Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

baxımdan kosmik informasiyaların rolu çox diqqətəlayiqdir. Məs: 
Sunami hadisəsi nəticəsində əmələ gəlmiş dağıdıcı dalğanın Sakit 
okeanın  bir hissəsindən o biri sahilinə çatması  üçün bir sutkaya 
qədər  vaxt  lazımdır.  Əgər  bir  süni  peyk  sutka  ərzində  Yer 
ətrafında 14 dəfə dövr edirsə, ondan 5-i Sakit okeanın üzərindən 
keçir  və  burada  baş  verən  dağıntının  bütün  xüsusiyyətlərini,  o 
cümlədən  onun  intensivliyini,  hündürlüyünü  və  yayılma 
istiqamətini asanlıqla qeydə alır. 
Müasir  dövrdə  okeanologiya  elminin  ən  aktual 
problemlərindən  biri  dünya  okeanının  çirklənməsinin  tədqiq 
olunmasıdır.  Dünya  okeanının  çirklənməsi  əsasən  üç  səbəbdən 
baş verir: bakteroloji, kimyəvi və radioaktiv çirklənmələr. Bu üç 
növ  çirklənmədən  hazırda  ən  geniş  yayılanı  karbohidrogen 
birləşmələrindən  əmələ  gələn  kimyəvi  çirklənmədir.  Təxmini 
hesablamalara görə hər il dünya okeanına 5 mln. tondan çox neft 
daxil olur və bu neft suyun üzərində xüsusi bir qat əmələ gətirərək 
su  mühiti  ilə  atmosfer  arasındakı  qarşılıqlı  əlaqəni  pozur. 
Çirklənmiş suyun rəngi  və bulamqhğı  ətraf sahələrdən asanlıqla 
seçildiyinə  görə  onları  çoxzonah  və  spektrozonal  kosmik 
fotoşəkillərin köməyi ilə daha tez aşkara çıxarmaq mümkün olur. 
Müasir  dövrdə  cəmiyyəti  düşündürən  ən  mühüm 
problemlərdən  biri  də  ətraf  mühitin  qorunmasıdır.  Bu  məsələyə 
son  illər  Azərbaycanda  da  çox  ciddi  fikir  verilir.  Ətraf  mühit 
hazırda, təbiətə düzügün olmayan münasibət nəticəsində korlanır, 
o öz ilkin xüsusiyyətlərini dəyişir, sonradan isə onu bərpa etmək 
olduqca  çətinləşir.  Məs:  təbiətdə  baş  verən  toz  tufanları 
atmosferin  antropogen  çirklənməsinin  başlıca  səbəblərindən  biri 
hesab edilir. Məlum olduğu kimi toz tufanları əsas etibarilə bitki 
örtüyünün  zəif  inkişaf  etdiyi  və  ya  onun  insan  fəaliyyəti 
nəticəsində tələf olunduğu sahələrdə baş verir. Təbiətə kosmosdan 
aparılan nəzarətin nəticəsində toz tufanlarının baş verdiyi sahələr
onun yayılması, ölçüləri və dinamikası. 
162 


relyef  və  litoloji  tərkiblə  əlaqəsi  aşkar  olunur.  «ERTS-1»  və 
«Çemeni-7»  kosmik  gəmilərindən  çəkilən  şəkillərdə  Sinay 
yarımadasında  yerləşən  Neqev  qumlu  səhrasında  insanın 
təsərrüfat  fəaliyyətinin  atmosferin  çirklənməsində  oynadığı  rol 
açıq-aydın  görünüur.  Burada  saksaul  və  digər  yarımkol 
bitkilərindən  ibarət,  ifrat  dərəcədə  mal-qara  otarılmış  ərazidə 
geniş  miqyasda  toz  tufanları  müşahidə  olunduğu  halda,  planlı 
surətdə kənd təsərrüfatı bitkiləri üçün istifadə olunan və vaxtaşırı 
suvarılan  qonşu  sahələrdə  eyni  vaxtda  toz  tufanları  müşahidə 
olunmamışdır. 
Havanın  çirklənməsində  oraya  buraxılan  müxtəlif  sənaye 
tüstüləri  də  böyük  rol  oynayır.  Ən  çox  sənaye  tüstüləri  kömür 
istehsalı,  meşə  və  bataqlıq  yanğınları  zamanı  və  nəqliyyat 
vasitələrinin  işlənməsi  nəticəsində  baş  verir.  Kosmik  şəkillər 
vasitəsilə  sənaye  tüstülərilə  çirklənmiş  ərazilər  asanlıqla  aşkar 
olunur,  onların  qarşısının  alınması  üçün  müxtəlif  tədbirlər 
hazırlanır.  Kosmik  aparatlar  vasitəsilə  liman  şəhərləri  ətrafında 
dəniz suyunun çirklənməsinə də nəzarət edilir. «ERTS-1» kosmik 
gəmisindən  0,6-0,7  mikrometr  diapozonlarda  alınmış  şəkillər 
göstərir ki, Süveyş körfəzində geniş ərazidə neft tullantılarından 
zolaqlar əmələ gəlmişdir. Belə hadisələr Yerin «Numbus-3» süni 
peyki  vasitəsilə  Qərbi  Avropa,  Şimal  dənizi  və  Baltik  dənizi 
sahillərində də müşahidə olunmuşdur. 
Vaşinqton  və  Baltimor  şəhərlərinə  yaxınlaşdıqca  kosmik 
şəkillərdə  suyun  çirklənməsi  daha  aydın  surətdə  nəzərə  çarpır. 
Ona görə də müasir elmin qarşısında duran əsas məqsəd təbiətin 
qlobal  miqyasda  qorunub  saxlanması  üçün  tədbirlərin  işlənib 
hazırlanmasından 
ibarətdir. 
Təbiətin 
qlobal 
miqyasda 
qorunmasına yönəldilmiş tədbirləri yalnız aerokosmik texnikanın 
nailiyyətlərindən  geniş  istifadə  edilməklə  həyata  keçirməklə 
mümkündür.  Kosmik  informasiya  vasitədə  təbii  mühitin 
öyrənilməsi üçün bizim respublikamızda əlverişli imkanlar vardır 
və o nəhəng 
163 


bir laboratoriiyanı xatırladır. Yer üzərində 11 iqlim tipinin 9-na, 
oxşarlığına  və  dünya  torpaq  tiplərinin  əksər  nümunələrinə 
respublikamızda  rast  gəlinir.  Ona  görə  də  kənd  təsərrüfatı  da 
olduqca  zəngindir.  Keçmiş  SSRİ-nin  məşhur  alimləri  ətraf 
mühitin qorunmasında kosmik vasitələrin tətbiq olunmasının bir 
sıra  məsələlərini  çox  vaxt  Bakıda  həll  edirdilər.  Bu  işdə 
Azərbaycan  Elmlər  Akademiyası  Təbii  Ehtiyatların  Kosmik 
Tədqiqi İnstitutunun böyük xidmətləri olmuşdur. 
Aerofotoşəkillərdən 
istifadə 
edərək 
torpağın 
öyrənilməsində  qazanılmış  müvəffəqiyyətlər  sonradan  onun 
böyük dəqiqliklə kosmosdan öyrənilməsi üçün də geniş imkanlar
 
yaratmışdır. 
Hazırkı 
dövrdə 
torpağın 
öyrənilməsində  kompleks,  başqa  sözlə  desək,  çoxmərtəbəli 
tədqiqat vasitələrindən yerüstü müşahidələr, təyyarə, vertolyotlar 
və  nəhayət,  kosmik  gəmilərdə  və  süni  peyklərdə  qoyulmuş 
mürəkkəb cihazlardan istifadə edirlər. 
BMT-nin  məlumatlarına  görə  torpağın  eroziyası  və 
şorlaşması  nəticəsində  hazırda  planetimsizin  artıq  500  mln.  ha 
qədər 
əkin sahəsi  tamamilə 
sıradan  çıxmışdır. 
Aerokosmik 
üsulla 
torpaq 
eroziyasının 
öyrənilməsinin 
respublikamız üçün də böyük əhəmiyyəti vardır. Çünki, onun əkin 
sahəsinin  60%-ə  qədəri  dağlıq  ərazilərdə  yerləşir.  Müxtəlif 
vaxtlarda  çəkilmiş  aerokosmik  fotoşəkillər  xətti  eroziyanın
 
dinamikasını 
vəyarğanların 
inkişaf 
xüsusiyyətlərini aşkar etməyə imkan verir. 
Kosmik  informasiya  vasitələri  həmçinin,  atmosferdə 
müşahidə  edilən  bir  sıra  proseslər  nəticəsində  əmələ  gələn  təbii 
fəlakətləri də vaxtında qeydə almaqla (sel, ildırım, quraqlıq və s.) 
kənd  təsərrüfatının  inkişafına  təkan  verir.  Aerokosmik 
fotoşəkillərin kənd təsərrüfatında ən böyük rolu onların əsasında 
müxtəlif  təsərrüfat  xəritələrinin  hazırlanmasının  mümkün 
olmasıdır.  Bu  sahədə  məqsədəuyğun  metodikanın  işlənib 
hazırlanması  üçün  kosmik  gəmilərdən  alınmış  məlumatlarla 
yanaşı bir sıra 
164 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə