Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə27/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

yol  qət  edərək  sahilə  çırpılıb.  Nəticədə  buxta  ətrafındakı  bütün 
rayonlar dağılmışdır. 159 insan tələf olmuşdur, onlardan 95-i Xila 
buxtasında həlak olmuşlar. Bu dalğaların  gücü bəzən 960 km-ə 
çata bilir (cəd.l). 
1960-cı  il  mayın  22-də  Çili  ətrafında  əmələ  gəlmiş 
sunami  dalğaları,  11  m  hündürlükdə  su  bombası  kimi  Havay 
adalarına çırpılır. Nəticədə 31 nəfər tələf olub. Ölkəyə 30 milyon 
dollar ziyan dəymişdir. Ümumiyyətlə, keçən əsrdə hər yeddi ildən 
bir  orada  sunami  baş  verib.  İkinci  dünya  müharibəsindən  sonra 
Havay adalarında sunamidən ölənlərin sayı zəlzələdən ölənlərdən 
çox olub. 
1964-cü  ildə  Alyaskadakı  zəlzələ  sunami  yaradır. 
Dalğanın  hündürülüyü  24  m  olmuşdur  (şəkil  5,6).  Mart  ayının 
27-də dalğalar Alyaska sahillərindəki (Sakit okeanın Şimal-Qərb 
sahillərində)  Kreysen  Siti  şəhərinə  çatır  və  şəhər  suyun  altında 
qalır.  11  nəfər  həlak  olur,  ölkəyə  7  milyon  dollar  zərər  dəyir. 
Qaçıb xilas olmuş insanlar şəhərə qayıtdıqda orada şəhər yox idi. 
Tarixdə Vaşinqton ətrafında 300 il bundan əvvəl sunami olması 
məlumdur. Alimlərin fikrincə Amerikanın şimal-qərb sahillərində 
50 ildən bir güclü sunami olur. 
Kenon  Biç şəhəri kurort şəhəridir. Yay  aylarında burada 
turistlərlə birlikdə 20 minə qədər insan olur. Orada sunamilərdən 
qorunmaq üçün müasir hazırlıq işləri görülüb. Sunami təhlükəsi 
olan hallarda sirena (siqnal) çalır və məktəb şagirdləri təcili çölə 
çıxaraq  bir  neçə  dəqiqəyə  yaxınlıqdakı  hündürlüyə  çıxırlar  və 
xilas olurlar. Orada axırıncı sunami 30 il bundan əvvəl baş verib. 
Az insan tələfatı olub. 
Vaşinqton  Ştatmdakı  Lonq  Biç  şəhəri  sunami  dalğaları 
üçün  daha  təhlükəlidir.  Məs.  orada  1994-cü  ildə  baş  veraıiş 
sunami vaxtı əhali təhlükəli əraziləri operativ tərk etmiş və insan 
tələfatı olmamışdır. 
86 


 


 


Hazırda Dövlət qoruyucusunda qurulmuş 6 metrlik qurğu 
qabaqcadan  sunaminin  hündürlüyünü,  gücünü  və  vaxtını  xəbər 
verməyə imkan verir. 
Tektonik hərəkətlər nəticəsində Havay adalarında 96 km 
uzunluğu  olan  nəhəng  çat  əmələ  gəlmişdir  ki,  o  istənilən  vaxt 
adanı  iki  yerə  bölə  bilər.  Bundan  başqa  meteoridlərin  düşməsi 
nəticəsində  sunami  yarana  bilər.  50  il  bundan  əvvəl  belə  bir 
sunami qeydə alınmışdır. 
Keçmiş  ittifaq  ərazisində  güclü  sunamilər  1737,  1780, 
1898,  1918,  1923,  1953-cü illərdə qeyd edilmişdir. 
Sunamilərin  qorxusu müxtəlifdir və dalğanın hərəkət  yolundakı 
okeanın  dərinliyi  ilə  müəyyən  olunur.  Keçmiş  İttifaqda 
sunamilərin  yerləşməsini  müəyyənləşdirmək  üçün  iki  əsas: 
seysmik  və  hidroakustik  üsuldan  istifadə  edən  xəbərdaretmə 
xidməti  mövcud  idi.  Seysmik  və  hidrostatik  dalğaların  yayılma 
sürəti sunamilərin sürətindən xeyli çox olduğundan, xəbərdarlıq 
xidməti  əksər  hallarda  həyəcan  siqnalını  30-40  dəqiqə 
qabaqcadan verə bilər. 
1952-ci il noyabrın 4-dən 5-nə keçən gecə, səhər saat 4-ə  yaxın 
Şimali  Kurilsk  şəhərinin  sakinləri  7  balhq  zəlzələ  ilə  yuxudan 
oyanırlar.  Qorxmuş  insanlar  evlərdən  çıxırlar.  Təkanlar 
dayandıqdan  sonra  insanlar  evlərinə  qayıtmağa  başlayırlar. 
Yalnız  sunamilərlə  keçmişdə  tanış  olanlar,  o  cümlədən 
bahqçı-koreyahlar baxmayaraq ki, sakit dəniz var idi, onlar birinci 
təkanı hiss edən kimi dağa qaçmışlar. Zəlzələdən 45 dəqiqə sonra 
okean tərəfdən bərk uğultu eşidildi və bir neçə saniyəyə şəhərə 
yüksək dalğalar çırpıldı. Dalğa qüvvətli sürətə malik idi və 5 m 
yüksəkliklə  şəhərin  mərkəzinə  doğru  irəliləyir  və  şəhərin 
içərisindən keçən çayın dərəsinə qədər çatır. Bir neçə dəqiqədən 
sonra  dalğa  öz  yolunda  dağıtdığı  hər  şey  ilə  birlikdə  dənizə 
çəkilir.  Dalğının  geri  çəkilməsi  o  qədər  intensiv  idi  ki,  dənizin 
dibi bir neçə yüz metrlərlə çılpaqlaşır, sakitlik başlayır. 
89 


 
 
Şəkil 7. Donmuş sunamilər. Antarktida 
90 


15 dəqiqədən sonra şəhərə yüksəkliyi daha hündür 10 m 
olan  ikinci  dalğa  çırpılır.  Bu  dalğa  qabağına  çıxan  hər  şeyi 
dağıdaraq daha çox ziyan vurur. Dalğaların ardınca yalnız evlərin 
sement  bünövrəsi  qalmışdı.  Şəhərin  içindən  keçən  bu  dalğa 
ətrafındakı dağların yamaclarına qədər qalxaraq şəhərdəki dərəyə 
tökülür.  Burada  dəhşətli  bir  su  dövranı  baş  verir.  Bu  suyun 
tərkibində  tikinti-töküntülər  və  kiçik  gəmilər  də  sürətlə  fırlanır. 
Bir  neçə  dəqiqə  ərzində  bu  su  dövranında  çoxlu  insan  məhv 
olmuşdur. 
Geriyə qayıdan dalğa arxadan sahil valını vurur və dağın 
ətrafına fırlanaraq Kuril boğazına soxulmuşdur. Sahil valı və dağ 
bir neçə dəqiqəyə adaya çevrilir. İkinci dalğadan bir neçə dəqiqə 
sonra  daha  zəif  üçüncü  dalğa  gələrək,  sahilə  çoxlu  tör-töküntü 
gətirir.  Səhər  saat  9-da  okeanın  səthi  qüvvətli  hərəkətə  gəlir  və 
bütün  gün  ərzində  yavaşıyır.  1737-ci  ildə  Avaçidə,  Kuril 
Lopatasmda  və  adalarda  baş  vermiş  zəlzələ  zamanı  dəhşətli 
subasma olmuşdur. Oktyabrın 6-da gecə yarı 15 dəqiqədə bir neçə 
təkan olur və bunun nəticəsində çoxlu kamçatkahlarm obaları və 
köçlərini yuyub aparmışdır. 
Günəş  sunamiləri.  Günəşin  səthində  ləkələrin  olması 
hamıya  bəllidir.  Onlar  Günəşdə  fiziki  proseslər  nəticəsində 
yaranırlar,  yanacaq  yanarkən  termonüvə  prosesləri  zəifləyir. 
Alimlər  belə  fikirləşirlər  ki,  ləkələr  səsin  sürətinin  kəskin 
azalması  ilə  əlaqədar  olan  kosmik  yaranmadır.  Belə  ki,  bu 
ləkələrin  yaxınlığında  səsin  sürəti  adi  haldan  xeyli  azdır. 
Məlumat, rabitə, idarəetmə, elm, cəmiyyət (MAUSU) Beynəlxalq 
Akademiyasının  prezidenti  Y.İ.Borovkov  bu  fikirləri  çoxdan 
söyləsə  də  2003-cü  ildə  Los  Angelesli  fikirlər  öz  günəşətrafı 
«Coxo» zondunun köməkliyi ilə ölçülər apararaq həmin fikirləri 
təsdiqləmişlər. 
Ləkə-Günəş ətrafında daima yaranan günəşətrafı «qara» 
dəlikdir. Bu dəlik Günəşdən 2-10 mln. km məsafədə yaranır. Bu 
«qara dəliklərin» (deşiklərin) Yer səthinə istiqamətlənməsi Yerdə 
çoxsaylı katoklizmalarm: 
91 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə