(O^). Sonuncu yüzillikdə bu təbii qazların miqdarı artmışdır.
Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti
olmayan digər qazlar da daxil olur (ən əsası insan tərəfindən
sintez ediən xlor-flüor üzvi birləşmələri, freonlar və s. aiddir). Son
200 ildə, xüsusiə 1950-ci illərdən sonra insan fəaliyyəti
atmosferdə parnik effektli qazların konsentrasiyasının artmasına
səbəb olur. Bu qaz qarışığı radiasiyanı udur və əks etdirir. Odur ki,
Yerin iqliminə təsir etmək qabiliyyətinə malikdir.
Turşulu (turş) yağışlar. Turşulu yağışlar ifadəsi ilk dəfə
1872-ci ildə R.Smit tərəfindən qeyd olunmuşdur. Turşulu
yağışların əsas komponentləri azot və kükürd oksidlərinin (SO
2
və
N0) aerozolları sayılır. Amonyak da (NH
3
) turşulu yağışların əsas
komponentlərindəndir.
Turşulu yağışlar həm təbii, həm də antropogen mənşəli
olur. Turşulu yağşların əmələ gəlməsinə səbəb olan təbii
mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə
yanğınları, biogen ifrazatı, torpağın deflyasiyası və s. aiddir.
Avropa və Şimali Amerikada qazıntı yanacaqlarından çox istifadə
olunduğundan bu ərazidə dünyada atmosferə buraxılan
maddələrin 70%-i düşür və bu turşulu yağışın əmələ gəlməsinə
səbəb olur. Turşulu yağışın əsas yayıldığı vilayətlər - sənaye
rayonları sayılır (Şimali Amerika, Qərbi Avropa, Yaponiya,
Koreya, Çin, Rusiyanın sənaye rayonları). İndiyə qədər məlum
olan ən turş yağış Kanadada (pH 2,4) və ABŞ-m Los-Anjelos
şəhərində (pH 2,3) qeydə alınmışdır.
Antropogen amillərin güclənməsi ilə əaqədar atmosferdə
parnik qazlarının artması onların parnik effektivliyini də
yüksəldəcəkdir.
2100-cü
ilə
qədər
yerüstü
havanın
temperaturunun təxminən 2°S artması gözlənilir.
39
2.3.4.
Azərbaycanda iqlim dəyişkənliyi
İqlimin tərəddüdü və dəyişkənliyi problemi müasir
dövrdə bəşəri əhəmiyyət daşıyır. Azərbaycanın ərazisində il
ərzində ən maksimal müsbət normalar fərqi müşahidə edilmişdir
(0,77±0,39°). 1961-1990-cı illərdə orta illik temperaturlar
Azərbaycan ərazisində 0 2 - 0 , i n t e r v a l d a artmışdır. 10 il
ərzində (1990-2000) temperatur daha 0,4 l^S artmışdır. 1997-ci
ildə Azərbaycan ərazisinin təqribən 1/3-ni əhatə edən leysan
yağışları, sel-subasma hadisələri 15 nəfərin həlakı ilə
nəticələnmişdir.
Azərbaycan Respublikası tərəfindən 1992-ci ildə
BMT-nin Rio-de-Janeyroda (Braziliya) keçirilən “Ətraf mühit və
inkişaf’ konfransında “İqlim dəyişmələri üzrə çərçivə
konsepsiyası”-nı imzalamış, 1995-ci idə Milli Məclis tərəfindən
ratifikasiya edilmiş, 2000-ci ildə bu Konvensiyanın həyata
keçirilməsi mexanizmini təyin edən Kioto (Yaponiya)
protokolunu imzalanmışdır. Konvensiyadan irəli gələn
öhdəliklərin yerinə yetirilməsi üçün 1997-ci ildə iqlim
dəyişilmələri
üzrə
Dövlət
Komissiyası
yaradılmışdır.
Respublikamızda
parnik
qazlarının
azaldılması
üçün
texnologiyalara Milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində
sistematik müşahidələrin hazırki vəziyyəti və potensialı
qiymətləndirilmişdir.
Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa
və keçmiş SSRİ dövlətləri ilə birlikdə parnik qazlarının
inventarlaşdırılmasmm keyfiyyətlərinin təkmilləşdirilməsi üçün
Milli potensialın yaradılması üzrə regional layihəsinin ilkin
mərhələsində iştirak edir. Azərbaycan Respublikasının ərazisində
atmosfer havasının mühafizəsi sahəsindəki vahid dövlət siyasəti
müəyyənləşdirilir və həyata keçirilir. Atmosfer havasının
mühafizəsinə dair məqsədli dövlət proqramlarına və Azərbaycan
Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinə müvafiq
olaraq atmosfer havasına zərərli
40
maddəbrin atılmasının azaldılması, həmçinin belə azalmanın
həyata keçirilmə müddətləri dövlət tərəfindən müəyyən edilir.
2.3.5.
Tullantısız istehsal
Hazırda bir çox qabaqcıl ölkələrdə təbii resurslardan
səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye
komplekslərindən tullantısız məhsul almağa yönəldilən
texnologiyadan geniş istifadə olunur.
Elmi-texniki inkişaf dövrü olmasına baxmayaraq hələ də
sənaye proseslərinə cəlb edilən xammalın yalnız 5- 10%-ə qədəri
son məhsula çevrilir, qalan 90-95 %-ə qədəri isə tullantı kimi ətraf
mühitə atılır. Deməli, xammal ənənəvi sənaye məhsullarının
alınmasına yox, atılan tullantılara xidmət edir. Bununla əlaqədar
istehsalın ekolojiləşdirilmə- sinə böyük ehtiyac vardır. Belə
istehsalın məqsədi tullantıların azaldılaraq ləğv edilməsi, az
tullantıh, hətta sənayenin bəzi sahələrində tullantısız istehsal
yaratmaqdır. Hazırda bir çox alimlər ətraf mühitin mühafizəsində
tullantısız texnologiyaya keçilməsini vacib sayırlar. Tullantısız
texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji
strategiyası hesab olunur.
Müasir sənayedə tullantılar o qədər çoxdur ki, çoxlu
sayda təmizləyici qurğuların inşasına böyük ehtiyac var. Lakin
nəzərə almaq lazımdır ki, təmizləyici qurğuların inşası çox vəsait
tələb edir, hətta istehsalın dəyərini üstələyir. Ona görə də
tullantıları parçalamaq yox, onlardan müxtəlif məqsədlər üçün
istifadə etmək nəzərdə tutulur.
Tullantılardan tam istifadə edilməsi qapalı texnoloji
proseslər yaratmağı tələb edir. Yəni bir tullantı başqa istehsal
üçün xammal olur, xırda müəssisələr iri istehsal komplekslərində
birləşir. Belə hallarda ətraf mühitin çikrləndirilməsi azalır, təbii
sərvətlərdən istifadənin də səmərəsi yüksəlir.
41
Dostları ilə paylaş: |