109
onun anlaşıqlı olması xüsusi əhəmiyyət kəsb edir. Nitqin
anlaşıqlılığı ikitərəfli xarakter daşıyır. Bir tərəfdən kommuni-
katorun nitqinin nə qədər səlis, aydın olması, yersiz ibarələrlə
yüklənməməsi, dilin qrammatik qayda və qanunlarına uyğun
olmasından asılıdır. Danışan adam öz fikrini konkret
nümunələrlə əsaslandırmağı, dinləyicilərin səviyyəsini nəzərə
almağı bacarmalıdır. Eyni bir mövzunu bir müəllimin olduqca
aydın, anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh etdiyi-
nin şahidi oluruq. Nəticədə birinci müəllimi dinləyicilər
həvəslə dinləyir, onun dərsindən yeni biliklərlə çıxışlar, ikinci
müəllimin verdiyi məlumatları qavraya bilmir, onu dinləməyə
həvəs göstərmirlər.
Nitqin anlaşılması dinləyicilərin hazırlıq səviyyəsindən
də asılı olur. Dinləyicinin mövzu ilə bağlı zəruri biliyə malik
olmaması onu anlamasını da çətinləşdirir. Ona görə də müəllim
müəyyən məlumatları çatdırarkən dinləyicilərin bu sahədəki
hazırlıq səviyyəsini nəzərə almalıdır.
Nitqin bu xüsusiyyəti xüsusilə xarici dil dərslərində
nəzərə alınmalıdır. Bunun üçün müəllim şagirdlərin tədris et-
diyi dilə hazırlıq səviyyələrini aşkara çıxarmalı və öz fikrini
onların başa düşəcəyi səviyyədə şərh etməlidir.
Ünsiyyət prosesində nitqin təsirlilik xüsusiyyətinin
nəzərə alınması da az əhəmiyyətə malik deyildir. Nitqin
təsirliliyi onun fəaliyyətə təhrik etmək funksiyasını yerinə
yetirməyə imkan verir. Nitqin təsirliliyi inandırma, sübut,
təlqin, məsləhət, tapşırıq, təlimat, xahiş, əmr, qadağan, koman-
da və s. şəklində həyata keçir. Bu cür təsir vasitələrindən
yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni
verə bilir.
Nitqin
ifadəliliyi
yüksək
nitq
mədəniyyətinə
yiyələnməyin əsas göstəricilərindən biri hesab olunur. Danışan
və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna
münasibətini nitqin ifadəliliyinin köməyi ilə bildirir.
Şifahi və yazılı nitqdə nitqin ifadəliliyi müxtəlif şəkildə
110
həyata keçir. Şifahi nitqdə təsvir olunan cisim və hadisələrə
münasibətin nitqin ifadəliliyi vasitəsilə çatdırılması nisbətən
asan baş verir. Burada mimika və pantomimikanın iştirakı,
səsin ahəngi və s. nitqin ifadəliliyini gücləndirir.
Nitqin_mexanizmləri.'>Nitqin mexanizmləri. Nitqin yaranması və qavranılması
sadə reflektor fəaliyyət qanunu üzrə cərəyan edir. Bu zaman
nitq stimulları (qıcıqlandırıcıları) birinci siqnal sistemi
qıcıqlandırıcılarını əvəz edə bilir. Əksər hallarda nitqin
yaranması və qavranılmasında biz «siqnallar siqnalı» olan
sözlərə əsaslanırıq, daha doğrusu, həmin sözlərin mənasına
əsasən onları şüursuz (və ya şüurlu) olaraq seçir və
eyniləşdiririk. Həmin mürəkkəb proses böyük yarımkürələr
qabığında həyata keçir.
Nitqin reflektor xarakterə malik olması bir də onunla
aydınlaşır ki, anadan gəlmə kar adamlar verbal nitqə malik
olmurlar. Yalnız xüsusi təlim yolu ilə onlar buna nail olurlar ki,
burada da reflektor xarakter baş verir.
Verbal ünsiyyət prosesi olan nitq olduqca mürəkkəb bir
prosesdir. Onun özünəməxsus, bir-birini ardıcıl olaraq tamam-
layan əməliyyatlardan ibarət mexanizmi vardır. Psixoloji
ədəbiyyatda
nitqin
həmin
mexanizmlərinin
aşağıdakı
mərhələlərdən ibarət olduğu qeyd edilir.
Birinci
mərhələ
nitqin
proqramlaşdırılması
mərhələsidir. Bu mərhələdə insanın demək istədiyi nitq
ifadəsinin məna özəyinin qurulması (yaradılması) baş verir.
Bunun üçün insan informasiyalar içərisindən ona lazım olanını
seçir, lazım olmayan ikinci dərəcəliləri kənar edir.
İkinci
mərhələ
cümlənin
sintaktik
quruluşunun
yaradılması mərhələsidir. Bu mərhələdə ifadənin (frazanın)
ümumi layihəsi, onun qrammatik forması proqramlaşdırılır,
lazımi sözləri axtarmağı, səsləri seçməyi, onu daha dəqiq ifadə
etməyi təmin edən mexanizmlər müəyyənləşdirilir.
Üçüncü mərhələdə nitqin real olaraq səslənməsi baş
verir. Beləliklə də kommunikator çatdırmalı olduğu məlumatı
111
kodlaşdırma prosesini həyata keçirir.
Dinləmə prosesində həmsöhbət (resipient) əldə etdiyi
məlumatı açır, anlayır. Bu da öz növbəsində müvafiq
mərhələlər keçir. Dinləyici eşitdiyi səsləri mərhələlər üzrə
sözün mənası ilə əlaqələndirir ki, bu da kommunikatorun nə
demək istədiyini anlamasını təmin edir.
Nitq ifadələrinin kodlaşdırılması və həmin kodun
açılması (anlama) o zaman mümkün olur ki, verbal ünsiyyətin
həyata keçirilməsini təmin edən beyin mərkəzləri və sistemləri
sağlam olsun. İnsanda bu sistemin pozulması müxtəlif nitq
pozğunluğuna-afaziyaya gətirib çıxarır. Bir halda insan sözləri
ifadə, tələffüz edə bilmədiyi halda onları başa düşür, anlayır;
başqa halda ayrı-ayrı səsləri tələffüz edə bildiyi halda onları
müəyyən ardıcıllıqla birləşdirə bilmir; başqa bir halda eşitdiyi
sözləri qavraya bilmədiyi halda həmin sözləri tələffüz edə bilir
və s.
Hələ XIX əsrin ortalarında iki alim tərəfindən beyinin
müəyyən sahəsində zədə olduqda nitq pozğunluğunun da baş
verdiyi aşkara çıxarılmışdır. P.Broka müəyyən etmişdir ki,
beyinin sol yarımkürələrinin alın qırışlarının arxa hissəsinin
üçdə biri zədələnərsə tələffüzün pozulması baş verir.
K.Vernike isə müəyyən etmişdir ki, sol yarımkürələrin yuxarı
qırışlarının arxa hissəsinin üçdə biri zədələnərsə nitqi
anlamağın pozulması baş verir. Beyinin həmin sahələri nitqin
hərəki (Broka mərkəzi) və nitqi anlama (Vernike mərkəzi)
mərkəzi adlandırılmışdır. Lakin sonralar psixofizioloqların
(A.R.Luriya, N.A.Bernsteyn, P.K.Anoxin və b.) tədqiqatları
göstərmişdir ki, nitqin fizioloji əsasını beyinin təcrid olunmuş
bir sahəsinin (nitq mərkəzləri) fəaliyyəti deyil, bütövlükdə
beyin fəaliyyəti təşkil edir.
Nitqin
qavranılması
və
anlaşılması.
Nitqin
qavranılması, anlaşılması və mənilsənilməsi özünəməxsus
xüsusiyyətləri ilə fərqlənir. Təcrübə göstərir ki, nitqin
Dostları ilə paylaş: |