Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

könüllü olaraq Avropa sistemində ekoauditdə reklam məqsədilə və 
ictimaiyyətlə əlaqə yaratmaq üçün iştirak etmək olur. 
Xarici  (zahiri)  auditləşdirmə  yerli  təbiəti  mühafizə 
xidmətləri  və  nəzarətçiləri  tərəfindən  yerli  özünü  idarəetmə 
orqanlarının  həm  də  təbiəti  mühafizə  tədbirlərini  maliyyələşdirən 
orqanların  tələbi  ilə  həyata  keçirilir  (yerli  hökümət,  məqsədli 
ekoloji  fond,  kommersiya  bankı  və  s.).  Eyni  zamanda,  zahiri 
auditləşdirmə fırmalann özəlləşdirilməsində və satılmasında həyata 
keçirilir.  Yeni  sahibkarlar  bilməlidir  ki,  aldıqları  müəssisə 
ekoloji-iqtisadi  cəhətdən hansı  vəziyyətdədirlər ki,  yüksək ekoloji 
sanksiyalar  onlan  gələcəkdə  iflasa  uğrada  bilər.  Zahiri  ekoloji 
auditləşdirmə-vaxtaşın  yoxlamalardır  ki,  analizlərlə,  testlərlə  və 
istehsalat  proseslərinin  ətraf  mühitə  təsirini  qanunvericiliyə  və 
standartlara  uyğun  olaraq  yoxlanılması  ilə  müşa-  iyət  olunurlar. 
Bununla  ekoloji  pasportun,  normativ  sənədlərin  də  həddi  icazə 
verilən atılma, həddi icazə verilən axıntı və s. haqqında göstəricilər 
əks olunur. 
Ekoloji  audit  bir  neçə  mərhələdə  aparıhr:  Birinci 
mərhələdə audit üçün obyektlər seçilir, qrafiklər tutulur, komanda 
seçilir,  audit  planı  hazırlanır  və  s.  İkinci  (əsas)  mərhələ  ilkin 
məlumatların  toplanmasına  və  qiymətləndirilməsinə  həsr  edilir. 
Həm  də  firmanın  heyəti  ilə  iş  aparılır  və  daxili  sənədlərlə  tanış 
olurlar.  Ekoloji  audit  təcrübəsində  anketləşdirmə  üsulundan, 
material  balansından  və  texniki  hesablamalardan,  habelə 
xəritələrdən  istifadə  edilir.  Üçüncü  mərhələ  auditin  nəticələrinə 
əsasən  hazırlanmış  hesabatı,  həmçinin  aşkar  edilmiş  nöqsanların 
aradan qaldırılması üzrə tövsiyələri və təklifləri özündə birləşdirir. 
Audit fəaliyyəti üzrə aparılan rəy üç hissədən ibarət olmalıdır: giriş, 
analitik  və  yekun  hissələr.  Təsərrüfat  subyekti  maraqlı  şəxslərə 
yalnız rəyin yekun hissəsini təqdim etməlidir. Ekoloji auditləşdirmə 
üzrə  konkret  normativ  aktlar  olmadığından  ümumi  audit 
prinsiplərindən istifadə etmək olar. 
Ekoloji audit istifadə edilə bilər: 
- istehsalat-ekoloji nəzarət sisteminin inkişafı üçün; 
83 


-
 
dövlət və ictimai ekoloji nəzarət zamanı; 
-
 
ərazi monitorinq sisteminin inkişafı üçün; 
-
 
ətraf mühitə təsirin qiymətləndirilməsində ictimai və dövlət 
ekspertizası da daxil olmaqla; 
-
 
ərazi ekoloji proqramlann hazırlanmasında; 
-
 
daşınmaz ərailakın (o cümlədən torpağın) özəlləşdirilmə- 
sində və satışında; 
-
 
biznes planlarının hazırlanmasında; 
-
 
ekoloji sığortanın həyata keçirilməsində (sığorta olunanın 
tədqiqi, sığorta hadisəsi olarkən ziyanın hesablanması); 
-
 
ekoloji təhsilin, maarifin və tərbiyənin inkişafı üçün. 
Firmanın  (müəssisənin)  fəaliyyətinin  ekoloji  auditindən 
başqa investisiya fəaliyyətinin  də ekoauditi  mövcuddur.  Bu halda 
investisiya  layihələrinin  qiymətləndirilmə  prosesi  iki  istiqamətdə 
həyata keçirilir
1)
 
İnvestisiya  sərf  edilən  ərazinin  ekoloji  şəraitinin 
müəyyənləşdirilməsi və ərazinin ekoaudit qiymətləndirilməsi
2)
 
Obyektin özünün ekoloji təhlükəsizhyinin müəyyən 
edilməsi. 
Azərbaycanda,  Rusiyada  və  MDB-in  başqa  ölkələrində 
Auditorlar  palatası  yaradılmış  və  bu  sahədə  geniş  fəaliyyət 
göstərilir. Lakin ekoloji audit hələlik geniş tətbiq edilmir. Rusiyada 
bu prosedur təbii ehtiyatlar nazirliyinin əmri ilə tənzimlənir. Audit 
fəaliyyətinin  inkişafına  maneçilik  törədən  amillərdən  əsası 
qanunlarda  boşluğun  yaranmasıdır.  Sifarişçilərin  bir  çoxu 
ixtisaslaşdırılmış ekoloji auditin aparılmasında maraqlı deyillər. 
Ekoloji 
audit 
ekoloji 
pasportlaşdırma 
və 
sertifikatlaşdırma  ilə  yanaşı  müstəqil  ekoloji  fəaliyyət  növü  kimi 
həyata keçirilə bilər. Bu proses həm də təşkilati-hüquqi bir tədbir 
kimi təsərrüfat və digər fəaliyyət növlərinin ekoloji tələblərə uyğun 
olub-olmamasım tədqiq etmək üçün də vacibdir. Təbiəti mühafizə 
praktikasında  ekoloji  audit  obyektiv  və  müstəqil  analiz  və 
qiymətləndirmə  kimi  nəzərdən  keçirilir,  fəaliyyətlərin  ekoloji 
tələblərə cavab verməsi sahəsi kimi qiymətləndirilir. 
84 


Deyilənlərlə  əlaqədar  tövsiyə  və  təkliflərin  işlənməsi 
tələb edilir. Ekoloji auditin digər audit növlərindən fərqi ondadır ki, 
onun  aparılması  üçün  müəssisənin  təbiəti  mühafizə  fəaliyyəti 
barədə böyük həcmli konkret informasiyanın toplanması, təhlili və 
sənədləşdirilməsi tələb olunur. Qeyd etmək lazımdır ki, bu sahədə 
sərt reqlamentə malik prosedur və standartlar yoxdur. 
5.5.
 
Təbiətdən istifadənin proqnozlaşdırılması və 
planlaşdırılması 
İnsanı  düşünmədən  təbii  proseslərə  qanşmasının 
nəticələri sonrakı mərhələlərdə özünü göstərməlidir. Ona görə də, 
yaranmış  durumu  iqtisadiyyat  və  ətraf  mühitin  qarşılıqlı  təsiri 
baxımından  elmi  əsaslarla  qiymətləndirmək  zərurəti  ortaya  çıxır. 
Eyni  zamanda  gələcəkdə  ekoloji-iqtisadi  inkişafın  variantlarını 
müəyyən etmək lazım gəlir. Deyilənlər təbiətə təsirin məqsədyönlü 
və  planlı  həyata  keçirilməsini  tələb  edir.  Bu  sahədə  görülən  işlər 
inzibati-hüquqi  və  iqtisadi  idarəetmə  metodlarının  vəhdətinə 
əsaslanmalıdır.  Belə  sistemin  ən  vacib  tərkib  hissəsi  təbiətdən 
istifadənin 
uzunmüddətli 
planlaşdırılması 
və 
proqnozlaşdırılmasıdır. 
Uzunmüddətli 
proqnozlaşdırma 
və 
planlaşdırma  strateji  xarakter  daşıyır  və  buna  nail  olmaq  üçün 
məqsəd, vasitə və üsullar əsaslandınimalıdır. Hazırda əməli olaraq 
bütün inkişaf etmiş ölkələrdə təbiəti mühafizə üzrə milli proqramlar 
hazırlanır,  təsdiq  edilir  və  fəaliyyət  göstərir.  Azərbaycan 
Respublikası  üçün  ətraf  mühitin  mühafizəsi  üzrə  Milli  Fəaliyyət 
proqramı  Dünya  Bankının  maliyyə  dəstəyi  ilə  1996-  1998-ci  illər 
ərzində Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi 
tərəfindən  hazırlanmışdır  və  müxtəlif  prioritet  istiqamətlər  üzrə 
yerinə  yetirilməkdədir.  Məsələn,  Sumqayıtda  civə  qarışıqlı 
tullantıların zərərsizləşdirilməsi və dəfn edilməsi, Abşeronda neftlə 
çirklənmiş  torpaqlann  rcablitasiya-  sı,  Xəzərin  səviyyəsinin 
qalxması ilə su alımda qalmış balıqar- tırma zavodunun Neftçalada 
tikilməsi və s. 
85 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə