Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

Məsələn, şimali Atlantika sahillərində ən iri çirkləndiricilər, hər il 
kiçik  buxtaya  9  mln.  tona  yaxın  tullantı  tökülən  Nyu-  York 
şəhəridir. 
Göstərilən  misallardan  aydın  olur  ki,  okeanın 
çirklənməsinə  insanın  təsiri  böyükdür,  lakin  okeana  müxtəlif 
yollarla  atılan  çirkləndiricilərin  ümumi  miqdarı  hələlik  məlum 
deyil. 
Ikinei  dünya  müharibəsindən  sonra  Aralıq  dənizi 
sahillərində  çox  su  işlədən  və  suya  çoxlu  çirkab  su  tökən  yeni 
sənaye  şəhərləri  yaradıldı.  Tökülən  çirkab  suların  dənizdən 
Atlantik okeanına təbii sirkulyasiya vasitəsilə aparılan sudan çox 
olması nətieəsində Aralıq dənizi çox çirkləndi. Hazırda Şimal və 
Baltik  dənizləri  xeyli  çikrlənib.  İçməli  suyun  mənbələri  olan  - 
Temza,  Sena,  Selda,  Reyn,  Elba,  Oder,  Visla  kimi  çaylar  öz 
gözəlliklərini çoxdan itirmişlər. Onların sahillərində Avropada ən 
iri  kimya  sənayesi  zavodları  fəaliyyət  göstərir.  Bu  çaylara  hər  il 
100 min tonlarla fosforit, 1,5 mln.ton  təhlükəli azot  birləşmələri 
atılır. Son vaxtlar çaylarla Şimal dənizinə 11 min ton qurğuşun, 28 
min ton sink, 950 min ton mişyak, 335 ton kadmiy və 75 ton eivə 
atılmışdır.  Ağır  metallar  qrunt  faunasını  (balıqqulağı,  xərçəng, 
dəniz ulduzu) məhv edir, balıq və suitilərdə təhlükəli şişlər əmələ 
gətirir. 
Dünya su ehtiyatının beşdə biri, keçmiş İttifaqın şirin su 
ehtiyatının isə 70 %-ni təşkil edən, dünyada ən dərin tektonik göl 
Baykala ən dəhşətli təhlükə törədən, oradan tikilmiş sellüloz-kağız 
kombinatıdır.  Ekoloji  itgi  hər  gün  milyon  manatlarla  hesablanır. 
Baykaldan həyəcanlı xəbərlər verilir;bahqlarm qırılması. Selenqa 
çayında  ikibaşlı  balıqların  və  üzgəcsiz  balıqların  əmələ  gəlməsi, 
dayazlaşma, Baykal xərçəngi - suyu özündən buraxaraq gölü şəffaf 
və təmiz edən - sayının xeyli azalması və s. 
Dəniz  mühitində  aşağıdakı  çirkləndiricilərə  rast  gəlmək 
olar; 
58 


patagen (xəstəlik törədən) mikroorqanizmlər (bakteriyalar, 
birhüceyrəlilər, viruslar və göbələklər). Onlardan ən çoxu 
çirkab sularla yayılır; bərk tullantılar-tullantıların emalı 
zamanı qalıq, həmçinin, işlədilməyən və ya müddəti keçmiş 
sənaye məhsullarıdır. ABŞ alimlərinin məlumatına görə hər il 
dünya okeanına 6,6mln. tona qədər müxtəlif zibil atılır ki, 
onların da, əsas kütləsini plastmas əşyalar təşkil edir, istilik 
tullantıları - dəniz mühiti ilə əlavə istiliyin kontaktından onun 
səciyyəsi dəyişir və bu canlı orqanizmlər üçün zərərli ola bilər: 
şirin  su  və  duzlar-şirin  suyun  çox  olması  ciddi  problem 
yaratmır,  lakin  əgər  saflaşdırmaya  meyilli  olan  zonaya 
düşərsə problem yarada bilər; 
zəhərlər-qeyri-üzvi  zəhərlər  adətən  sənayedə  xəstəlik 
törədən  orqanizmləri  və  ya  yosunları  məhv  etmək  üçün 
istifadə olunur. Üzvi zəhərlər isə dənizə qəsdən və təsadüfən 
atılmış  müasir  kimyəvi  maddələrdən  ən  təhlükəlisidir 
(biosid-fungusidlər,  herbesidlər,  insektisidlər,  podensidlər, 
həmçinin,  karbohidrojenlər,  neft  məhsulları  və  sənaye 
kimya məhsulları); 
-
 
neft-təbii  maneyə  malik,  üzvi  zəhərlərə  aid  və  uzun 
müddət ərzində bioloji yolla parçalanan maddələrdir; 
-
 
gübrələr-ən  çox  yayılanı  azot  və  fosfor  birləşmələridir. 
Onlar ətraf mühitdə həmişə mövcud olmuşdur və onların 
bəziləri çürüyən orqanizmdən ayrılaraq təbii yolla mühitə 
qayıdır; 
-
 
radioaktivlik-radioaktiv  maddələr  dəniz  mühitinə  nəinki 
uran  istifadə  olunan  atom  stansiyalarının  işləməsi 
şəraitində  və  başqa  növ  fəaliyyətlə,  həm  də,  kömürün 
yandırılması kimi adi şəraitdə də düşürlər
-
 
turşular və qələvilər - turşu və qələvilərin dənizə atılması 
ekoloji sistemin balansına zərərli təsir edir. Dəniz suyunun 
normal turşuluğu təqribən 8,0% olur, yəni dəniz suyu zəif 
qələviləşmiş olur. 
59 


-
 
estetik  baxımdan  -  xoşa  gəlməyən  görüntülü  və  iyli 
tullantılar cəlbedici deyillər; 
-
 
nəqliyyat gəmiçiliyi-mütəxəssislər qeyd edirlər ki, Okeana 
düşən neft məhsullarının əksəriyyətini motorlu qayıqların 
mühərriklərində  daxili  yanma  şəraitində  işlənmiş  yağlar 
təşkil edir. Neftin tankerlərdən qəza nəticəsində dağılması 
və  daşması  prosesi  baş  verir.  İri  tankerlər  yüklərini 
boşaltdıqda  gəminin  dinamik  xüsusiyyəti  xeyli  dəyişir. 
Belə  ki,  onun  çəkisi  azalır  və  onun  idarə  olunma 
xüsusiyyəti tam  yüklə dolu  olmasını tələb edir. Ona görə 
əksəriyyət  tankerlərə  ballast  su  vurulur.  Tanker  neft 
götürməyə  hazırlaşanda  ballast  su  dənizə  buraxılır  və  o 
sularla dənizə xeyli miqdar neft tullantıları atılır. 
-
 
sənayedə suların çirklənməsi
-
 
çirkab suların təmizlənməsi sistemi; 
-
 
kənd  təsərrüfat  mənbələri  (süni  gübrələr,  heyvanların 
çirkabı, pestisidlər, herbesidlər və asılı hissəciklər) 
-
 
istirahət zonalarmdakı çirkləndiricilər; 
-
 
tikinti və s. zamanı yaranan çirkləndiricilər. 
<^Bir  çox  tədqiqatçılar  hesab  edirlər  ki,  tullantıların 
basdırıldığı yerlər gələcəkdə onlarlan insanların təkrar istifadə edə 
bilməsi  üçün  əlçatan  yerdə  olsun.  Yaponiyada  tullantıları 
pasportlaşdıraraq,  ciddi  nömrələnmiş  konteynerlərə  yığıb 
bir-birinə  yaxın  adaların  arasında  suyun  dibinə  üst-üstə 
endirilməsi  və  səthə  bir  neçə  metr  qalmış  üstünün  gətirilmə 
torpaqla doldurulması sınaqdan keçirilir. Bunun nəticəsində həm 
adalar  birləşdirilir,  yeni  torpaq  sahəsi  əldə  edilir,  həm  də  ən 
vaciblisi,  gələcək  nəsillər  üçün  hazırda  istehsalı  mümkün 
olmayan  təkrar  istehsal  xammal  bazası  yaradılmış  olar.  Bəzən 
hesab  edirlər  ki,  radioaktiv  tullantıların  basdırıldığı  ərazilər 
yaşayış  yerlərindən  çox  uzaqda  olmalıdır.  Görünür  ikuinci  üsul 
daha təhlükəsizdir. 
Hazırda cəmiyyətin ictimai fəaliyyəti və canlıların 
həyatı üçün vacib olan içməli su problemi ən vacib 

60 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə