369
V.15.2. Temperament haqqında təlimlər tarixindən
İnsanların psixi fəaliyətlərinin dinamikliyinə görə
fərqlənmələri hələ qədim zamanlardan diqqəti cəlb etmişdir.
Bu cür fərqlərin yaranmasının səbəbləri müxtəlif istiqamətdə
öyrənilmişdir. Müasir dövrə qədər temperament haqqında
əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə,
somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi.
Temperament haqqında humoral nəzəriyyənin banisi
Hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (maye)
sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nə-
zəriyyəni əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı
müasir dövrdə də saxlanmışdır. Hippokratın nəzəriyyəsi tempe-
ramentin öyrənilməsi üçün əsaslı təkan rolunu oynamışdır.
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları gös-
tərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı
temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxana
bənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbililik
və qıcıqlanması ilə şərtlənir.
Sonrakı əsrlərdə tədqiqatçılar davranışın bədən quru-
luşundakı və fizioloji funksiyalardakı fərqlərlə üst-üstə düşən
müxtəlifliyi müşahidə edərək bu fərqləri nizama salmağa və
qruplaşdırmağa çalışıblar. Nəticədə temperamentin çoxsaylı
konsepsiyaları və tipologiyaları meydana çıxmışdır. Bu kon-
sepsiyaların əsasında şəxsiyyətin ən müxtəlif şərtləri qoyul-
muşdu. Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri
irsi və anadangəlmə kimi başa düşülür və bədən quruluşunun
xüsusiyyətlərində fərdi fərqlərlə əlaqələndirilirdi. Belə tipo-
logiyalar konstitusion tipologiya adını alır.Bu tipologiya tem-
perament haqqında somatik nəzəriyyənin əsasını qoymuşdur.
Burada bədən quruluşu temperament tipi üçün əsas kimi
götürülmüşdür. Onların sırasında ən geniş yayılmış tipologiya
1921-ci ildə öz məşhur «Bədən quruluşu və xarakter» əsərini
nəşr etdirmiş E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun
370
başlıca ideyasına görə müəyyən bədən quruluşu tipinə malik
olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdir. E. Kreç-
mer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu
da ona 4 konstitusional tipini: leptosomatik, piknik, atletik,
displastik ayırmağa imkan verdi.
1. Leptosomatik – kövrək bədən quruluşu, hündür boy,
yastı döş qəfəsi, dar çiyinlər uzun və arıq aşağı ətraflarla
xarakterizə edilir.
2. Piknik, – ifrat piy toxumu, balaca və ya orta boyla,
böyük qarınlı, qısa boyunda girdə başlı, şişkin bədənlə
xarakterizə edilir.
3. Atletik–inkişaf etmiş əzələləri, möhkəm bədən
quruluşu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır.
4. Displastik–formasız, düzgün olmayan quruluşa
malik adamdır. Bu tipdən olan fərqlər bədən quruluşunun
müxtəlif deformasiyaları ilə xarakterizə edilir.
Bədən quruluşunun adı çəkilən tiplərinə Kreçmer onun
şizotimik, iksptimik və siklotimik adlandırdığı 3 temperament
tipini aid edir.
Şizotimik – astenik bədən quruluşuna malikdir, özünə
qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara
çətinliklə uyğunlaşır.
Ondan fərqli olaraq iksatimik – atletik bədən quru-
luşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək
olmayan elastik düşüncəli həssas olmayan, çax vaxt xırdaca
adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun
emosiyalarıı sevinc və kədər arasında sıçrayır, adamlarla asan-
lıqla əlaqəyə girir, realist baxışlara malikdir.
Kreçmerin nəzəriyyəsi Avropada daha geniş yayıl-
mışdır ABŞ-da XX əsrin 40-cı illərində U.Şeldonun tempe-
rament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon bədən
quruluşunun əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən
çıxış edirdi. Bu fərziyyəni təsvir edərkən embriologiyadan
götürülmüş terminlərdən istifadə etməklə o, üç tipi müəyyən
371
etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.
Şeldona görə bədən quruluşunun bu tiplərinə tempe-
ramentin müəyyən tipləri müvafiqdir. Müasir psixologiya
elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda
insanın psixoloji xüsusiyyətlərinin formalaşmasında mühit və
sosial şəraitin rolunun tonu qiymətləndirilməsinə görə kəskin
təngidə məruz qalır.
V.15.3 Temperamentin tipləri
Yuxarıda qeyd etdiyimiz kimi, müasir psixologiyada
temperamentin dörd tipi əsas götürülür: sanqvinik, xolerik,
fleqmatik, melanxolik. İnsanları temperamentlərinə görə fərq-
ləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanların hansı
tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün müasir
psixologiyada temperamentin özünə məxsus xassələrinə istinad
edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir. :
Aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq
üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı
maneələri necə aradan qaldırması nəzərdə tutulur.
Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən
zəif xarici və daxili təsirləri hiss etmək qabiliyyəti başa dü-
şülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərəyanetmə
və kəsilməsi xüsusiyyətləini xarakterizə edən xassə və key-
fiyyətlər emosionallığa bağlıdır. Psixologiyada onun əsas
cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi
fərqləndirirlər.
Emosiyaların gücü. Burada emosional oyanmanın
intensivliyi və modallığı əsas götürülür.
Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında
qorxulu şəraitdə özünü göstərən emosional oyanıqlıq başa
düşülür.
Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi.
Dostları ilə paylaş: |