359
davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına
qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və
çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradə - xüsusi
fəaliyyət forması kimi insandan öz davranışını qarşısına
qoyduğu məqsədə müvafiq olaraq tənzim etməyi, onunla
rəqabətə girən başqa arzu və istəkləri ləngitməyi, boğmağı
tələb edir.
İradi işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də
səciyyələndirmək olar. Çünki, hər bir iradi iş, başqa ixtiyari
işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun
yerinə yetirilməsi ilə nəticələnir. Məsələn: eyni otaqda qalan
tələbədən A – çoxdan yatıb, B – isə yuxusu gəlsə də oturub
sabahkı seminar məşğələsinə hazırlaşır. Bu misallarda hər iki
tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər
cür sadə işi iradi iş kimi səciyyələndirmək olmaz. Yerinə
yetirilən iş o zaman, iradi iş adlandırıla bilər ki, orada müəyyən
iradi səy tələb olunsun.
Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub se-
minara hazırlaşması, iradi səy hesabına yerinə yetirilmişdir.
Ona görə də, bu cür iş iradi iş kimi səciyyələndirilir və ikiqat
ixtiyari adlandırılır.
Beləliklə, işin həm motivasiya tərzinə, həm də icra
mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi
olmasının göstəricisidir. Beləliklə iradi iş mürəkkəb xarakter
daşımaqla, ixtiyari işin xüsusi formasıdır. İradi işin motivi
insanın bilavasitə aktual tələbatları ilə müəyyən olunmur.
İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən
ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə ye-
tirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası.
İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün
çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan
maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə
bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam
və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi
360
təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. Bu
funksiyalar bir-birilə qarşılıqlı surətdə əlaqədardır. İradə
şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli ola-
raq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım
gəldikdə onun fəallığını ləngidir.
İradə başqa psixi hadisələr kimi, inikasın bir formasıdır.
Belə bir inikas zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada
əks olunur. İradə özündə şüurun 3 mühüm xassəsini
birləşdirmişdir: idrak, münasibət və hiss.
İnsan fəaliyyətinin məzmununa, onun səmərəliliyinə
müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır.
Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir,
həm də onun motivlərinin gücləndirilməsinə şərait yaradır.
Fəaliyyət motivlərinin aktuallaşdırılması, şəxsiyyətin xəyali
motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir.
Xəyali motivlərin formalaşması, şəxsiyyətin inkişaf
səviyyəsindən asılıdır. Bir halda tələbə gözünün qabağına
gətirir ki, o beynəlxalq əhəmiyyətli konfransda, xarici
qonaqların çıxışlarını səlist və düzgün qaydada iştirakçılara
tərcümə edir, təşkilat komitəsi tərəfindən təşəkkürnamə alır.
Tədbirdən sonra, məşhur bir şirkətin prezidenti ona
yaxınlaşaraq onların şirkətində tərcüməçi işləməyi təklif edir.
Başqa halda isə, o, gözlərinin qarşısında rəfiqələrinin məşhur
estrada müğənnisinin konsertində iştirak etmələrini, ondan so-
nra şəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır.
Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə
güclü surətdə təsir göstərir, onun səmərəsini birinci halda
artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin köməyi
ilə, insan gördüyü işə daha mühüm məna verməklə, özünün
iradi səyini gücləndirmiş olur. Deməli, iradə həm də təxəyyüllə
də bağlıdır. Belə ki, insan fəaliyyət göstərəcəyi şəraiti
təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir.
Təlim prosesində, eləcə də, tərbiyə işində müəllimlər,
tərbiyəçilər eləcə də valideynlər uşaqlarda görəcəkləri işlə bağlı
361
müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən
kömək edə bilərlər.
IV.14.2. İradi işin quruluşu
İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir.
Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir.
Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas
mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud in-
tellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ.
Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun
əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar
qəbulu və işin planlaşdırması ilə xarakterizə olunur. Qərarın
qəbulu yəni işin hansı şəkildə icra edilməsi, iradi işin
quruluşunda mühüm mərhələdir. Həqiqi iradi başlanğıc işin
məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul
edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və
qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir
elementi risk adlanır. Risk – o halda işə qoşulur ki, fəaliyyətin
nəticələrini proqnozlaşdırmaq mümkün olmasın. Səmərəli risk,
mahiyyətinə görə çox mühüm iradi keyfiyyət hesab olunur.
İcra mərhələsi – iradi işin psixoloji məzmununu açıb
göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra
mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, ounn
nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar
olur.
Adətən öz strukturuna görə iradi işləri iki qrupa bölmək
olar: sadə və mürəkkəb iradi işlər.
Sadə iradi iş qərar qəbulu və onun icrası ilə başa çatır.
Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun
arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə
Dostları ilə paylaş: |