Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

olunur, yaz daşqınları zamanı suyun hədər getməməsi üçün ondan 
suvarma  işlərində  daha  səmərəli  istifadə  edilməsindən  ötrü 
tədbirlər hazırlanır. Aerokosmik informasiya vasitələrinin dəniz, 
göl və çay hövzələrinin su rejiminin, onların sahələrində inkişaf 
edən bir sıra dinamiki proseslərin öyrənilməsində rolu az deyildir. 
Dəniz  və  okeanlarda  qəflətən  baş  verən  bir  sıra  təbii 
prosesləri ənənəvi üsullarla tədqiq etmək mümkün olmur. Okean 
səthində  əmələ  gələn  külək,  qravitasiya  dalğaları  və  sunami 
hadisələrinin təsirindən suyun səviyyəsi 1 metrdən 20 metrə qalxa 
bilir. Su səthində əmələ gələn belə dalğalar operativ surətdə qeydə 
alınmasa,  o  xalq  təsərrüfatına  böyük  ziyan  verə  bilər.  Bu 
baxımdan kosmik informasiyanın rolu çox diqqətəlayiqdir. 
Əgər  bir  süni  peyk  sutka  ərzində  Yer  ətrafında  14  dəfə 
dövr edirsə, ondan 5-i Sakit okeanın üzərindən keçir və burada baş 
verən  dalğanın  bütün  xüsusiyytələrini,  o  cümlədən  onun 
intensivliyini,  hündürlüyünü 
V3
  yayılma  istiqamətini  asanlıqla 
qeydə  alır  və  bunları  Sakit  okean  sahillərindəki  məntəqələrə 
çatdırır ki,  bunun sayəsində sunamilərin törətdikləri  fəlakətlərin 
qarşısını almağa imkan yaradılır. Kosmik informasiya vasitələrilə 
aparılan  tədqiqatlar  adi  üsullarla  aparılmış  tədqiqatlara  nisbətən 
dəfələrlə ucuz və tez başa gəlir, daha dəqiq olur, əksər hallarda isə 
adi  üsullarla  toplanmış  məlumatlara,  tərtib  olunmuş  xəritələrə 
əsaslı  şəkildə  düzəliş  etməyə  imkan  verir.  Qısa  müddət  ərzində 
yerin  müxtəlif  iri  rayonlarında  baş  verən  təbii  proseslər  - 
siklonlarm  əmələ  gəlməsi,  zəlzələ,  vulkan  püskürməsi  və  s. 
haqqında dürüst məlumat toplamaq mümkün olur. Yer haqqında 
kosmosdan  alınan  məlumatları  təhlili  etmək  və  onların  xalq 
təsərrüfatının 
müxtəlif 
sahələrinə 
tətbiq 
olunmasını 
genişləndirmək 
məqsədilə 
Azərbaycanda 
Aerokosmik 
Tədqiqatlar Agentliyi və onun nəzdində institutlar yaradılmış və 
onlar bu sahədə böyük işlər görür. 
159 


Sınaq 
meydanlarında 
aparılmış 
eksperimentlər 
nəticəsində  Acmohur  qışlaqlarında  yayılmış  şoran  torpaqlar, 
onların  sahəsi  və  fəsillərdən  asılı  olaraq  dinamikası  müəyyən 
edilmiş, həmin torpaqların dürüst sxemi hazırlanmışdır. 
Kosmik  fəzanın  fəth  edilməsi  bütün  Yer  üzünün 
xalqlarının  mənafeyini  güdən  ən  mütərəqqi  problemlər  sırasına 
daxil  olub,  gələcəkdə  hər  bir  xalqın  həyatına  əhəmiyyətli 
dərəcədə  təsir  göstərəcək  və  beynəlxalq  münasibətlər 
nöqteyi-nəzərindən mühüm rol oynayacaqdır. 
Torpağın  öyrənilməsinə  əvvəllər  ənənəvi  üsullurla- 
yerüstü  müşahidələr,  sonra  müxtəlif  topoqrafik  materiallardan 
istifadə  etməklə  başlanmışdırsa,  1920-ci  illərdən  sonra  onun 
öyrənilməsində  artıq  aerofotoşəkillərdən  istifadə  olunmağa 
başlanmışdır.  Aerofotoşəkillərdən  istifadə  edərək  torpağın 
öyrənilməsində  qazanılmış  müvəffəqiyyətlər  sonradan  onun 
böyük dəqiqliklə kosmosdan öyrənilməsi üçün də geniş imkanlar 
yaratmışdır. 
Yer  səthinin  məsafədən,  yəni  yerdən  -  kənardan 
öyrənilməsinə  ilk  dəfə  olaraq  fotoşəkillərin  köməyilə 
başlanmışdır.  Bu  sahədə  görülmüş  işlərin  tarixçəsi  o  qədər  də 
böyük  deyildir.  Keçmiş  SSRİ-də  təcrübə  məqsədilə  yerin  ilk 
aerofotoşəkilləri  1927-ci  ildə  Özbəkistanda  Fərqanə  vadisində 
çəkilmişdir.  Hələ  1928-ci  ildə  akad.  A.Y.Fersman  göstərmişdir 
ki, aerofotoşəkillər Yerin müxtəlif sahələri haqqında çox dəqiq və 
obyektiv məlumatlar verir. 
Müxtəlif vaxtlarda çəkilmiş aerofotoşəkillər vasitəsilə Yer 
səthində  baş  verən  bütün  təbii  və  antropogen  proseslərin  əmələ 
gəldiyi dəyişiklikləri izləmək mümkün olur. 
ABŞ-da 1927-ci ildə aerofotoşəkillərin köməyilə ilk olaraq 
İndiana ştatının torpaq xəritəsi hazırlanmışdır. 
1957-ci lidə SSRİ-də dünyada ilk dəfə olaraq (4 oktyabr) 
Yerin süni peykinin orbitə çıxarılması ilə təbii mühitin 
160 


öyrənilməsində  kosmik  tədqiqatlar  mərhələsi  başlanmışdır. 
Kosmik texnikanın durmadan inkişafı ilə ən yeni cihazlarla təchiz 
edilmiş süni peyklərin, orbital stansiyaların və kosmik gəmilərin, 
orbitə  çıxarılması  ilə  əlaqədar  olaraq  son  zamanlar  Yer  kürəsi 
haqqında  elmi  məlumatların  miqdarı  gündən-günə  artır, 
keyfiyyəti isə yaxşılaşır. 
1957-ci  il  noyabrın  3-də  SSRİ-də  ikinci  süni  peyk 
buraxıldı. Əsas məqsəd burada canlı orqanizmin kosmik şəraitdə 
yaşaya  bilməsinin  mümkün  olub-olmaması  məsələlərini  də 
müəyyən etmək idi. Bir az sonra orbitə çıxarılmış üçüncü peyk, 
kosmosda  avtomatik  elmi  laboratoriya  rolunu  oynamış,  kosmik 
şüaların  intensivliyi,  yerin  maqnit  sahəsi,  peykə  toxunan 
mikrometeorit  hissəciklərinin  hərəkəti  və  s.  məsələlər  haqqında 
Yerə məlumat verilmişdir. 1961-ci il aprelin 12-də Y.A.Qaqarin, 
sonra  Ç.S.Titov,  A.Nikolayev,  P.Papoviç  və  b.  kosmosa  uçaraq 
yeni nailiyyətlər əldə etmişlər. 
Atmosferin üst qatlarının tədqiqini davam etdirmək «Yerin 
radiasiya  zonalarını  müəyyənləşdirmək,  kosmik  stansiyaların 
səmada uzun müddət qala bilməsini bir daha yoxlamaq və yerlə 
stansiyalar arasında radio rabitə seanslarının həyata keçirilməsini 
öyrənmək  üçün  1964-1965-  ci  illərdə  xeyli  kosmik  stansiyalar 
orbitə çıxarılmışdır». 
Son  zamanlar  bir  çox  ölkələrdə  təbii  mühitin 
öyrənilməsində  yeri, daha mütəriqqi üsul  - aerokosmik tədqiqat 
və  ya  təbii  mühitin  «məsafədən  öyrənilməsi»  üsulundan  geniş 
istifadə olunur. 
4.2. Qlobal proseslərin təbii (planetar) əsasları 
Çoxtəkrarh  aerokosmik  fotoşəkillər  vasitəsilə  dağlıq 
sahələrdə buzlaqların dinamikası, onların evolyusiyası və ərazinin 
hidroloji rejimindəki rolu müəyyənləşdirilir. 
Dəniz  və  okeanlarda  qəflətən  baş  verən  bir  sıra  təbii 
prosesləri ənənəvi üsullarla tədqiq etmək mümkün olmur. Bu 
161 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə