Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


İkiqat əvəzetmə bərk məhlullar



Yüklə 18,4 Mb.
səhifə88/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

10.3. İkiqat əvəzetmə bərk məhlullar
Bu tip bərk məhlulların əmələ gəlməsinin mahiyyəti ondan ibarətdir ki, kristallaşma zamanı hər iki qəfəsdə eyni vaxtda əvəzetmə prosesi baş verir. Məs. Sintetik olivinlər əsasında bərk məhlulların əmələ gəlməsində Mg2+ ionları Fe2+ ionları ilə əvəz olunmaqla yanaşı silisium (Si+4) ionları germanium (Ge+4) ionları ilə əvəz olunur. Alınan bərk məhlul aşağıdakı formulla ifadə olunur:

(Mg2-xFex) (Si1-y­Gey)O4.

Bundan başqa gümüş bromid (AgBr) və natrium xlorid (NaCl) qarışığından aramsız tərkibli bərk məhlullar əmələ gəlir. Bu məhlullar ikiqat əvəzetmə prosesi ilə yaranırlar. Alınan məhlulun tərkibi aşağıdakı kimi ifadə olunur (Ag1-xNax) (Br1-yCly) (0

İkiqat əvəzetmə mexanizmi ilə Si3N4 strukturuna əsaslanan sialanların alınması mümkündür. Sialanlar Si-Al-O-H sistemli bərk məhlullardan ibarətdir.

Sialanların sintezi üzrə aparılan tədqiqatlardan aşağıdakı tərkibdə bərk məhlul alınmışdır:

(Si1-xAlx) (H4-xOx)

Silisium nitrid (Si3N4) əsasında hazırlanan çini (farfor) materialların müxtəlif yüksək temperaturlu proseslərdə və aparatlarda istifadə olunması böyük perspektivlərə malikdir. Bu baxımdan sialan və onun törəmələri nitridlər əsasında alınan çini materialların tətbiq sahəsini genişləndirmişdir.


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə