Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

bal  nəticələri  dərhal  dünya  alimlərinin  və  ictimaiyyətinin 
diqqətini  cəlb  etmişdir.  Birincisi,  NASA  -  ABŞ-m  Milli 
Aerokosmik  Agentliyinin  məlumatlarına  əsasən  bu  Yer 
planetinin  formalaşmasının  sürətinin  dəyişilməsinə  və  sutkanın 
uzunluğunun  2,68  mikrosekund  çoxalmasına  səbəb  olmuşdur. 
Yerin  coğrafi  oxu  2,5-dən  6  sm-ə  qədər  öz  yerini  dəyişmişdir. 
Alimlər hesab edirlər ki, bu yerdəyişmə bir neçə metr olmuşdur. 
Nəhəng litosfer tavasının mantiyanm altına sürətlə keçməsi Yerin 
deformasiyasına  və  onun  Orta  Radiusunun  dəyişilməsinə  səbəb 
olmuşdur. 
Yuxarıda göstərilənlərdən aydın olur ki, bu proseslər qısa 
vaxt ərzində nəinki dünya okeanın sularında böyük dəyişikliklər 
əmələ  gətirə  bilər,eyni  zamanda  Yer  kürəsində  qlobal  iqlim 
dəyişikliyinə, atmosferin tərkibini göstərə bilər. 
Bundan  əlavə  hazırda  Günəş  sunamilərinin  də  baş 
verməsi artıq hamıya bəllidir. Günəşin üzərində ləkələr Günəşdə 
gedən  fiziki  proseslər  nəticəsində  yaranır,  yanacaq  yanarkən 
termo  üzrə  prosesləri  zəifləyir.  Ləkə-Günəş  ətrafında  daima 
yaranan  günəşətrafı  «qara»  dəlikdir.  Bu  qara  dəliklərin 
(deşiklərin)  Yer  səthinə  istiqamətlənməsi  Yerdə  çoxsaylı 
katoklizmlərin:  tayfunların,  tornadonun,  sunamilərin,  siklon  və 
antisiklonların yaranmasına şərait yaradır. 
Yuxarıda  qeyd  etdiyimiz  belə  qlobal  hadisələr,  onların 
yaranma  səbəbləri.  Yer  kürəsinə  etdiyi  təsirlər,  törətdikləri 
fəlakətlər,  insan  tələfatı,  dəyən  maddi  ziyanlar,  sosioloji 
sarsıntılar göstərilməklə, onların tarixi ardıcıllığı gözlənilmişdir. 
Fikrimizcə belə təbii katoklizmlərin geniş izahı, araşdırılması və 
proqnozlaşdırılması  günün  ən  aktual  vəzifələrindəndir.  İndi 
hamıya  məlumdur  ki,  hansı  ölkələrdə  ki,  vulkanlar,  zəlzələlər, 
sunamilər,  fırtına  və  tornado  haqqında  geniş  məlumtalar  var 
(Yaponiya, ABŞ və s.) və onlar xalqa təbliğ olunursa, orada bu 
fəlakətlərə qarşı xeyli hazırlıq olur və nəticədə həmin ölkələrdə 
maddi və mənəvi 
64 


itgibr xeyli az olur. 
İnsanlar  öz  həyatlarında  çoxsaylı  təbii  katoklizmlərlə 
üzləşmişlər. Onlardan biri - ən təhlükəlisi, geniş yayılmışı, çoxlu 
bəlalar  gətirən,  çoxsaylı  insan  tələfatı  ilə  nəticələnən  sunami 
dalğalarıdır. 
Sunami  (yunan  sözüdür,  «iri  dalğa»  deməkdir)  -  bu 
okean  və  başqa  su  hövzələrində  suyun  təlatümə  gəlməsi 
nəticəsində  yaranan  uzun  dalğalardır.  Əksər  sunamilərin 
yaranmasına səbəb qüvvətli sualtı zəlzələlər hesab olunur. Zəlzələ 
nəticəsində bir neçə dalğa yayılır ki, onlardan birincisi həmişə ən 
güclü  olmur.  Sunamilərin  80%-dən  çoxu  Sakit  okeanın  hər  iki 
sahillərində baş verir. 
Açıq okeanda sunami dalğaları 
-yjg-H
 sürəti ilə yayılır 
ki,  burada  g  -  sərbəst  düşmənin  sürətlənməsi,  H-isə  Okeanın 
dərinliyidir  (Dalğanın  uzunluğu  onun  dərinliyindən  xeyli  uzun 
olduqda, az su sahilə yaxınlaşır). Okeanın orta dərinliyi 4000 m 
olarsa,  dalğaların  yayılma  sürəti  200  m/san  və  ya  720  km/saat 
olar. Açıq dənizdə dalğaların hündürlüyü əksər hallarda metrdən 
artıq  olmur,  dalğanın  uzunluğu  isə  (dalğalar  arasındakı  məsafə) 
500-1000  km-ə  çatır  və  ona  görə  də  gəmiçilik  üçün  təhlükəli 
deyil. 
Dalğalar  dayaz,  sahillərə  yaxınlaşdıqda,  sahil  xəttinə 
yaxın,  onların  sürəti  azalır,  yüksəkliyi  isə  artır.  Sahilə  çatdıqda 
sunamilərin  hündürlüyü  bir  neçə  on  metrlərə  çata  bilər.  Daha 
hündür  dalğalar,  yəni  30-40  m  hündürlükdə  sərt  sahillərdə, 
buxtalarda  və  fokusirovka  yaranması  mümkün  olan  hər  yerdə 
yaranır.  Sahil  rayonlarında  qapalı  buxtalar  az  təhlükəli  yerlər 
sayılır. 
Sualtı  zəlzələlər.  Bütün  sunamilərin  85%-i  su  altında 
zəlzələ  nəticəsində,  okean  dibinin  şaquli  hərəkəti  ilə  baş  verir. 
Dibin bir hissəsi aşağı düşür, bir hissəsi isə yuxarı qalxır. Suyun 
səthi  şaquli  istiqamətdə  hərəkətə  gəlir  və  ilkin  səviyyəyə 
qayıtmağa çalışır, dənizin orta səviyyəsinə doğru bir neçə dalğa 
əmələ gətirir. Heç də bütün sualtı zəlzələlər SLinamilərlə müşayət 
ouinmur. Sunami yaradan dalğalar 
65 


adətən zəlzələ ocağının çox dərində olmadığını bildirir. 
Təsəvvür  edək  ki,  zəlzələ  nəticəsində,  sualtı  vulkanın 
püskürməsi  və  ya  dənizin  dibinin  müəyyən  hissələri  üçqun 
nəticəsində sürətlə yerini dəyişir. Məs. Yuxarıya doğru suyun heç 
vaxt  sıxılmadığını  nəzərə  alsaq,  onda  həmin  anda  su  yuxarıya 
qalxır  və  dəniz  səthinin  müvafiq  sahəsi  -  su  səthində  çox  da 
hündür olmayan tənə əmələ gətirir. Həmin bu dalğa sunami ocağı 
hesab  olunur;  ondan  suya  atılmış  daş  kimi  hər  tərəfə  dalğalar 
yayılır. 
Titrəmə dənizin dibindən səthə doğru baş verir; bilavasitə 
beləliklə  sunami  dalğaları  yaranır.  Aneaq  titrəmənin  belə 
ötürülməsi  açıq  dənizdə  qüvvətli  dalğa  əmələ  gətirmir.  Dənizin 
ortalarında belə dalğalar zərərsizdir; onun kəskin təzahürü yalnız 
onda hiss olunur ki, dalğalar sahilə gəlib çatmış olsun. 
Dalğalar dayaz sahilə çatdıqda, sahil xəttinə yaxın onların 
sürəti azalır, hündürlüyü isə artır. 
Sunami dalğalarının davamiyyəti ardıcıl dörd mərhələyə 
bölünə bilər. Birinci mərhələ dalğanın yaranması, ikinci mərhələ 
dalğaların  okean  səthində  hərəkəti,  üçüncü  mərhələ  dalğalarla 
sahil  zonasının  qarşılıqlı  əlaqəsi,  dördüncü  mərhələ  -  dalğanın 
zirvəsinin  sahil  zonasına  çırpılması,  su  kütləsinin  quru  üzərinə 
hərəkəti. 
1-ci  şəkildə  sxematik  surətdə  sunaminin  iki  halda 
yaranması göstərilir: 
a)
 
dəniz dibinin sahəsi yuxarıya qalxır; 
b)
 
dəniz dibi aşağı enir. 
Birinci  halda  sunami  gətirmə  dalğası  ilə  yayılır,  ikinci 
halda isə çəkilmə dalğası ilə irəli gedir. 
İkinci halda dənizin qısa müddətli sahildən geri çəkilməsi 
prosesi sunami dalğalarının 
zirvəsinin 
yaxınlaşması ərəfəsində müşahidə olunur. 
66 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə