Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

dibini  tədqiq  edərək,  zəlzələ  zamanı  əmələ  gələn  sunamilərin 
yaranmasına  daha  yeni  izahatlar  tapmışlar.  Sakit  okeanın  bu 
ərazisi  özünün  dağıdıcı  sunamiləri  ilə  məşhurdur.  1994-cü  ildə 
Tonankay rayonunda 8,1 balhq amplituda ilə yaranmış bu sunami 
1200 nəfər insanın ölümünə səbəb olmuşdur. 
Texas  Ştatmdakı  Ostin  Universitetinin  bir  qrup 
geoloq-alimi və onların dəniz elmləri və texnologiya mərkəzindən 
yapon  həmkarları  dərinlikdə  yerləşən  Nankay  çökəkliyində  üç 
təkrarh  tədqiqatlar  aparmışlar.  Alınmış  məlumatlar  ekspertlərə 
belə bir suala cavab verməyə imkan verirdi ki, nə üçün okeanın 
altında olan bəzi  zəlzələlər dağıdıcı  sunami  yaradırlar. Nə üçün 
başqa yüksək maqnitudah və ocaqları xassələrə malik zəlzələlər 
belə nəhəng dalğaların yaranmasına səbəb olmur? 
Məlumdur ki, qüvvətli sunamilərlə müşahidə olunan daha 
çox dağıdıcı zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer 
tavası,  o  biri  litosfer  tavasının  altına  girir.  Qüvvətli  zəlzələ 
nəticəsində yaranan sunamilər 8 və daha çox maqnitudah (Rixter 
şkalası ilə) zəlzələ nəticəsində baş verir. Bu halda dəniz dibindəki 
çatın  geometriyası,  şaquli  yerini  dəyişən  sahələrin  böyüklüyü 
xeyli təsirli olur. 
Tədqiqatçılar  Nankay  çökəkliyini  öyrənərkən  dəqiq 
aydınlaşdırmışlar  ki,  1944-cü  ilin  dağıdıcı  zəlzələsi  sunami 
dalğalarının  yaranmasının  səbəb  olmasıdır.  Həmin  prosesin 
inkişaf tarixi izlənilmişdir. 
Yuxarıda  göstərildiyi  kimi,  dağıdıcı  sunamilərin 
yaranmasının  əsas  şərtlərindən  biri  dərin  çatın  olmasıdır,  onun 
davamı boyunca zəlzələ ocaqları yaranır. Həmin ərazilər seysmik 
zona hesab olunur. Alimlər okeanın dibindən 10 km-ə qədər aşağı 
enəndə  aktivliyi  ilə  fərqlənən  dərin  çatın  olmasını 
aydınlaşdırmışlar.  Nəhəng  qruntun  yuxarı  atılması  burada  yer 
qabığının iki müxtəlif blokunu bir-birindən ayırır. 
2002-ci ildə Yaponiya dəniz və texnologiya mərkəzində 
Çin O Pakın rəhbərlik etdiyi qrup bu yuxarı 
75 


atılma  ərazisini  çox  dəqiq  olmayan  geofiziki  tədqiqatlarla 
xəritələşdirmişlər  və  çatın  yerləşdiyi  əraziyə  əsaslanaraq  onun 
1944-cü il zəlzələsi ilə əlaqəsi olmasını bir daha güman etmişlər. 
Lakin onda tədqiqatçılara dərinlik çatının müasir aktivliyini sübut 
edən amilləri əldə etmək mümkün olmamışdır. 
Nankay  çökəkliyində  baş  verən  qüvəvtli  sunamilərin 
yaranmasının  ikinci  səbəbi  kimi  Yapon  adalarının  cənub- 
qərbindəki  həmin  ərazinin  qeyri-adi  struktura  malik  olmasıdır. 
Adətən  bir  litosfer  tavasının,  başqa  bir  litosfer  tavasının  altına 
keçməsi  nəticəsində,  birincinin  üzərindən  çöküntü  qatının 
qoparılması  ilə  baş  verir.  Bu  siyrılmış  çöküntülər  üst-üstə 
yığılaraq  bir-biri  ilə  toqquşan  tektonik  təbəqəni  örtür.  Okinava 
adasından  Tokioya  qədər  1500  km  məsafədə  uzanmış  Simanto 
zonası  yuxarıda  göstərdiyimiz  misala  klassik  nümunə  olar,  ona 
görə ki, bu zona Filippin litosfer plitəsinin Avrasiya plitəsi altına 
keçməsi nəticəsində formalaşmışdır. 
Adətən  litosfer  tavaları  yaxınlaşdığı  zaman  siyrılmış 
süxurların  atılması  qalınlaşır,  aktivləşir  və  sonrakı  tektonik 
partlayışlar  əsas  partlayış  zonasından  (əsas  çatdan)  kənarda 
formalaşırlar.  Lakin  dəqiq  tədqiqatlar  göstərmişdir  ki,  bu 
vəziyyətdə  daha  sonrakı  parçalanmalar  əks  istiqamətə-  quruya 
doğru yerini dəyişirlər. 
Əsas  məqsəd  müxtəlif  litosfer  tavalarının  toqquşma 
xəttinin kənarlarında nələrin baş verməsini öyrənməkdir. Nankay 
çökəkliyində  sunamilərin  yaranmasına  səbəb  olan  prosesləri 
öyrənməkdə, yer qabığının hansı hissələrində potensial təhlükəli 
sahələri  təyin  etmək olar və bununla da bəşəriyyətin 2004-cü il 
İndoneziyadakı  «sürprizlərdən» qorumaq olar. Çünki 2004-cü il 
İndoneziyada  Sumatra  adası  yaxınlığındakı  zəlzələ  və  yaranmış 
sunaminin təkrarlanması ehtimalı qalmaqdadır. 
Sunamilərin  yaranmasının  əlamətlərini  müəyyən  etmək 
mühüm əhəmiyyət kəsb edir. Adətən dalğanın 
76 


gəlməsindən bir az əvvəl-gözlənilmədən dənizin sürətli çəkilməsi 
başlanır.  Su  sahildən  min  metrlərlə  dənizin  dərinliyinə  doğru 
çəkilir və yaxud da suyun sürətlə sahildən uzaqlaşması və dibin 
quruması (çatlaması) baş verir, bu halda dalğanın səsi kəsilir. Bu 
bədbəxtliyin ən doğru və dəqiq əlamətidir: bir neçə dəqiqə sonra 
sahil zonasındakı şəhərlərə və balıqçı qəsəbələrinə divar kimi su 
dalğası  gəlir  ki,  bu  dalğa  da  öz  yolunda  hər  şeyi  yuyub  aparır. 
Dəniz geriyə çox çəkildikcə, sunami dalğaları da yüksək olur. Bu 
dalğaların  fantastik  qüvvəyə  malik  olmasını  misal  təsdiq  edir. 
Təxminən  100  il  bundan  əvvəl  Amerikanın  Sakit  okean 
sahillərində  sunami  böyük  gəmini  qaldırıb,  onu  Fort  şəhərindən 
keçirərək, xeyli aralıda-quruda yerə endirmişdir. 
Sahilə  yaxınlaşdıqda  dənizin  dibinin  ləngiməsi  üçün 
dalğanın uzunluğu azalır, yüksəkliyi isə təbii ki, artaraq, 30 metrə 
çatır  (görənlərin  söylədiyinə  görə).  800  km-saat  sürətə  çatan 
qüvvətli  dalğa  qəfildən  sahil  ərazilərinə  çırpılır  və  böyük 
dağıntılar  törədir,  əksərən  də  çoxsaylı  insan  tələfatı  və  maddi 
itgilərlə nəticələnir. 
Dünyanın  müxtəlif  geoloji  institutlarında  27  dekabr 
2004-cü ildə Cənub-Şərqi Asiyada baş vermiş dəhşətli zəlzələnin 
səbəbləri və nəticələri barədə onu müşahidə edənlər öz fikirlərini 
bildiriblər.  «Belə  qüvvətli  sunami  hətta  Yer  kürəsinin  ətrafında 
fırlandığı oxa da təsir etdiyini göstərmişdir». 
Bizim planetin ölçülərini və kütləsini nəzərə alsaq bunun 
mümkünsüzlüyünü  İtaliyanın  Vulkanologiya və Geofizika Milli 
İnstitutunun direktoru Entso Boş söyləyir. Onun sözlərinə görə, 
fəlakətli  hadisənin  əsasında,  dərinlikdə  kütlənin  xeyli 
yerdəyişməsi  durur ki,  bu da Yerin səthində dəyişikliyə və Yer 
oxunun az hiss olunan dəyişməsinə gətirib çıxarır. 
Bundan  başqa,  bizim  planetin  oxu  son  26  min  ildə 
konusvari  hərəkət  edərək  yerini  dalğavari  dəyişir,  ona  görə  də 
zəlzələ nəticəsində baş vermiş yerdəyişmənin ölçülməsi 
77 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə