386
tipologiyanın əsasında şəxsiyyətin özünü dərk etməsinin
səviyyələri durur. Onun tərəfindənm insanın inkişafının
təkamül mərhələlərini ifadə edən özünüdərkin 3 səviyyəsi
ayrılmışdır. Özünüdərkin birinci səviyyəsinə aid olan insanlar
aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunurlar: eqosentrizmlə,
meyarlarından birinin – “mənim – mənimki – olmayan”
münasibətlər sistemi olan ətraf aləmin fərqli qəbul edilməsilə;
hər şeyə qarşı istehlakçı, əşyavi münasibətlə; mənəviyyat üzə-
rində bütün maddi olanın hakimliyi ilə.
Özünüdərkin ikinci səviyyəsində olan insanlar onunla
xarakterizə olunurlar ki, soyuqluğun, eqosentrizmin yerinə
birliyin və cəmiyyətin müəyən hissəsi ilə tamlığın dərk edil-
məsi gəlir. Köhnə, qalıq kimi saxlanan, ətraf mühitin “mənim”
– “mənim olmayan”a ayrılmasına yeni fərqləndirmə genişlənir.
Şəxsiyyətin zamanı “mən”im mövcudluğunun real zamanından
kənara çıxaraq “biz”im mövcud olduğu zamanına daxil olur.
Özünüdərkin üçüncü səviyyəsinin əsas xarakteristikası –
fərqləndirmənin olmaması, məkan-zaman sonsuzluğu, ətraf-
aləmə qarşılıqlı münasibətlərin dərk edilməsi, onun birliyinin
qəbul edilməsi, güclü şəxsiyyətin başqaları ilə konkret
münasibətlərinin olmaması, ümumbəşəri mənəvi prinsiplərə
əməl etməkdir.
Demək olar ki, tipologiyanın bütün müəllifləri qeyd
edirlər ki, xarakter az ya çox ifadə edilə bilər. Əgər
xarakterlərin təzahürlərinin intensivliyini göstərən ox təsəvvür
etsək, onda aşağıdakı 3 zonanı qeyd etmək olar: tamamilə
“normal” xarakterlər zonası, seçilən xarakterlər zonası (onlar
aksentuasiyalı xarakterlər adını alıb), və güclü dəyişikliyə
məruz qalmış, yəni psixopatiyalı xarakterlər zonası. Birinci və
ikinci zonalar normaya uyğundur (geniş mənada), üçüncü zona
isə xarakterin patalogiyasına aiddir. Müvafiq olaraq, xarakterin
aksentuasiyasını normanın son variantları kimi nəzərdən ke-
çirirlər. Onlar da öz növbəsində aşkar və gizli aksentuasiyalara
bölünürlər. Aksentuasiyalı patoloji və normal xarakterlər ara-
387
sında fərq çox ciddidir.İkinci və üçüncü zonalara ayıran
əlamətlərin bir tərəfində ümumi psixologiyaya məxsus fərqlər
durur. Əlbəttə, əlamət çox yığcam səslənir. Buna baxmayaraq,
onu xarakterin intensivliyi məhvərində təxmini olaraq lokal-
laşdırmağa imkan verən meyarlar mövcuddur.
Bu meyarlar üçdür və onlar Qannuşkin-Kerbikovun
“psixopatiyanın meyarları” kimi məşhurdur. Xarakteri patoloji
hesab etmək, yəni psixopatiya kimi qiymətləndirmək olar.
A.E.Liçkonun fikrincə bu ilk əlamət atalar sözündə yaxşı misal
gətirilir (Necə gəlibsənsə elə də gedəcəksən). İkinci əlamət –
xarakterin ümumilik əlamətidir; psixopatlarda xarakterin eyni
bir xüsusiyyətinə hər yerdə rast gəlinir: evdə, işdə istirahət
edərkən və tanışların da, özgələrinin də arasında. Əgər insan
evdə bir cür, adamlar arasında başqa cürdürsə o psixopat deyil.
Nəhayət, üçüncü, demək olar ki, psixopatiyanın ən güclü
əlaməti – sosial uyğunsuzluqdur.
Bu əlamət ondan ibarətdir ki, insan daima həyati çətin-
liklərlə qarşılaşır.
Normal xarakterlərin son variantları kimi xarakterin ak-
sentuasiyasına gəldikdə isə, bu xarakterli insanlar üçün də bəzi
problemlər və çətinliklər xarakterikdir. Buna görə də həm
terminin özü, həm də aksentuasiyalı xarakterlərin ilk tətqi-
qatları psixiatrların əsərlərində ilk dəfə işıq üzü görüb. Hər
halda aksentuasiyalı xarakterlərin problemləri bəlkə də daha
çox ümumi psixologiyaya aiddir.
Məşhur alman psixiatrı K.Leonqardın fikrincə, 20%-50%
insanlarda xarakterin bəzi əlamətləri o qədər kəskinləşir ki,
(diqqəti cəlb edir) mübahisələrə və əsəb pozuntusuna gətirib
çıxarır. Xarakterin aksentuasiyası onun ayrı-ayrı xüsusiy-
yətlərinin, digərlərinin əksinə olaraq inkişafının şişirdilməsidir
və bunun nəticəsində də ətrafdakı adamlarla qarşılıqlı əlaqəni
çətinləşdirir.Leonqard aksentuasiyanın 12 tipini ayırır.
Xarakterin aksentuasiyasına daha çox yeniyetmə və
gənclərdə rast gəlinir (50-80%). Aksentuasiyanın tiplərini
388
xüsusi psixoloji testlərin köməyi ilə müəyyən etmək olar.
Leonqard aksentuasiyanın tiplərinin aşağıdakı təsnifatını
vermişdir.
1) Gipertim tip – bu tipə mənsub olan adamlar
həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika
və pantomimikaları, çox danışan, azdanışan, başladıqları
söhbətdən spontan şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq
konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə
gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist,
təşəbbüskar olurlar. Onlar çətin işi, tənhalığı sevmirlər.
2) Distim tip – onlar üçün zəif təmas, az danışmaq,
pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır.
Konfliktə az girir, qapalı həyat keçirməyə meyllidirlər. Onlarla
dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi,
həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün
xarakterik haldır.
3) Tsikloid tip – bunlara əhval-ruhiyyənin tez-tez dəyiş-
məsi xarakterikdir və bunun nəticəsində ətrafdakılarla ünsiyyət
qaydaları dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli, pis
olduqda qapalı olurlar;
4) Təsirlənən (qıcıqlanan) tip – ünsiyyətdə təmasə az
həvəsliliyə , mübahisələrə və söyüşə meyillidir;
5) Ləngiyən tip – orta ünsiyyət, öyüd-nəsihət verməyə
meyillilik, azdanışan, bəzən həddən artıq özünə güvənən,
qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər
irəli sürəndir.
6) Pedant (xırdaçı) tip – münaqişəyə çox az halda
girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü
bürokrat kimi aparır. Səliqəli, ciddi, eyni zamanda konfliktə
meyllilik xüsusiyyətlərinə malikdir.
7) Həyəcanlı tip – ünsiyyəti sevmir, özünə inamsızlıq,
qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az halarda
münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa
meyllidirlər.
Dostları ilə paylaş: |