Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə28/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

lər  zəif  olur.  Təbiəti  mühafizə  üzrə  kompleks  sxemlər  bütün 
regionları əhatə edir. 
Planqabağı  təhlil  planlaşdırma  sənədləri  sisteminə 
daxildir.  Buraya  ərazi  təbiəti  mühafizə  kompleks  sxemləri 
(ƏTMKS), elmi-texniki tərəqqiyə (ETT) dair kompleks proqramlar 
məhsuldar  qüvvələrin  inkişafı  və  yerləşdirilməsinin  baş  sxemləri, 
ərazi-sənaye kompleksləri (ƏSK) sxemləri və layihələri, şəhərlərin 
baş  planları  və  s.  daxildir.  ƏTMKS  plan-  qabağı  sənədlərin 
qarşılıqlı uzlaşmasını, əlaqələndirilməsini və inteqrasiyasını təmin 
edir. O sənədlərin hər birində təbiəti mühafizə bölməsi keyfiyyətli 
olduqda uzlaşdırma daha səmərəli olur. 
Hər bir müəssisə (firma) ƏTMKS-nın  tələblərinə uyğun 
ekoloji proqramlar əsasında təbiəti mühafizə tədbirləri planı işləyib 
hazırlamalıdır. Ekoloji sferada iqtisadi vasitələrlə yanaşı sərt ekoloji 
məhdudiyyətlər  olduğundan,  burada  «direktiv  plan»  və 
«plan-proqnoz»  əvəzinə  «  plan-  müqavilə»  olmalıdır.  Yəni, 
təbiətdən istifadə müqavilə əsasında təbiətdən istifadə  edənlə icra 
hakimiyyəti orqanı arasında həyata keçirilməlidir. 
Təbiətdən  istifadə  ediləndə  ekoloji  ekspertizanın  nəzərə 
tutulan  fəaliyyət  üçün  rəyi  olmalıdır.  Rəydə  istifadə  edilən 
texnologiyaya,  habelə  təbiətdən  istifadəyə  xüsusi  kompleks  icazə 
olmalıdır. 
Xüsusi  kompleks  icazədə  təbiətdən  istifadəyə  dair 
aşağıdakı şərtlər qoyulur: 
-
 
təsərrüfat və digər fəaliyyət zamanı ekoloji tələblər
-
 
istifadəyə  verilmiş  təbii  ehtiyatların  mühafizəsi  və  saxlama 
(qoruma) təminatı şərtləri; 
-
 
istifadə normaları (limitlər), həddi texnoloji itkilər normativi, 
tullantıya, axmtıya həddi icazə verilən normalar; 
-
 
ətraf  mühiti  çirkləndirməyə,  tullantıları  yerləşdirməyə,  təbii 
ehtiyatlardan istifadəyə görə ödəmə qiymətlərinin qoyulması; 
89 


- cərimə sanksiyalarının inzibati xətalar məcəlləsinə əsasən 
tətbiq edilmə şərtləri və qaydaları. 
Təbiəti  mühafizədə  plan-müqavilə  məqbul  hesab  edilir, 
ona  görə  ki,  ekoloji  tələbatlar  kəskin  tərəddüdlərə  çox  az  məruz 
qalırlar. Təbiəti mühafizə tədbirlərinin səmərəsi isə əksər hallarda 
uzunmüddətli xarakter daşıyır. Plan-müqavilənin hazırlanması sərt, 
«  yuxandan  aşağı»  yox,  əksinə  qarşı  qaşıya  «  görüş-interaktiv» 
olmah və iqtisadi, elmi-texniki proqnoz nəzərə alınmahdır. Həm də 
plan-müqavilə  çərçivəsində  müəssisələr  birlikdə  ətraf  mühitin 
keyfiyyətini  normal  təmin edə bilərlər. Ərazi  üzrə ekoloji-iqtisadi 
münasibətlərin  həyata  keçirilməsi  çirkləndirməyə  dair  hüquqi 
bazadan birgə istifadə edilməlidir. 
Bütövlükdə  təbiətdən  istifadənin  plan  müqaviləsinin 
kooperativ planlaşdırmaya çevirmək zəruri olardı. Plan isə ekoloji 
problemin  təyin  edilməsindən  başlayır.  Konkret  problem  üçün 
kooperativ  planlaşdırmanın  sxemini  bir  çox  halda  mütəxəssislərin 
müəyyən  qrupu  hazırlayır  və  onun  həll  istiqamətini 
müəyyənləşdirirlər.  Danışıqlar  zamanı  meydana  çıxan  ikitərəfli, 
çoxtərəfli münasibətlər nəticəsində tədbirlər kompleksi arzu olunan 
(məqsədli)  proqram  ətrafındakı  əlaqələr  fəaliyyətin  həyata 
keçirilməsinə təsir göstərirlər. Kooperativ planlaşdırma prosesində 
real  prioritet  sistemi  formalaşır,  öhdəliklərdə  (kontraktlarda) 
iştirakçıların üzərlərinə götürdükləri vəzifələri möhkəmləndirir. 
Təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olan  subyektlər 
səviyyəsində  planlaşdırma  sənədlərindən  biri  də  «sənaye 
müəssisələrinin ekoloji pasportudur» (ГОСТ 17.0.0.04.90). Ekoloji 
pasport-  kompleks  sənəddir,  müəssisə  və  ətraf  mühit  qarşılıqlı 
münasibəti  özündə  cəmləşdirir  və  material  balansı  əsasında  ətraf 
təbii mühitə təsirin ölçüsü (qiyməti) barədə səhih məlumat almağa 
imkan yaradır. 
Ekoloji pasportda aşağıdakı məlumatlar öz əksini tapır: 
- müəssisə haqqında ümumi məlumatlar
90 


-
 
müəssisənin istifadə etdiyi texnologiya; 
-
 
istifadə  olunan  resurslann  (xammal,  yanacaq,  enerji) 
kəmiyyət və keyfiyyət xassələri
-
 
əsas  məhsul  növlərinin  istehsalı  sxemində  texnologiyanın 
siyahısı,  dünyada  olan  texnologiya  haqqında  məlumat, 
təbiəti  mühafizə  üzrə  ən  yüksək  xüsusi  göstəricilərə  nail 
olmaq üçün texnologiyalar haqqında məlumat; 
-
 
tullantı  sularının  və  atmosferə  atılmaların  təmizləyici 
sxemləri; 
-
 
müəssisədən  aynlan  zərərli  maddələrin  (axıntı,  tullantı) 
kəmiyyət və keyfiyyət xüsusiyyətləri. 
İstehsalın xüsusiyyətləri istehsal olunan məhsul haqqında 
məlumatın material axınının balans sxemi şəklində göstərilməsidir. 
Bu  imkan  verir  ki,  çirklənmənin  həcmi,  ətraf  mühitə  atılmalar, 
tullantıların  miqdarı  dəqiq  təyin  edilsin.  Ekoloji  pasport  eyni 
zamanda  planlaşdırılan  tədbirlərin  siyahısını,  onların  müddətini, 
xərclərin həcmini, tullantıların ümumi həcmini (tədbirlərdən əvvəl 
və sonra) əks etdirməlidir. 
 
Sxem 11. Təbiətdən istifadənin kooperativ 
planlaşdırma əlaqələri 
91 


Ekoloji  pasportdakı  sistemloşdirilmiş  informasiya 
aşağıdakı məsələlərin həllində istifadə edilə bilər: 
-
 
atılmaların (axmtıların) çirkləndirici maddələrinin və məhsul 
buraxılışının ətraf mühitə və əhalinin sağlamlığına təsirinin 
qiymətləndirilməsində; 
-
 
təbiətdən istifadəyə görə ödəmələrin təyin edilməsində; 
-
 
müəssisələr  üçün  ətraf  mühitə  atılmalann  (axmtıların)  və 
tullantıların  yerləşdirilməsinin  həddi  icazə  verilən  norma- 
lann (limitlərin) təyin edilməsində; 
-
 
təbiəti  mühafizə  tədbirlərinin  planlaşdırılması  və  onların 
effektivliyinin (səmərəsinin) qiymətləndirilməsində; 
-
 
müəssisənin yenidənqurma layihəsinin ekspertizasında; 
-
 
müəssisənin  təbiəti  mühafizə  sahəsində  qanunvericiliyə 
riayət etməsinə nəzarət işlərində
-
 
təbii  və  material  ehtiyatlarından,  enerjidən  və  təkrar 
xammaldan 
istifadənin 
effektivliyinin 
(səmərəsinin) 
artırılmasında. 
Ekoloji pasport ilin əvvəlinə tərtib edilir və sonralar hər il 
dəqiqləşdirilir,  yerli  təbiəti  mühafizə  orqanları  yenidən 
razılaşdırılır. 
90-cı  illərin  əvvəlində  keçmiş  SSRİ-də  və  o  cümlədən, 
Azərbaycanda iri müəssisələr üçün ekoloji pasport tərtib edilməyə 
başlandı.  Lakin  SSRİ-nin  dağılmasından  sonra,  bütün  əlaqələrin 
qırılması ilə əlaqədar iqtisadi şəraitin pisləşməsi və digər səbəblər 
üzündən bir çox müəssisələr ekoloji pasport tərtib etmirlər. Tərtib 
edilən  pasportlar  isə  real  gerçəkliyi  əks  etdirmir.  Keyfiyyətli 
olanları isə fəaliyyətdə nəzərə alınmır. Həm də müəssisələr həmin 
pasportların tərtibində maraqh deyillər. 
2001-ci  ildən  Rusiyada  yeni  prinsiplər  əsasında  «Təbiət 
istifadəçisinin ekoloji pasportu» (ГОСТ P 17.0.0.06-2000) qüvvəyə 
minmişdir.  Gələcəkdə  həmin  pasport  hava,  su,  torpaq,  tullantılar 
haqqında  ilkin  məlumatlar  bazası  olacaqdır.  Hazırlanmış  ekoloji 
pasport maketi gələcəkdə statistik hesabat 
92 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə