Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının



Yüklə 18,4 Mb.
səhifə19/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

Yoxlama sualları
1.Hansı bərk cisimlər anizotropdurlar?

2.MgO və NaF kristallarının ərimə temperaturları uyğun olaraq 2830 və 9920C-dir. Belə böyük fərqin səbəbi nədir?

3.Bərk kimyəvi birləşmələr nədir?

4.Kubun və heksaqonal prizmanın tam simmetriklik düsturunu tərtib edin.

5.Heksaqonal piramida və dipiramidanın tam simmetriklik düsturunu tərtib edin.

6.Triqonal prizma, piramida və dipiramidanın tam simmetriklik düsturunu tərtib edin.

7.Rombik prizma, piramida və dipiramidanın tam simmetriklik düsturunu tərtib edin.

8.Tetraqonalprizma, piramida və dipiramidanın tam simmetriklik düsturlarını tərtib edin.

9.Tetraqonalprizma-tetraqonal dipiramida kombinasiyada tam simmetriklik düsturunu tərtib edin.

10.Oktaedrin tam simmetriklik düsturunu tərtib edin.

11.AlCl3, BeCl2, CH4 birləşmələrinin kristallik strukturu fəzada hansı həndəsi formaya malik olurlar?

12.Metalların kristal qəfəsinin düyünlərində hansı hissəciklər yerləşir?

13.Kimyəvi birləşmələrdə rabitə uzunluğu və rabitə enerjisi hansı ölçu vahidləri ilə göstərilir?

14.SiO2 - hansı tip kristal qəfəsə malikdir?


Məsələlər
1.Maqnezium sulfat kristalhidratının MgSO4∙xH2O monoklinik elementar özəyinin parametrləri a=10,0; b=24,3; c=7,2 A0, γ=98,60; z=8. Kristalın sıxlığı ρ=1,75 q/sm3. Kristalhidratın tərkibindəki su molekullarının sayını tapın.

2.LiJ-in quruluşunda Li və J atomları kubik üzlərə mərkəzləşmiş qəfəs əmələ gətirir. Sıxlığı ρ=4,06 q/sm3; z=4; MLi=6,94; MJ=126,9

olduğunu bilərək qəfəs parametrini tapın.

3.Tutaq ki, ixtiyarı müstəvi oxlardan x-4a, y-3b, z-6c parçalarını ayırır. Bu müstəvinin Veysə və Müllerə görə indekslərini təyin edin

4.Sfaleritin (ZnS) kubik elementar özəyinin parametri 5,41 A0-ə bərabəərdir. Kristalın struktur tipinin məlum olduğunu nəzərə alaraq onun sıxlığını tapın.

5.Tutaq ki, müstəvi oxlardan 4a/3; 3b/2; 4c/3 parçalarını ayırır. Müstəvinin Veysə görə və Müllerə görə indekslərini tapın.

6.Xörək duzu kristallarının sıxlığı 2,163q/sm3-dur.Struktur tipinin məlum olduğunu nəzərə alaraq kubik elementar özəyin parametrini tapın.

7.HgJ2 tetraqonal (α=4,36 ; c=12,36 ) həcmə mərkəzləşmiş qəfəs əmələ gətirir. z=2 olduğunu nəzərə alaraq birləşmənin sıxlığını tapın.




Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə