|
Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının
|
səhifə | 109/114 | tarix | 25.04.2022 | ölçüsü | 18,4 Mb. | | #86020 | növü | Dərs |
| BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)13.2. Birləşmənin strukturunun
şüşəəmələgəlməsinə təsiri. Zaxariasen qaydası.
1932–ci ildə Zaxariasen sadə oksidlərin şüşəəmələgətirməyə nisbi meylinin olduğunu tədqiq etmişdir. Bu tədqiqat nəticəsində müəyyənləşdirilmişdir ki, şüşəəmələgətirmənin mühüm şərti maddənin arasıkəsilməyən 3 ölçülü torşəkilli struktur əmələ gətirmək qabiliyyətidir. Bu strukturda uzaq məsafədə nizamlılıq gözlənilmir. Bu prinsiplər əsasında bir neçə qayda da müəyyənləş-dirilmişdir. Bu qaydalar bərk cisimlərin şüşəəmələgətirmə halının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Zaxariasen qaydası aşağıdakı kimi ifadə olunur:
Oksigen atomu maksimum 2 “digər” atomla əlaqəli ola bilər;
“Digər” atomların koordinasiya ədədi yüksək olmur;
Oksigen atomları ilə yaradılmış və “digər” atomlar mövcud olan koordinasion poliedrlər bir–biri ilə tilləri və üzləri ilə deyil, təpələri ilə birləşirlər;
Poliedrlər bir–biri ilə üçölçülü top şəkilli birləşirlər.
Dostları ilə paylaş: |
|
|