Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

tayfunlann  yaranmasına  şərait  yaradır.  Bundan  əlavə  bu  «qara» 
ləkələr  Yer  səthindəki  havada  daha  xırda  dəyişikliyin 
yaranmasına səbəb olur. Bu ona  görə baş verir  ki,  Yer Günəşin 
fokusunda  dayanmışdır.  Fərz  etsək  ki,  Günəş  iri  uzunfokuslu 
linzadır, onda Yer planeti onun fokusunda olur. 
Alimlər  hesablamışlar  ki,  L/GD  -Günəşdən  yerə  qədər 
olan  orta  məsafənin  Günəşin  diametrinə  (GD-1,39  mln.km) 
nisbəti (L-149, 5 mln. km), sonra isə Günəşin diametrinin Yerin 
diametrinə  nisbəti  (YD-12,756  min  km),  yəni  GD/YD  eyni 
qiymət-108  alırsa  da,  belə  münasibət  Ay  üçün  də  alınır:
 
LA/GD=108 olur. Günəş şüalarının 
fokuslaşmasmdan qızır. Bizim Günəş sisteminin başqa planetləri 
isə  Günəşin  fokusunda  deyillər  və  ona  görə  də  onlarda  həyat 
yoxdur və ola bilməz. 
26  dekabr  2004-cü  il  sunamisi  xüsusilə  qüvvətli 
olmuşdur, çünki, o gün Ay tam görünürdü. Ona görə də okeanın 
suyu sahildən 500 m-ə qədər uzaqlaşır, sonra bu nəhəng su kütləsi 
qüvvətlə sahilə çırpılaraq qarşısındakı hər şeyi dağıdır. Təsəvvür 
oyanırdı  ki,  qovulan  dalğa  4000  m  dərinlikdə  baş  vermiş  sualtı 
zəlzələnin  nəticəsində  yaranmışdır.  Bu  Sumatra  adası 
yaxınlığında Birma və İndoneziya plitələrinin tərpənməsindən baş 
vermişdir. Əslində isə sualtı qayıqla enib baxsaq heç bir tərpəniş 
olması görünmür.Şri-Lanka adasında çəkilmiş şəkildə əyri- üyrü 
dəmir  yol  relslərin  olması  göstərir  ki,  bu  böyük  su  kütləsinin 
sahilə  hidravlik  qüvvəsi  vasitəsilə  çırpılması  nətieəsində  baş 
vermişdir.  Bu  zərbə  isə  Yerə  gələn  Günəşətrafı  «qara  dəliyin» 
proyeksiyasının  Cənub-Şərqi  Asiyanın  ekvatorial  vilayətlərinə 
düşməsindən baş verir. 
2004-cü  ilin  26  dekabrında  baş  verən  zəlzələ  bilavasitə 
Günəşin ləkəəmələgətirən aktivliyi vaxtına düşmüş, həm də ki, bu 
ayın tam bədrlənmiş vəziyyətinə təsadüf edirdi. 
Buna oxşar mənzərə 2004-cü ilin yanvar ayının 9-da 
92 


Sankt-Peterburqda  olmuşdur.  Günəşətrafı  «qara  deşiyin» 
proyeksiyası  yüksək  təzyiq  zonası  -  antisiklon  yaratmış  və 
şəhərdə az rast gəlinən qış subasması baş vermişdir. 
Nəzəri  olaraq  belə  kataklizmaları  əvvəlcədən  hesablamaq 
mümkün  deyil.  Birincisi  ona  görə  ki.  Günəş  üzərindəki  ləkənin 
fizikasını bilmirik. İkincisi, həm Günəş, həm də Yer fırlanır. Ona 
görə də hansı ləkənin bilavasitə Yerə istiqamətlənməsini demək 
çətin  olur.  Bundan  əlavə  Yerin  peyki  olan  Ay  da  Yerin 
kosmosdakı  vəziyyətinə  təsir  edir.  Amma  hər  halda  alimlər 
Günəşdə  ləkəyaradan  aktivliyin  monitorinqini  apara  bilərlər. 
Rusiyada  kristalların  böyüdülməsi  indikatoru  yaradılmışdır.  Bu 
cihazın  içərisindəki  xüsusi  məhsul  Günəşdəki  təzyiqin 
temperaturun və lazer şüalarının dəyişilməsini hiss edir. 
2004-cü  il  dekabrın  4-də  Moskva  vaxtilə  saat  1425-də 
Günəş  səthində  birinci  partlayış  başlayaraq.  Yer  səthinə  doğru 
yüklənmiş  hissəciklərin  böyük  kütləsi  atılır.  Bundan  8  dəqiqə 
sonra  Amerika  süni  peyki  GOES  rentgen  şüalarının  zərbəsini 
qeydə  alır.  Rentgen  şüaları  adətən  C,  M  və  X  adlı  üç  sinfə 
bölünür. Hər bir sinif özündən əvvəlkindən 10 dəfə qüvvətli olur. 
Elə buna görə də dekabrın 5-də rentgen şüalanması şkalanm ən 
yuxarısına, 9-10 bala çatmışdır. 
Belə  rentgen  şüalarının  partlayışı  tarixdə  çox  nadir 
hallarda  baş  verir.  Xoşbəxtlikdən  partlayış  dalğası  birbaşa  Yer 
səthinə yönəlməmişdi. Dekabrın 7-də baş vermiş ikinci partlayış 
daha ciddi olmuşdur. Bu zərbə Günəş üzərində 3,5 milyard km- 
ərazidə  yayılmışdır.  Bu  ərazi  isə  Yerin  ərazisindən  85  dəfə 
çoxdur. 
Bu iki partlayışdan gələn maqnit dalğaları, əgər 2004-cü 
il dekabrın 10-13-ü arasında olsaydı, onda o dalğalar birbaşa Yerə 
istiqamətlənmiş  olardı.  Bu  partlayış  dalğaların  Yer  səthinə  bir 
başa istiqamətlənmədiyinə görə bəşəriyyət əziyyət çəkməmiş, bir 
neçə  süni  peyklərdə  olan  elektron  cihazların  korlanması  ilə 
nəticələnmişdir.  Qüvvətli  SLinami  1952-ci  ilin  payızında  Kuril 
adaları və Kamçatkanın 
93 


şərq sahillərini tutmuşdur. Sualtı zəlzələnin ocağı nisbətən uzaq 
deyildi  (Kuril-Kamçatka  dərinliyi  ərazisində).  Dalğa  tezliklə 
Kuril adalarına və Paramuşir adasına yaxınlaşaraq, ən çox 18 m 
yüksəkliyə qalxmışdır. 
Paramuşir  adasında  peçlər  uçmuş,  ev  əşyaları  tökülüb 
sınmış, insanlar çölə qaçmışlar. 
Paramuşirdə  noyabrın  4-dən  5-nə  keçən  gecə  əhali 
zəlzələ  nəticəsində  tələsik  oyanaraq  evlərdən  çölə  çıxmışlar. 
Peçlər,  qab-qacaq,  ev  əşyaları  dağılmış  və  qırılmışlar.  Bir  neçə 
dəqiqədən  sonra  məlumatsız  əhali  evlərinə  dönmüşlər.  Amma 
sunamilər haqda məlumatı olanlar, əsasən balıqçılar dənizin sakit 
olmasına baxmayaraq, dağlara qalxmışlar. Zəlzələdən 45 dəqiqə 
sonra  okean  tərəfdən  güclü  uğultu  eşidildi  və  bir  neçə  saniyə 
sonra  Şimali  Kurilə  böyük  sürətlə  nəhəng  dalğa  irəlilədi. 
Dalğaların ən hündür hissəsi şəhərin mərkəzi hissəsində olmuş və 
çayın dərəsinə qədər çatmışdır. 
Bir neçə dəqiqədən sonra dalğa dənizə doğru geri qayıdır 
və özü ilə dağıtdığı hər şeyi aparmışdır. Boğazın dibi bir neçə yüz 
metr  məsafədə  boşalır,  sakitlik  yaranır.  15-20  dəqiqədən  sonra 
şəhərə daha qüvvətli 10 metr hündürlükdə olan ikinci dalğa gəlir. 
Bu  dalğa  daha  böyük  dağıdıcı  qüvvəyə  malik  olmuş,  bütün 
tikililəri dağıtmışdır. Dalğanın arxasında yalnız evlərin bünövrəsi 
görünürdü. 
Dalğa  şəhərdən  keçərək,  dağın  yamacına  çatmış,  sonra 
isə  geri-çökəkliyə  çəkilmişdir.  Burada  su  dövrəsi  yaranmış  və 
dövretmədə tikililərin qalıqları və kiçik gəmilər iştirak edirdilər. 
Geri çəkilərkən dalğa sahil zonanı arxadan vurur. Orada arxada 
qalmış bir neçə evi də dağıdaraq Kuril körfəzinə dolur. 
İkinci dalğadan bir neçə dəqiqə sonra üçüncü daha zəif 
dalğa gəlir ki, bu da özü ilə sahilə çoxlu qırıntılar gətirir. 
1960-cı  ildə  Çili  yaxınlığında  baş  vermiş  sunami  də 
dəhşətli olmuşdur. Bu sunami nəticəsində nisbətən az adam ölsə 
də,  əsasən  Maulin  çayının  mənsəbində  təqribən  1000-ə  yaxın 
adamın batması güman olunur. Çili sahillərinə bir 
94 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə