nəticəsində ölənlərin sayı 173 min 981 nəfərə çatıb. İndoneziyada
sunami ətraf mühitə 675 mln. ABŞ dolları qədər zərər vermişdir.
Uzaq Şərqdə sunami əmələgələn rayon əsasən dar bir
sahədə Kuril Kamçatka çökəkliyinin qərb yamacları hesab olunur.
Bu ərazi sahildən 70 km məsafədə uzanmış 90 km enində
zolaqdır. Bir çox fəlakətli sunamilər burada baş verərək Kuril
adalarına doğru irəliləyirlər.
Kuril adalarında sunamilər haqqında ilk məlumatlar 17
oktyabr 1737-ci ilə aiddir. O vaxt dalğaların hündürlüyü onlarla
metr olmuşdur. Sonrakı illərdə bu ərazilərdə 75 dəfə
sunami
hadisələri baş vermişdir.
Keçən yüzillikdə ən nəhəng sunamilərdən biri 5 noyabr
1952-ci ildə Kamçatka yarımadası sahillərində baş vermişdir. Ən
çox zərər çəkmiş ərazi Paramuşir adasındakı Severo-Kurilsk
şəhəri olmuşdur. Şəhərə hüeum etmiş dalğaların hündürlüyü
10-15 m olmuşdur. Bəzi məlumatlara əsasən o zaman şəhərdə 13
nəfər həlak olmuşdur. Bu dağıdıcı sunamidən sonra Uzaq Şərqdə
Rusiyanın sunamilərlə mübarizə xidməti yaradılmışdır.
1960-cı il mayın 23-də Çili sahillərində yaranmış sunami
16 min km-dən çox məsafə qət edərək, 21-22 saatdan sonra
Rusiyanın Uzaq Şərq sahillərinə çatmışdır.
Dalğanın hündürlüyü 4,7 m olmuşdur. Sunami həmçinin
Oxot dənizinə keçmişdir.
Təbiətdə sunami dalğalarının vurduğu zərərlər iqtisadi,
ekoloji, mənəvi mahiyyət kəsb edir.
Sunamilər əsasən dənizin titrəyişi və vulkan fəaliyyətindən
törənən, saatda 600-700 km sürətlə hərəkət edən, hündürlüyü
30-40 m, bəzən daha hündür olan uzun dövrlü dalğalardır. Onlar
Sakit okeanın hər iki sahili boyu Kamçatkanın, Kuril adalarının.
Saxalin adasının. Havay
82