Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

olmaq ərəfəsindədirlər. Hazırda onların cəmi 11 min ekzemplyarı 
qalmışdır. 
Belə  fəlakətli  hadisələrdən  bitki  aləmi  çox  ziyan  çəkir. 
Qüvvətli  dalğa  xırda  faunanı  dağıdır.  Onların  populyasiyası 
yalnız 40-50 ildən sonra bərpa oluna bilərlər. Bundan əlavə duz 
torpağa hopmuş olur və yağışın yağmasını gözləmək lazımdır ki, 
onu  yusun.  Buralarda  yalnız  kakos  palması  (qozu)  dalğalara 
dözür, çünki o, hətta okeanda üzə-üzə yaşaya bilir. Mərcan adaları 
sunamilərdən  daha  çox  ziyan  çəkirlər.  Onların  nazik  və  incə 
bədənləri  onsuz  da  iqlim  dəyişiklərinə  və  insan  təsirinə  məruz 
qalırlar.Yalnız sahil zonaları geoloji prosesləri nöqteyi- nəzərdən 
qüvvətli dalğalardan çox az zərər çəkmişlər. 
Bəs insanların bu fəlakətdən necə xilas etmək olar? 
Əgər  bu  dəhşətli  dalğanın  gəlməsi  barədə  insanlar  heç 
olmasa  1  saat  əvvəl  xəbər  tuta  bilsələr,  qurunun  dərinliklərinə 
gedə  bilər,  gəmilər  isə  açıq  dənizə  çıxa  bilərlər.  Sunamilərin 
gəlməsini  xəbər  verməyə  başqa  dalğalar-  Seysmik  dalğalar 
kömək  edir.  Bu  dalğalarla  birlikdə  yaranır,  lakin  yerin  təki  ilə, 
həm də sunamilərdən xeyli sürətlə hərəkət edirlər. 
Novosibirsk  alimləri  yerin  təki  ilə  yayılan  dalğaların 
köməyi ilə təhlükənin istiqamətini təyin  etməyi öyrənmiş, Nijni 
Novqorod şəhərindəki Tətbiqi Fizika İnstitutunun mütəxəssisləri 
isə  hesablama  üsulu  ilə  sunamilərin  sahildə  özünü  necə 
aparacağını  müəyyən  edirlər.  Buna  əsasən  sahillərdə  «böyük 
dalğanın»  hansı  yerdə  daha  təhlükəli  olmasını  aydmlaşdımıaq 
olar. 
Məlumdur ki, hər 1000 sunami hadisəsinin 100-dən çoxu 
fəlakətli nəticələri ilə fərqlənərək hər şeyi məhv edir, tikililər və 
torpaq-bitki  örtüyü  dağılır  (məs.  1993-cü  ildə  Yaponiya 
sahillərində, 1952-ci ildə Kamçatkada və b.). Sunamilərin 80%-i 
Sakit okeanın kənarlarında baş verir. Ən çox da Kuril-Kamçatka 
çökəkliyində olur. 
İndoneziyada 26 dekabr 2004-cü il sunamiləri 
81 


nəticəsində ölənlərin sayı 173 min 981 nəfərə çatıb. İndoneziyada 
sunami ətraf mühitə 675 mln. ABŞ dolları qədər zərər vermişdir. 
Uzaq  Şərqdə  sunami  əmələgələn  rayon  əsasən  dar  bir 
sahədə Kuril Kamçatka çökəkliyinin qərb yamacları hesab olunur. 
Bu  ərazi  sahildən  70  km  məsafədə  uzanmış  90  km  enində 
zolaqdır.  Bir  çox  fəlakətli  sunamilər  burada  baş  verərək  Kuril 
adalarına doğru irəliləyirlər. 
Kuril  adalarında  sunamilər  haqqında  ilk  məlumatlar  17 
oktyabr 1737-ci  ilə  aiddir. O  vaxt  dalğaların hündürlüyü onlarla 
metr  olmuşdur.  Sonrakı  illərdə  bu  ərazilərdə  75  dəfə  sunami 
hadisələri baş vermişdir. 
Keçən  yüzillikdə ən nəhəng sunamilərdən biri 5 noyabr 
1952-ci ildə Kamçatka yarımadası sahillərində baş vermişdir. Ən 
çox  zərər  çəkmiş  ərazi  Paramuşir  adasındakı  Severo-Kurilsk 
şəhəri  olmuşdur.  Şəhərə  hüeum  etmiş  dalğaların  hündürlüyü 
10-15 m olmuşdur. Bəzi məlumatlara əsasən o zaman şəhərdə 13 
nəfər həlak olmuşdur. Bu dağıdıcı sunamidən sonra Uzaq Şərqdə 
Rusiyanın sunamilərlə mübarizə xidməti yaradılmışdır. 
1960-cı il mayın 23-də Çili sahillərində yaranmış sunami 
16  min  km-dən  çox  məsafə  qət  edərək,  21-22  saatdan  sonra 
Rusiyanın Uzaq Şərq sahillərinə çatmışdır. 
Dalğanın hündürlüyü 4,7 m olmuşdur. Sunami həmçinin 
Oxot dənizinə keçmişdir. 
Təbiətdə sunami dalğalarının vurduğu zərərlər iqtisadi, 
ekoloji, mənəvi mahiyyət kəsb edir. 
Sunamilər  əsasən  dənizin  titrəyişi  və  vulkan  fəaliyyətindən 
törənən,  saatda  600-700  km  sürətlə  hərəkət  edən,  hündürlüyü 
30-40 m, bəzən daha hündür olan uzun dövrlü dalğalardır. Onlar 
Sakit okeanın hər iki sahili boyu Kamçatkanın, Kuril adalarının. 
Saxalin adasının. Havay 
82 


oo 
 
Şəkil  4.  Rusiyanın  Sakit  Okean  Sahillərində  sunamilər  haqda  yol  verilən 
maqnetudalardan yuxarı həyəcan elan ediləcək. 


 


adalarının,  Çilinin,  Alyaskanın  əhalisi  üçün  çox  böyük  təhlükə 
yaradır (şəkil 4). 
1996-cı  ildə Yaponiyada hündürlüyü 29 m  olan sunami 
dalğaları San Riqo şəhəri sahillərinə çırpılmış və nəticədə 28 min 
adam  həlak  olmuşdur.  Ümumiyyətlə,  sunami  yaponlara  yaxşı 
məlum olsa da 1993-cü ildə baş vermiş sunami nəticəsində əhali 
qaçmağa macal tapmamış və Yapon adaları sahillərində 200 nəfər 
ölmüş, 500-dən çox ev dağılmışdır. Ölənlərin əksəriyyəti uşaqlar 
və  yaşlılar  olmuşdur.  1933-cü  ildə  Akudzizi  adasının  cənub 
qurtaracağından 320 km cənubda Toro şəhərində dağıdıcı sunami 
baş vermiş və xeyli insan tələfatına səbəb olmuşdur. İndi həmin 
şəhər ətrafında sunami dalğalarının qarşısını almaq məqsədi ilə 10 
m 40 sm eni, 24 m hündürlüyü olan divar tikilmişdir. Yayda divar 
qızır,  evlər  bərk  isti  olur.  Toro  şəhərində  də  Havay  adalarında 
olduğu kimi tədqiqat obyekti vardır ki, orada gecə-gündüz nəzarət 
aparırlar.  Toro  şəhəri  ətrafındakı  divarlarda  6  iri  qapı  vardır. 
Həmin  qapılar  nəzarət  postlarından  verilən  xəbərlərə  əsasən 
sunami  dalğalarından  4  dəqiqə  əvvəl  bağlanmışdır.  Hazırda 
Akudzizi adasında da bənd tikilir. 
1-ci  cədvəldə  ayrı-ayrı  illərdə  Dünya  okeanında  baş 
vermiş  sunamilərin  fəlakətli  dalğalarının  bəşəriyyətə  vurduğu 
ziyanlar haqqında bəzi məlumatlar verilmişdir. Burada göstərilir 
ki, bunun nəticəsində 100 minlərlə insan tələf olur, dəyən zərərin 
miqdarı  milyardlarla,  dağılan  evlərin  sayı  minlərlə,  batan 
gəmilərin,  yaralananların  sayı  minlərlə  hesablanır.  Sunami 
dalğalarının fəlakətlərindən ölən insanların xatirəsini yad edərək 
həmin ölkələrin bəzilərində (xüsusilə Amerika qitəsi sahillərində) 
suya  içi  yanan  kağız  fənərlər  buraxılır  və  bu  böyük  bir  ərazidə 
qəribə bir mənzərə yaradır. 
1946-cı  il  aprelin  1-də  Havay  adaları  ətrafında  Xila 
buxtasına  saatda  640  km  yol  qət  edən,  hündürlüyü  30  m  olan 
sunami dalğaları hücum etmişdir. Bu dalğalar 3800 km 
85 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə