380
xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik
şəraitdə dərhal özünü göstərməyə başlayır.
Bütün bunlarla yanaşı olaraq insan xarakteri onun
dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər
sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz
onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır.
Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış
tərzini həyata keçirməyə təhrik edir.
Yuxarıda qeyd edilənlərə əsasən xarakterə belə tərif
vermək olar:
Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət
prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə
çıxan və şəxsiyyyətin bu şəraitə olan münasibəti ilə müəyyən
edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin
məcmusuna xarakter deyilir.
Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəl-
məyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter
əlamətlərinin fərdi özünə məxsusluğunu iki cəhətdən müəy-
yənləşdirir. Birinci, insanın düşdüyü hər bir tipik şəraitdə
emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin
münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir
xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə
verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin
təzahür edən davranış fomasının özünəməxsus fərdi xüsusiy-
yətləri də onun münasibətindən asılıdır.
V.16.2. Xarakterin quruluşu
Xarakter əlamətlərinin qarşılıqlı əlaqəsi. Həyati
faktlardan göründüyü kimi, insan xarakteri çoxcəhətli
xüsusiyyətə
malikdir.
İnsan
xarakterində
müxtəlif
özünəməxsus əlamətləri müşahidə etmək mümkündür. Bu
əlamətlər bir-birindən ayrı, təcrid olunmuş şəkildə deyil,
vəhdət halında birləşərək xarakterin vahid strukturunu yaradır.
381
Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə
qanunauyğun şəkildə bağlıdır. Təcrübə göstərir ki, əgər insan
qorxaqdırsa o düşünməyə belə bir əsas verir ki, həmin adam
təşəbbüskarlıq, qətiyyətlilik
və
müstəqillik, əliaçıqlıq
keyfiyyətlərinə malik ola bilməz. Bununla belə xaraktercə
qorxaq olan adamda mütləq sünilik və yaltaqlıq, konformluq,
acgözlük, xəsislik, satqınlığa hazır olmaq, inamsızlıq və s.
əlamətlər özünü göstərəcəkdir. Lakin bu zaman həmin
əlamətlər arasında qorxaqlıq üstünlük təşkil edəcəkdir.
Xarakter əlamətləri içərisində bəziləri əsas, aparıcı
əlamət kimi özünü göstərəcək və bütün kompleksin
təzahürünün inkişafına istiqamət verəcəkdir. Bunlarla yanaşı
olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki,
onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla şərtlənir, digər
halda əsas əlamətlərlə uyğunlaşa bilmir.
Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri.
Xarakter əlamətləri şəxsiyyətin müxtəlif münasibətləri ilə
müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər
eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək
üçün əsas rol oynayır. Bu baxımdan şəxsiyyətin münasibətlər
sistemini
və
xarakter
əlamətlərini
aşağıdakı
şəkildə
qruplaşdırmaq olar:
1. İnsanın başqa adamlara: doğma və yaxın adamlara,
təhsil və iş yoldaşlarına, tanıdığı və az tanıdığı adamlara
münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara
sədaqətlilik, prinsipiallıq və prinsipialsızlıq, ünsiyyətlilik və
qapalılıq, doğruçuluq və yalançılıq, mərifətlilik və kobudluq,
qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.
2. İnsanın özünün özünə münasibətini bildirən xarakter
əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq,
şöhrətpərəstlik, lovğalıq, təvazökarlıq, özü haqqında yüksək
fikirdə olmaq və s. aid etmək olar.
3. Əməyə
münasibətdə
özünü
göstərən
xarakter
əlamətləri. Bunlalara vicdanlılıq, əməksevərlik, tənbəllik,
382
təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz münasibət,
ciddilik və s. aid etmək olar.
4. İnsanın əşyalara münasibətini ifadə edən xarakter
əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əşyalara qayğılı və
qayğısız münasibət və s. aid etmək olar.
V.16.3. Xarakter haqqında təlimlər tarixindən
Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan
olmuşdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur.
O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır.
Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış
xarakter tipologiyasını Teofrast təsvir etmişdir. Xarakterin
tədqiqatına zahiri görünüşün onun müəyyən şəxsiyyət tipinə
məxsusluğu arasında bağlılıq haqqında elm-fizioqnomika
əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
XIX əsrin birinci yarısında xarakter haqqında elm yaran-
mağa başladı. Frenologiyanın yaradıcısı Qall insan xarak-
terinin təşəkkül tapdığı 27 elementar psixi xüsusiyyətləri
sadalayır, onların arasında artıq – törəmə instinkti, övlada
məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizəyə və
özünü müdafiəyə meyillilyi qeyd etmək olar.
XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk maraqlı
əsərlər kimi: F.Cordonun “İnsanın genealogiya və bədəni
nöqteyi-nəzərdən xarakter” və F.Polanın “Xarakterin psixolo-
giyası” kitabları meydana gəlir.
XX əsrin əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə
insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünya
görüşünü, “ictimai baxışlarını” nəzərə alan xarakterin psixosial
təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın ətraf mühitə
uyğunlaşma dərəcəsindən və ətraf mühitin insana hansı
dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviy-
Dostları ilə paylaş: |