Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla
insanların temperament tiplərini müəyyənləşdirmək müm-
kündür.
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik
olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb
edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri
canlə və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox
işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci
olmağa çalışır, yorulmadan uzun muddət işləyə bilir. Sanq-
viniklər həddindən artıq qayda-qanuna əməl edən olurlar.
Sürətli hərəkətə, çevik təfəkkürə, sürtli nitq tempinə malik
olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-
birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast
gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən
digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək
olur.
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də
senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xo-
leriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də
xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan
olurlar.Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Bu işi
onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inad-
karlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər
yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətin-
lik çəkirlər. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də eks-
travertlik yüksək olur. Müvazinətsiz olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həd-
dindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa
məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal gi-
rişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər.
373
Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Onların
mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə
keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə
daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və
adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı
fleqmatiklər olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ
ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni
adamlara çətin alışırlar.
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən
artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsir-
lənirlər. Hədsiz dərəcədə küsəyəndir. Mimika və hərəkətləri
dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür.
Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik
uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu
yaradır. Həmişə başqalarının onların halına yanmalarına göz-
ləyirlər. Həddindən artıq təklikliyə qapılırlar. O tez ruhdan
düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmir.
Onlarda introvertlik yüksək olur.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir
tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tip-
lərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin
bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı
həmin tipə aid edirlər.
Bütün bunlarla yanaşı olaraq temperamentin bu tiplə-
rindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin
özünəməxsus müsbət və mənfi cəhətləri vardır.
V.15.4. Temperamentin fizioloji əsasları
Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haq-
qında geniş yayılmış, bütün dünya miqyasında qəbul edilən
üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik İ.P.
Pavlov tərəfindən irəli sürülmüş bu nəzəriyyə ali sinir fəaliy-
yəti (ASF) sahəsində ən əsaslı kəşflərdən biri olmuşdur. İ.P.
374
Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında
təlim yarada bilmişdir. Akademik İ.P.Pavlov belə bir qənaətə
gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə
əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament
tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri
anadan gəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu
tipləri genotiplər adlandırmışdır.
Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün
akademik İ.P.Pavlov əsas sinir prosesləri olan oyanma və
ləngimənin üç xassəsini əsas götürmüşdür: 1)oyanma və
ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət
dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.
İtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsa-
sında akademik İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təs-
nifatını vermişdir. O, oyanma və ləngimənin güvvəsi xassəsinə
görə itləri güvvətli və zəif olmaqla iki yeə ayırmış və burada
zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma
və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə
qüvvətli xassəyə malik olan heyvanların da iki yerə ayrıldığını
göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəa-
liyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı
tiplərinin olduğu aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ;
3) diribaş (cəld); 4) sakit.
Aşağıdakı şəkildə bu tuplərin necə yarandığını əyani
şəkiuldə görə bilirik.