Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə108/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   191

372

Plastiklik  və  onun  əksi  olan  rigidlik keyfiyyəti.  Bu  xassəni 

insanın  xarici  təsirlərə  nə  qədərtez  uyğunlaşmasından    (plas-

tiklik) və ya, əksinə, davranış adət və mülahizələrinin nə qədər 

ətalətli, dəyişkən  olmamasından (rigid) bilmək olar.

Qeyd  edilən  xassələrin  olub-olmadığını  nəzər  almaqla 

insanların  temperament  tiplərini  müəyyənləşdirmək  müm-

kündür.

Sanqvinik.  Bu  cür  adamlar  yüksək  reaktivliyə  malik 

olurlar.  Aktivliklə reaktivlik  müvazinətdə  olur.  Diqqətini  cəlb 

edən  hər  şeyə  canlı  reaksiya  verir.    Mimikaları  və  hərəkətləri 

canlə  və  ifadəlidir.  Yüksək  fəallığa  malik  olduğuna  görə  çox 

işgüzar  olur,  hər  bir  yeni  işə  dərhal girişir,  həmişə  birinci 

olmağa  çalışır,  yorulmadan  uzun  muddət  işləyə  bilir.  Sanq-

viniklər  həddindən  artıq  qayda-qanuna  əməl  edən  olurlar. 

Sürətli  hərəkətə,  çevik  təfəkkürə,  sürtli  nitq  tempinə  malik 

olurlar.  Onlarda  plastiklik  yüksək  olur.  Hissləri  asanlıqla  bir-

birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast 

gəldikləri  adamlarla  asanlıqla  ünsiyyətə  girə  bilir,  bir  işdən 

digərinə  asanlıqla  keçə bilirlər.  Onlarda  ekstravertlik  yüksək 

olur.

Xolerik. Sanqviniklərdə olduğu kimi  xoleriklərdə  də 

senzitivlik aşağı, reaktivlik  və aktivlik yüksək olur. Lakin xo-

leriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir.   Ona görə də 

xoleriklər  həddindən  artıq  hövsələsiz,  tez  özlərindən  çıxan

olurlar.Onlarda  plastiklik  zəif,  rigidlik yüksək  olur.  Bu  işi 

onlarda  öz  maraqlarını  həyata  keçirməyə yüksək  cəhd,  inad-

karlıq,  dözümlülük  mövcud  olur.  Başladıqları  işi  axıra  qədər 

yerinə yetirməyə  meylli olurlar. Diqqətlərini keçirməkdə çətin-

lik  çəkirlər.  Sanqviniklərdə  olduğu  kimi  xoleriklərdə  də  eks-

travertlik yüksək olur. Müvazinətsiz olurlar.



Fleqmatik.  Özlərini hər  yerdə  sakit  aparırlar.  Həd-

dindən  artıq  soyuqqanlıdırlar,  qaradinməzdirlər.  Uğursuzluğa

məruz  qaldıqda  buna  əhəmiyyət  vermirlər.  İşə  dərhal  gi-

rişmirlər,  lakin  başladıqları  işi axıra  qədər  yerinə  yetirirlər. 




373

Onlarda  plastiklik  aşağı,  rigidlik  yüksək  olur.  Onların 

mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə 

keçirə  bilirlər,  yeni  şəraitə  çətinliklə  alışırlar.  Fleqmatiklərdə 

daxili  əksolunma  yüksək  olur.  Təkliyi  sevirlər.  Vərdiş  və 

adətlərini  olduqca  ləng  dəyişə  bilirlər.    Bunlarla  yanaşı 

fleqmatiklər  olduqca  işgüzar  olurlar.  Dözümlü  və  özlərini  ələ 

ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni 

adamlara çətin alışırlar.

Melanxolik.  Onlarda  senzitivlik,  həssaslıq  həddindən 

artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsir-

lənirlər.  Hədsiz  dərəcədə    küsəyəndir.  Mimika  və  hərəkətləri 

dərindən  ifadəli  deyildir.  Səsləri  zəif,  hərəkətləri  süstdür.      

Onlarda  özlərinə inam hədsiz  dərəcədə  aşağı  olur.  Kiçik 

uğursuzluq  onlarda  dərin,  bəzən  ciddi  əhval  pozğunluğu 

yaradır. Həmişə başqalarının  onların  halına  yanmalarına  göz-

ləyirlər.  Həddindən  artıq    təklikliyə  qapılırlar.  O  tez  ruhdan 

düşür,  bəzən  gücü  çatan  işi  belə  axıra  qədər  yerinə yetirmir. 

Onlarda introvertlik yüksək olur.

Nəzərə  almaq  lazımdır  ki,  temperamentin  təmiz    bir 

tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tip-

lərin  hamısının  əlamətlərinə  rast  gəlmək  mümkündür.  Lakin 

bunlardan  birinin  əlamətləri  üstünlük  təşkil      etdikdə  adamı 

həmin tipə aid edirlər.

Bütün  bunlarla  yanaşı  olaraq  temperamentin  bu  tiplə-

rindən  birini  yaxşı,  digərini  pis  adlandırmaq  olmaz.  Hər  tipin  

özünəməxsus   müsbət və mənfi cəhətləri vardır.



V.15.4. Temperamentin fizioloji əsasları

Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haq-

qında  geniş  yayılmış,    bütün  dünya  miqyasında    qəbul  edilən 

üçüncü  nəzəriyyə  sinir  sistemi  nəzəriyyəsidir.  Akademik  İ.P.

Pavlov tərəfindən irəli  sürülmüş bu nəzəriyyə  ali sinir  fəaliy-

yəti  (ASF)  sahəsində  ən  əsaslı  kəşflərdən  biri  olmuşdur.  İ.P.




374

Pavlov  bu  yolla  temperamentin  fizioloji    əsasları    haqqında 

təlim  yarada bilmişdir.  Akademik  İ.P.Pavlov belə  bir  qənaətə 

gəlmişdir  ki,    temperamentin  tipləri  sinir  sisteminin  tiplərinə 

əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament 

tiplərinin fizioloji əsasını  təşkil edir.  Sinir sisteminin bu tipləri 

anadan  gəlmə  xarakter  daşıyır.    Ona  görə  də  İ.P.Pavlov  bu 

tipləri  genotiplər adlandırmışdır. 

Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün

akademik  İ.P.Pavlov    əsas  sinir  prosesləri  olan  oyanma  və 

ləngimənin  üç  xassəsini  əsas  götürmüşdür: 1)oyanma  və 

ləngimənin  qüvvəsi;  2)  oyanma  və  ləngimənin  müvazinət 

dərəcəsi; 3)  oyanma və ləngimənin mütəhərrikliyi.

İtlər  üzərində  apardığı  uzunmüddətli  tədqiqatlar  əsa-

sında  akademik  İ.P.Pavlov  ali  sinir  fəaliyyəti  tiplərinin    təs-

nifatını vermişdir. O, oyanma  və ləngimənin güvvəsi xassəsinə 

görə itləri güvvətli və zəif olmaqla  iki yeə ayırmış və burada 

zəif sinir fəaliyyəti tipinin ayrıldığını  qeyd etmişdir. Oyanma 

və  ləngimənin  ikinci  xassəsi  olan  müvazinət  dərəcəsinə  görə 

qüvvətli xassəyə malik olan heyvanların  da iki yerə  ayrıldığını 

göstərmişdir:  cəld  (diribaş)  və  asta  tip.  Nəticədə  ali sinir  fəa-

liyyətinin  heyvanlar  və  insanlar  üçün  eyni  olan  aşağıdakı 

tiplərinin olduğu aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ; 

3) diribaş (cəld); 4) sakit.

Aşağıdakı  şəkildə  bu  tuplərin  necə  yarandığını  əyani 

şəkiuldə görə bilirik.




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə