343
sinir prosesləri, hiss və emosiyaların fizioloji əsası hesab olu-
nur.
Psixologiya tarixində hiss və emosiyaların əmələ gəlməsi
haqqında müxtəlif nəzəriyyələr mövcud olmuşdur. Bunlardan
Ceyms-Lange, Kannon-Bard nəzəriyyələrini və S.Şixterin
konsepsiyasını qeyd etmək olar.
İnsanın emosional və hiss halına simpatik və parasimpa-
tik sinir sistemi nəzarət edir.
Dalaşarkən və ya qorxuya düşüb qaçarkən simpatik sis-
tem insan orqanizmində müəyyən dəyişikliklər etməklə (mə-
sələn: qan təzyiqi artır, qanın laxtalanma dərəcəsi yüksəlir,
tərləmə artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji
dolu qanı bütün hüceyrələrə göndərir. Belə bir təhlükəli
vəziyyət aradan qalxdıqdan sonra parasimpatik sistem öz
funksiyasına
başlayır
və
insanın
fizioloji
durumunu
normalaşdırır.
Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların,
təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müşayəti
ilə yaşayırıq. İnsan oğlunun ətrafıyla etdiyi çoxəsrlik davadan,
vuruşmadan salamat çıxmasına bu iki sistem yardım etmişdir.
Deməli,
emosiyalar
orqanizmin
düşdüyü
vəziyyətə
uyğunlaşmasını təmin etməklə, insan həyatının davam
etməsində önəmli rol oynayır.
Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal,
tənzimetmə və kommunikativ funksiya. Bu funksiyalar ümu-
milikdə insanın ətraf aləmi düzgün əks etdirməsinə və ona
uyğunlaşmasına xidmət göstərir. Biz emosiyaların köməyi ilə
nitqdən istifadə etmədən biz tərəf müqabilimizin emosional du-
rumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət qururuq.
Hiss və emosiyaların xarici təzahürlərinə əsasən müxtəlif
mədəniyyətə malik olan, dilini bilmədiyimiz hər hansı xalqın
nümayəndəsinin emosional halını, şad, kədərli, qəzəbli
olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla müəyyən
edə bilərik.
344
Hisslər insanın idrak obyektinə bəslənən subyektiv
münasibətlə bağlıdır.
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş
verən hadisələrin hansının həyatımız üçün faydalı və ya
təhlükəli olduğunu dərk edirik. Bundan sonra davranış və
rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə
müəyyən dəyişikliklər edirik.
İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi
kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu
hisslərin tənzim etmə funksiyası ilə bağlıdır. Məsələn: hər
hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı müvafiq ali
məktəbdə oxumağa təhrik edir. Dilə olan həvəs insanı həmin
xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar
oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa
vadar edir.
Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur
ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində,
tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspres-
siyası, qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir.
Beləliklə, həmin kommunikativ funksiya şəxsiyyətlərarası
qarşılıqlı münasibətlərin tənzimlənməsinə xidmət göstərir.
Məsələn: kədəri ekspressiya etməklə insan qarşı tərəfə özünün
pis, çətin vəziyyətdə olduğunu bildirir. Bu hal onun köməyə
ehtiyacı olduğu haqqında başqasına məlumat verir. Bundan so-
nra biz həmin adama kömək etmək istəyir, onun dərdinə şərik
olur və təsəlli veririk.
Amerikan psixoloqu K.İzard qeyd olunan funksiyalarla
yanaşı emosiyaların motivasiya və sosializasiya funksiyalarının
olduğunu da qeyd etmişdir. Məsələn: qorxu hissi insanı kömək
axtarmağa məcbur edir. Güclü yanğın təhlükəsi qonşularda
qorxu hissi yaradır. Bu da onların birləşməsinə və mütəşəkkil
formada qorxu mənbəyinə qarşı mübarizə aparmalarına səbəb
olur. Bu qorxunun yaratdığı sosializasiyadır. Hər bir
emosiyanın özünə məxsus sosializasiya funksiyası var. İkrah
345
emosiyası olmasaydı, insanların gigiyenik qaydalara əməl
etməsi, estetik tələbatları ödəməyə ehtiyac qalmazdı. Bu
mənada fərdin sosiallaşması prosesi hiss və emosiyanın
hesabına həyata keçirilir.
Ümumiyyətlə hiss və emosiyaların yerinə yetirdiyi funk-
siyalar bir-birilə vəhdət təşkil edir. Psixoloji araşdırmalarda
aşağıdakı fundamental emosiyalar müəyyən olunmuş və təsvir
edilmişdir (K. İzard, 1980) maraq, sevinc, heyrət, kədər, qəzəb,
nifrət, həqarət, qorxu, həya, günah, həyəcan, əzab.
IV.13.4. Hisslərin keçirilməsi formaları
Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına
görə müxtəlif şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin
aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar,
affektlər, gərginlik, frustrasiya.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik
olan, xeyli müddət davam edən emosional haldır. Səhər
eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə
keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli
müddət insanın davranışına və psixi proseslərinə təsir edən
ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət və
ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter
daşıyan gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və
ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz
müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini
ruh yüksəkliyi, inamla yerinə yetirir. Mənfi əhval-ruhiyyə isə
insanın fəaliyyətinə ləngidici təsir göstərir. Bir çox hallarda
əhvalın yaranması və dəyişməsi böyük emosional təəssürat ya-
radan, bəzi hissləri canlandıran, digərlərini zəiflədən müxtəlif
həyat hadisələrindən ibarət ola bilər. Ona görə də birinci
növbədə məktəblilərdə pis əhvalın yaranmasına təsir edən
mənbələrin aşkara çıxarılması, imkan daxilində onların aradan
qaldırılması, məktəbliyə nəzakətli yanaşmaq lazım gəlir. Bu
prosesdə şagirdin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə
Dostları ilə paylaş: |