şərq sahillərini tutmuşdur. Sualtı zəlzələnin ocağı nisbətən uzaq
deyildi (Kuril-Kamçatka dərinliyi ərazisində). Dalğa tezliklə
Kuril adalarına və Paramuşir adasına yaxınlaşaraq, ən çox 18 m
yüksəkliyə qalxmışdır.
Paramuşir adasında peçlər uçmuş, ev əşyaları tökülüb
sınmış, insanlar çölə qaçmışlar.
Paramuşirdə noyabrın 4-dən 5-nə keçən gecə əhali
zəlzələ nəticəsində tələsik oyanaraq evlərdən çölə çıxmışlar.
Peçlər, qab-qacaq, ev əşyaları dağılmış və qırılmışlar. Bir neçə
dəqiqədən sonra məlumatsız əhali evlərinə dönmüşlər. Amma
sunamilər haqda məlumatı olanlar, əsasən balıqçılar dənizin sakit
olmasına baxmayaraq, dağlara qalxmışlar. Zəlzələdən 45 dəqiqə
sonra okean tərəfdən güclü uğultu eşidildi və bir neçə saniyə
sonra Şimali Kurilə böyük sürətlə nəhəng dalğa irəlilədi.
Dalğaların ən hündür hissəsi şəhərin mərkəzi hissəsində olmuş və
çayın dərəsinə qədər çatmışdır.
Bir neçə dəqiqədən sonra dalğa dənizə doğru geri qayıdır
və özü ilə dağıtdığı hər şeyi aparmışdır. Boğazın dibi bir neçə yüz
metr məsafədə boşalır, sakitlik yaranır. 15-20 dəqiqədən sonra
şəhərə daha qüvvətli 10 metr hündürlükdə olan ikinci dalğa gəlir.
Bu dalğa daha böyük dağıdıcı qüvvəyə malik olmuş, bütün
tikililəri dağıtmışdır. Dalğanın arxasında yalnız evlərin bünövrəsi
görünürdü.
Dalğa şəhərdən keçərək, dağın yamacına çatmış, sonra
isə geri-çökəkliyə çəkilmişdir. Burada su dövrəsi yaranmış və
dövretmədə tikililərin qalıqları və kiçik gəmilər iştirak edirdilər.
Geri çəkilərkən dalğa sahil zonanı arxadan vurur. Orada arxada
qalmış bir neçə evi də dağıdaraq Kuril körfəzinə dolur.
İkinci dalğadan bir neçə dəqiqə sonra üçüncü daha zəif
dalğa gəlir ki, bu da özü ilə sahilə çoxlu qırıntılar gətirir.
1960-cı ildə Çili yaxınlığında baş vermiş sunami də
dəhşətli olmuşdur. Bu sunami nəticəsində nisbətən az adam ölsə
də, əsasən Maulin çayının mənsəbində təqribən 1000-ə yaxın
adamın batması güman olunur.
Çili sahillərinə bir
94