Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə106/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   191

365

axıra qədər icra etməkdir. İşgüzarlıq, ardıcıllıq və icraçılıq bir-

birilə sıx vəhdət təşkil edən keyfiyyətlərdir.  Tənbəllik 

işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin

təzahür formasıdır.

Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək, 

göstəriş olmadan həyata keçirmək qabiliyyətidir.  O,  əsasən

qərar qəbulunda və icra olunmuş işə görə cavabdehlikdə özünü

göstərir.  Müstəqil adam məsuliyyət hissinə,  tənqidi ağıla, 

möhkəm əqidəyə və dərin inam hissinə malikdir.  Müstəqillik

ən mühüm iradi keyfiyyət kimi iradi işin həm intellektual, həm

də icra mərhələsində təzahür edir. Başqa iradi keyfiyyətlər ki-

mi, müstəqillik də sosial həyat şəraitindən, mühit və tərbiyədən

asılı olaraq formalaşan psixi xüsusiyyətdir.

Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil

edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaq, 

təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən

başqalarının təsiri altına düşməkdir. 

Səbrlilik. Psixologiyada iradənin təzahürü haqqında

danışdıqda, elə ilk növbədə səbirli olmaq başa düşülür. Səbrli

olmaq – iradi güc,  təkidlilik,  özünü ələ almaq,  inam, 

dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir.

Azərbaycan şer kəhkəşanının ən parlaq və sönməyən ulduzu

böyük Sabirin dediyi kimi:

Hansı bir müşküldü kim, səbr ilə asan olmasın?

Patopsixologiyada psixi vəziyyət,  iradəsizlik,  fəaliyyətə

həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna ab-

uliya deyilir (yunanca: abulia - qətiyyətsizlik)

Zəif iradəlilik – məqsədəuyğunluğun və yüksək

niyyətlərin yoxluğudur.  Zəif iradəlilər üçün özlərinin maraq

dairələrini genişləndlirmək faydalıdır.  İradə «lazımdır», 

iradəsizlik isə «istəyirəm»  motivi ilə hərəkətə gəlir.  Bernard

Şou yazırdı:  «İradə olmayan yerdə yol da yoxdur». 

Kibernetiklər iradəni həyati mübarizəni əks etdirən bir oyun

anlayışı kimi təyin edirlər.  Qədim romalılar deyirdilər: 



366

Cəsurlara tale kömək edir (audaces fortuna adjuvat)



Özünü yoxlamaq üçün süal və tapşırıqlar

1. İradə nəyə deyilir?

2. İradi iş zamanı insan hansı maneələri aradan

qaldırır? Onları şərh edin.

3. İradi işin funksiyaları hansılardır?

4. İradi işin mərhələləri və strukturunu şərh

edin.

5. Şəxsiyyətin iradi keyfiyyətlərini sayın və



onları səciyyələndirin.

Referat, məruzə və müstəqil tədqiqatlar üçün mövzu-

lar

1. Psixologiyada iradə problemi.

2. İradi keyfiyyətlər və onların inkişaf etdirilməsi yolları.

3. İradənin inkişafında oyunun rolu.



Ədəbiyyat

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri

- Bakı., 2002

2. Məhərrəmov M. Məktəblilərdə iradəni tərbiyə etmək

haqqında. – Bakı, 1958

3.  Selivanov V.S. Məktəblidə iradə tərbiyəsi.  – Bakı, 

Azərnəşr. 1969

4. Vladimir Levin. Fikir ardınca. -  Bakı., 1972.

5. İlğin E.P. Psixoloqiə voli.- Piter., 2000.

6. Nemov R.S. Psixoloqiə. Kn.1.- Moskva. 1998, s.424-

434

7. Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2-x t. – T



II – M.,1989. s. 182-211


367

BEŞİNCİ HISSƏ

ŞƏXSIYYƏTIN FƏRDI-PSIXOLOJI  XASSƏLƏRI

1 5 - c i   F Ə S I L

TEMPERAMENT

Qısa xülasə

Temperament  haqqında  anlayış.Temperament  şəxsiyyətin 

fərdi-psixi  xassəsi  kimi.  Temperament    insanını  psixi  fəaliyyətinin 

intensivliyini,  dinamikasını,  emosionallıq  və  müvazinətlilik  dərə-

cəsini şərtləndirən fərdi özünəməxsus xassələri kimi.



Temperament haqqında təlimlər tarixindən. İnsanların psixi 

fəaliyyətlərinin  dinamikliyinə  hələ  qədim  zamanlardan  diqqəti  cəlb 

etməsi.  Temperament  haqqında  humoral  nəzəriyyənin  banisi  kimi 

hippokratın  xidmətləri.  Temperament  haqqında  somatik    və  sinir 

sistemi  nəzəriyyələrinin mahiyyəti.

Temperamentin  tipləri.  Temperament  tipləri  və  onların  

xassələri  – sanqvinik,  xolerik,  fleqmatik,  melanxolik  temperament 

tipləri  və  onları  fərqləndirən  xüsusiyyətlər.  Təmiz  temperament 

tipinin  olmaması,  insanların    əksəriyyətində qarışıq temperament

tipinin  mövcudluğu. 

Temperamentin  fizioloji  əsasları. İ.P.Pavlovun  ali  sinir 

fəaliyyətinin tipləri haqqında təlimi və temperamentin tipləri.



V.15.1. Temperament haqqında anlayış

Adətən,  hər  hansı  bir  insan  qrupunda  müşahidə  apar-

dıqda  qrupdakı  insanların  birinin  cəld,  digərinin  təmkinli, 

birinin  tez  özündən  çıxan,  digərinin  müvazinətli,  birinin  hər 

şeyə  tez  reaksiya  verən,  digərinin  ləng  olduğunu görürük.

İnsanların  bir-birlərindən  bu  cür  fərqli  xüsusiyyətə  malik 

olmaları  qədim  zamanlardan  diqqəti  cəlb  etmişdir. Ona  görə 



368

də,  bəşəriyyət  lap  qədimdən  müxtəlif  adamların  psixi xasiy-

yətinin  tipik  xüsusiyyətlərini  ayırmağa,  onların ümumiləşmiş 

portretlərini  tipologiyasını  verməyə  cəhd  göstərmişlər, 

temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür 

tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə 

konkret  həyat  şəraitində  bu  və  ya  digər    insanın  davranışını 

qabaqcadan görmək  və nəzərə almaq olardı. Tarixən insanları 

bir-birindən fərqləndirən həmin  xüsusiyyətlərə «temperament»

adı verilmişdir. 



Temperament – insanın  elə  bir  anadangəlmə  xüsu-

siyyətləridir  ki,  onlar  intensivliyin,  təsirə  cavabvermə  sürətinin 

dinamik  xarakteristikalarını,  emosional  qıcıqlanma  və  tarazlıq 

dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.

Temperament  latın  dilindən  «qarışıq,  mütənasiblik»

deməkdir.  Temperament  haqqında  təlimin  yaradıcısı  qədim 

yunan  görkəmli    həkimi  Hippokrat  (e.ə.  təxminən  460-377  il-

lər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi»

nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. 

Bu,  «orqanizm  şirələrinin»  nisbəti  yunanca  «krasis» sözü  ilə 

ifadə  olunurdu  ki,  sonralar  həmin  sözü  yunanca  tempe-

ramentum  – «mütənasiblik» sözü  ilə  əvəz  edildi.  Hippokratın 

təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy 

Qalen  (təxminən  130-200-ci  illər)  məşhur  traktatı  «De  tem-

peramentum» kitabında  şərh  etdiyi  temperamentlərin  tipolo-

giyasını işləyib hazırladı.

Onun  təliminə  əsasən  temperamentin  tipi  orqanizimdə 

bu  şirələrdən  birinin  üstünlüyündən  asılıdır..  Temperamentin 

bu  4  tipinin  adı  həmin  şirələrin  adına  uyğun  verilmiş-

dir:sanqvinik  (latınca  sanqvius-qan),  fleqmatik  (yunanca 

fleqma-selik, bəlğəm),  xolerik (yunanca chole-öd), melanxolik 

(yunanca melian chole – qara öd).




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə