yuxarı pillələri qalmağa başladı və onların orbitlərini artıq heç
kim öyrənmirdi. 1961-ci ildə ABŞ-m daşıyıcısı «Tranzit» tipli
raketininin ilk partlayışı baş verir. 1964-cü ildə isə «Kosmos-50»
adlı sovet peykinin birinci planlaşdırılmış (yerdən komanda ilə)
partlayışı baş verdi. Beləliklə, yer ətrafı orbitdə yayılmış, lakin
heç kəsi maraqlandırmayan əşyaların sayı artmağa başlayır. İlk
zamanlar bu hadisələr nə alimləri, nə kosmik gəmilərin
layihəçilərini, nə də ki, ictimaiyyəti maraqlandırmırdı. Kosmosun
çirklənməsi problemi ilə yalnız keçən əsrin 80-ci illərində
danışılmağa başlanılır, çünki Yer ətrafı boşluqda yaranmış
vəziyyət ətraf mühitə, sadəcə olaraq Yerin əhalisinə təhlükə
yaratmağa başlamışdır.
1978-ci ildə «Kosmos-954» peyki Şimali Kanadanın tayqa
zonasına, bir il sonra isə «Skayleb» adlı amerikan kosmik
stansiyasının
qalıqları
Avstraliyanın
səhra
rayonlarına
səpələnmişlər, 1964-cü ildə isə ABŞ-m nüvə enerji mənbələri
olan nəqliyyat peykinin səhv buraxılması nəticəsində radioaktiv
material Hind okeanı üzərinə səpələnmişdir. Hazırda yerətrafı
kosmosda çirkləndirmə problemlərinin aktual olması bir çox
beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən Beynəlxalq
Astronomiya İttifaqı, KOSNAP və b. tərəfindən qəbul
olunmuşdur. Son onilliklərdə bu əhəmiyyətli problem BMT-nin
kosmik fəzanın istifadəsi üzrə komitəsində və onun elmi-texniki
və alt hüquq komitəsində vaxtaşırı müzakirə olunur.
Yeni mənşəli səma obyektlərinin əmələ gəlməsini
astronomlar hazırda astronomiyanın xüsusi sahəsi kimi
yaranmasını qəbul edirlər. Bu sahədə yerin hərəkət dövriyyəsində
Günəş sistemini öyrənən meteor astronomiyası ilə və Yerin təsir
dairəsindən kənarda yerləşən planet astronomiyasında keçid zona
adlanırdı. Yerətrafı orbitdə dövr edən obyektlər üzərində ilk
sistematik müşahidələr keçmiş SSRİ və ABŞ hərbçiləri tərəfindən
raket əleyhinə və kosmos əleyhinə
müdafiə
166
vəzifələri çərçivəsində başlanmışdır. Hər iki ölkədə uzaq hədəfləri
tapan və optik cihazlarla yer ətrafı aləmə nəzarət sistemi
yaradılmışdır. Nəzarət sistemi tərəfindən yerətrafı kosmosda 10
mindən çox obyekt müşahidə edilmiş və fasiləsiz nəzarətdə
olmuşlar. Bunlar əsasən 10 sm ölçüdən iri cisimlər idi. Onlardan 8
minə yaxın obyekt rəsmi kataloqa salınmışdır. Fəaliyyətdə olan
peyklər (təqribənSOO) kataloqa salınmış yerətrafı obyektlərin az
bir hissəsidir.
Beləliklə, Kosmik zibil-adh yeni anlam yaranmağa başladı.
Bu məfhum öz enerji potensialı tükənmiş peykləri, lakin
buraxılışa şərait yaratmış və b. daşıyıcı-raketlərin yuxarı
pilləsini,
müxtəlif detalları birləşdirir. Bu hissələr artıq insan cəmiyyətinə
heç bir xeyir verməyəcək, amma onlar praktiki olaraq daima
yerətrafı boşluqda qala bilərlər. İnsanın 50 illik kosmik fəaliyyəti
dövründə yerətrafı orbitin müxtəlif qatlarına və uzaq kosmosa
çəkisi 3 min ton olan 20 mindən çox obyekt buraxılmışdır.
Yerətrafı orbitin antropogen yolla çirkləndirilməsi
probleminə ilk fikir verən ABŞ-m Milli Kosmik Agentliyi
(NASA) olmuş və bu isə ciddi münasibət göstərilmişdir. ABŞ-da
Kosmik fəzaya nəzarət sistemi dövlət və başqa təşkilatları
məlumatlandırır ki, bu da bu sistemə aktiv inkişaf etməyə və
mükəmməlləşməyə imkan yaradır və yeni iri optik teleskoplarla
təchiz olunur. Misal üçün, Mayu (Havay adaları) adasında
kosmosa nəzarət etmək üçün güzgüsünün diametri 1.2 və I.6.,
1.8-mə qədər ulduz böyüklüyü qədər yayılma qabiliyyəti olan
teleskoplar quraşdırılmışdır.
Havay adalarında güzgüsünün diametri 3.7 m olan
teleskop istifadəyə verilib. Bu teleskop ən müasir, şüa qəbul
edəndə təchiz olunmuşdur.
2000-ci ildə amerikanh peykləri izləmə sistemi olan
modernləşdirilmiş stansiya istifadəyə verilmişdir ki, bu qurğuların
tez bir zamanda lazımi yerdə quraşdırılması mümkündür.
167