Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

neçə nəhəng dalğa hücum edir. Dənizdən ilk qabarma çox hündür 
olmur. 4-5 m hündürlüyə qalxan dalğa 5 dəqiqə sakit qalır. Sonra 
isə  dalğa  geri  çəkilir.  Geri  çəkilmə  sürətli  olmaqla  bərabər, 
sovrulan  su  səsinə  oxşar  qüvvətli  səslə  müşahidə  olunur.  İkinci 
dalğa 20 dəqiqə sonra sahilə çırpılır. Sürət 5-200 km/s, hündürlük 
isə 8 m olur. 
Beləliklə yuxarıda yazılanlarda göründüyü kimi təbiətdə 
elə təbii fəlakətlər vardır ki, onlar insanların fəaliyyətindən asılı 
olmayaraq  yaranır  və  bunların  qarşısını  almaq  mümkün  olmur, 
həm də ki, böyük itkilərlə başa gəlir. 
Sunamilərə  qarşı  qismən  müdafiə  olunmaq  üçün 
tədbirlərə:  süni  sahil  qurğularının  (dalğakəsən,  tökmələr  və  s.), 
okean sahili boyu meşə zolağının salınması, 40-50 ci illərdə ABŞ, 
Yaponiya  və  Keçmiş  SSRİ-də  əhalini  qabaqcadan  xəbərvermə 
qulluğu yaradılıb ki, onlar sunamilərin yaxınlaşması haqda, sahil 
seysmoqrafları ilə təchiz olunur. 
Yer  kürəsinin  bütün  tarixi  boyu  vulkan  püskürmələri, 
zəlzələlər,  SLinamilər  və  tektonik  aktuallıqla  əlaqədar  baş  verən 
başqa təbii fəlakətlər dövrü olaraq insanlar və heyvanlar arasında 
böyük tələfatlara səbəb olmuşdur. 
Bu  fəlakətli  proseslərdən  biri  olan  sunami  dalğalarının 
törətdiyi  təzadlarla  əlaqədar  apardığımız  araşdırmalar  aşağıdakı 
nəticələri söyləməyə imkan vermişdir: 
1.
 
Sunamilər  okean  və  başqa  su  hövzələrində  suyun  təlatümə 
gəlməsi  nəticəsində  yaranan  uzun  dalğalardır.  Əksər 
sunamilərin  yaranmasına  səbəb  qüvvətli  sualtı  zəlzələlər 
hesab olunur. Sunamillərin 80%-dən soxu Sakit okeanın hər 
iki sahillərində baş verir. 
2.
 
Qüvvətli  sunamilərlə  müşahidə  olunan  daha  çox  dağıdıcı 
zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer tavası o 
biri litosfer tavasının altına girməkdə olur. 
3.
 
Dağıdıcı  sunamilərin  yaranmasının  əsas  şərtlərindən  biri 
okeanın həmin sahələrində dərin çatın olmasıdır ki, 
95 


onun  uzunu  boyunca  zəlzələ  ocağı  yaranır,  belə  ki,  onlar 
seysmik zona hesab olunur. 
4.
 
Adətən  dalğanın  gəlməsindən  bir  az  əvvəl  gözlənilmədən 
dənizin sürətli çəkilməsi baş verir. Su sahildən min metrlərlə 
dənizə  doğru  çəkilir  və  yaxud  suyun  sürətlə  sahildən 
uzaqlaşması  və  dibin  çılpaqlaşniası  baş  verir.  Bu  zaman 
dalğanın səsi kəsilir. Bir neçə dəqiqə sonra sahil zonasmdakı 
şəhərlərə və başqa balıqçı qəsəbələrinə divar kimi su dalğası 
gəlir ki, bu dalğa da öz yolunda hər şeyi yuyub aparır. 
5.
 
Sunamilərin gəlməsini xəbər verən sistemlər əsasən seysmik 
məlumatların  azaldılması  nəticəsində  mümkün  olur. 
Xəbərdaredici  sistemlərin  əsas  əhəmiyyəti  əhali  arasında 
aktual  informasiyanın  yayılmasıdır.  Ən  mühümü  odur  ki, 
əhali  üçün  sunamilərin  necə  təhlükəli  olmasını  təsəvvür 
etmiş olsun. 
6.
 
Günəşin  səthində  ləkələrin  olması  hamıya  bəllidir.  Ləkə- 
Günəş  ətrafında  daima  yaranan  günəşətrafı  «qara 
dəliklərdir». 
Bu 
«qara 
dəliklərin» 
Yer 
səthinə 
istiqamətlənməsi 
Yerdə 
çoxsaylı 
katoklizmalarm- 
tayfunlarm, 
tornadonun, 
sunamilərin, 
siklon 
və 
antisiklonlarm yaranmasına şərait təsir göstərir. 
7.
 
Nəzəri cəhətdən belə kataklizmaları əvvəlcədən hesablamaq 
mümkün olmasa da, belə ehtimal olunur ki, alimlər Günəşdə 
ləkəyaradan aktivliyin monitorinqini apara bilərlər. 
96 


III
 FƏSIL
 
BİOSFERİN VƏ LANDŞAFLARIN EKOLOJİ 
XÜSUSİYYƏTLƏRİ VƏ MÜHAFİZƏ EDİLMƏSİ 
3.1.
 
Biosferin tərkib hissələri 
Yer  planetinin  müxtəlif  sferaları  var;  litosfer,  hidrosfer, 
pedosfger  (yerin  torpaq  əmələ  gəlmə  prosesi  gedən  qatı), 
atmosfer, strotosfer. 
Biosfer-Yer planetinin elə bir hissəsidir ki, orada canlıların 
tərkibi, yerləşməsi, enerji çevrilməsində iştirakı onların keçmiş və 
indiki  fəaliyyəti  ilə  bağlıdır.  Bu  cür  fəaliyyət  litosferin  üst 
hissəsində, atmosferin aşağı hissəsində, pedosferin və hidrosferin 
hər  yerində  kəmiyyət  və  keyfiyyəti  yenilikləri  yaratmış  və 
yaradır. 
Biosfer sözünün ilk müəllifi Lemark olsa da (belə bir həyat 
səviyyəsinə o biosfer adı verilmişdir) onu elmə daxil edən geoloq 
Eduard Züsdür (1879). Lakin , biosfer anlayışının elmi cəhətdən 
daha  dəqiq  müəyyən  edilməsi  akad.V.t.Vernadskinin  adı  ilə 
bağlıdır və o müasir ekologiya elminin banisi hesab olunur. O, yer 
kimyasını  həyat  kimyası  ilə  əlaqələndirən  və  bunların 
qovuşuğunda yeni elm sahəsi yaradan və onları biosfer daxilində 
təhlil edən ilk alimdir. 
V.İ.Vernadski  planetimizdə  keçmişdə  yaşamış  və  indi  də 
yaşayan  varlıqların  cəmini  canlı  maddə  adlandırmışdır.  O, 
faktorlarla  isbat  edir  ki,  təbiətin  tərkib  hissələrindən  birinin 
dəyişməsi  onun  başqa  hissələrinin  mütləq  dəyişməsi  ilə 
nəticələnir.  Biosfer  -  Yer  planetində  canlıların  tutduğu  mövqe 
kimi təsəvvür edilə bilər. 
Planetdə orqanizmlərin bütün cəmini V.İ.Vernadski canlı 
aləm  adlandırmışdır.  Yüngül  maddələr  V.İ.  Vernadskiyə  görə 
biosferdə elementlərin elə cəmidir ki, onların yaranmasında canlı 
orqanizmlər iştirak etmirlər. 
97 


'^Biogen  elementlər  həyatla  yaradılır  və  çevrilir. 
Beləlilklə,  Yer  kürəsinin  elə  yeri  biosfera  adlanır  ki,  ora  canlı 
aləmin  təsiri  ilə  əhatə  olunmuşdur.  Müasir  baxışla  biosferaya 
planetin  ən  böyük  -  qlobal  bioloji  dövranı  özündə  birləşdirən 
ekosistem kimi baxmaq olar. 
Bütün  canlı  aləmə  yayılmışdır.  Yerin  dərinliyinə  canlı 
orqanizmlər çoxda yayıla bilmirlər. Bakteriyalarm rast gəldiyi ən 
dərin yer 4 km təşkil edir. Okeanlarda həyat daha dərin qatlarda, 
hətta okean çökəkliklərində 10-11 km dərinlikdə canlı aləmə rast 
gəlinir,  çünki  orada  suyun  temperaturu  0‘C-yə  yaxındır.  Lakin 
V.İ.Vernadskiyə  görə  biosferin  aşağı  sərhəddini  daha  dərindən 
götürmək  lazımdır.  Okeanların  dibində  ardıcıl  toplanan  nəhəng 
çöküntü qağmı da nəzərə almaq lazımdır. Onlar da biosferin bir 
hissəsidir,  çünki  onların  əmələ  gəlməsi  canlı  orqanizmlərin 
fəaliyyəti ilə bağlıdır. 
Dinamik proseslərə uyğun olaraq yer qabığında çöküntü 
süxurları  yavaş-yavaş  yerin  alt  qatlarına  çökür,  orada  yüksək 
temperatur  və  təzyiq  altında  formasını  dəyişir.  Yer  qabığının 
metomorfik süxurları çöküntü süxurlardan əmələ gəldikləri üçün, 
son nəticədə həyat mənbəyinə çevrilir. 
Atmosferdə həyatın yuxarı sərhəddi yüksəklik artdıqca 
ultrabənövşəyi  şüaların  radiasiyasının  artması  ilə  təyin  olunur. 
25-27  km  yüksəkliklərdə  Günəşin  ultra  bənövşəyi  şüalarının 
əksəriyyətini  orada  yayılan  nazik  ozon  qatı-ozon  ekranı  tutur. 
Ozonun qoruyucu qatından  yüksəyə qalxan bütün  canlılar məhv 
olur.  Yer  üzərindəki  atmosfera  isə  müxtəlif  canlı  orqanizmlərlə 
doludur. Onlar havada aktiv və passiv hərəkət edirlər. Bakteriya və 
göbəliklərin  sporları 20-22 km-ə qədər hündürlükdə rast  gəlinir, 
l.akin aeroplanktonların əksər hissəsi 1-1,5 km-lik qatda toplanmış 
olur. Dağlarda yer bitkilərinin yayılması dəniz səviyyəsindən 6 km 
yuxarıda götürülür. 
Bios-həyat, sfer-təbəqə deməkdir. Əslində isə biosferin əhatə 
etdiyi dairə, hüdudlar daha genişdir. Məhz ona görə 
98 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə