Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının



Yüklə 18,4 Mb.
səhifə84/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

Yoxlama sualları

1.Hansı birləşmələr dəyişən tərkibli kimyəvi birləşmələr adlanır?

2.Anion vakansiyaları sayəsində metal artıqlığı olan kimyəvi birləşmənin formulu necə təsvir olunur?

3.Bərk fazalarda diffuzliya prosesinə hansı amillər əhəmiyyətli dərəcədə təsir göstərir?

4.Gümüşlə (Ag) qurğuşunun (Pb) qarşılıqlı diffuziyası prosesində Ag-dan Pb-a doğru diffuziya surətinin Pb-dan Ag-a doğru diffuziya sürətindən böyük olmasının səbəbi nədir?

5.Kadmiumla (Cd) qurğuşunun (Pb) qarşılıqlı diffuziyası prosesində Cd-dan Pb-a doğru diffuziya sürətinin, Pb-dan, Cd-a doğru diffuziya sürətindən böyük olmasının səbəbi nədir?

6.Diffuziya prosesində stasionar rejim nədir və bu rejim hansi qanunla ifadə olunur?

7.Diffuziya prosesində qeyri-stasionar rejim nədir və bu rejim hansı qanunla ifadə olunur?

8.Dəmir sulfatdan Fe2(SO4)3 alınan dəmir oksidin (Fe2O3), dəmir oksalatdan Fe2(C2O4)3 alınan dəmir oksidə (Fe2O3) nəzərən daha fəal olmasının səbəbi nədir?

9.Bərk cisimlərdə düyünlərarası ionların qatılığı ilə kristalın əmələgəlmə temperaturu arasındakı asılılıq necə ifadə olunur?

10.MgO və Al2O3 kristallarının qarşılıqlı təsirində Md2+ və Al3+ ionlarının diffuziya sürəti bir-birindən necə fərqlənir?

11.Diffuziya prosesinin hansı mərhələsi ilə bərk faza reaksiyalarının sürəti müəyyənləşdirilir?

12.Bərk faza reaksiyalarında proses diffuziya sahəsində gedərsə reaksiyanın sürəti necə müəyyənləşdirilir?

Məsələlər

1.NaCl kristalının elementar özəyinin istənilən oxu üzrə ölçüsü 5,62810-8 cm-dir. Bu kristalın nəzəri yolla hesablanmış sıxlığı neçə olar?

2.Struktur tipi almaza uyğun gələn silisium kristallarının sıxlığı 2,23q/sm3-ə bərabərdir. Bu kristalın kubik elementar özəyinin parametrini tapın.

3.Sink sulfat kristalhidratının (ZnSO4∙XH2O) rombik elementar özəyinin parametrləri a=11,85A0, b=12,09A0,c=6,83A0, z=4 və sıxlığı 1,97 q/sm3-ə bərabərdir. Bu kristalhidratın tərkibində neçə molekul su vardır? Nəticəni yuvarlaqlaşdırın.

4.Civə sulfid (HgS) kristalının kubik elementar özəyinin parametrləi a=5,84 A0, z=4-ə bərabərdir. Bu kristalın sıxlığını təyin edin.


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə