Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

1)
 
Tikinti sahəsinin hazırlanmasını; 
2)
 
Tikintinin əsas obyektlərini
3)
 
Yardımçı istehsalat və xidmət əhəmiyyətli obyektləri
4)
 
Energetika təsərrüfatı obyektlərini
5)
 
Nəqliyyat təsərrüfatı və rabitə obyektlərini; 
6)
 
Su təchizatı, kanahzasiya, istilik və qaz təchizatı qurğuları 
və xarici (bayır) şəbəkələrini; 
7)
 
Ərazinin abadlaşdırılması və yaşıllaşdırılmasım; 
8)
 
Müvəqqəti bina və qurğularını; 
9)
 
Digər işlər və xərcləri
10)
 
Tikilən müəssisənin müdiriyyətinin saxlanması və 
müəllif nəzarətinin həyata keçirilməsi obyektlərini; 
11)
 
Layihə və axtarış işlərini. 
Yekun  smeta  hesablamalarının  tərtibi  lokal  (yerli)  və 
obyekt smetalarına əsaslanır (istinad edir). Burada həmçinin əlavə 
xərclər, həm də nəzərə alınmayan (əvvəlcədən görünməyən) işlərin 
vəsait ehtiyatları da nəzərdə tutulur. Obyekt smetaları öz tərkibində 
lokal  smetanın  məlumatlarını  birləşdirir  və  onun  əsasında  obyekt 
üçün  müqavilə  qiymətləri  formalaşdırır.  Bu  halda  obyekt 
smetasının  rolunu  lokal  smeta  oynayır.  Obyekt  smeta 
hesablamalarında (smetada) sətir- bəsətir və həm də yekunda vahid 
qiymətlər (dəyərlər), məsələn, 
1
 m^ həcm, 
1
 m- sahə, 
1
 m məsafə və s. təyin edilir. 
Obyekt  və  lokal  smetalarda  normativ  əmək  tutumu  və 
smeta  əmək  haqqı  ayrılır.  Lokal  smetalarda  resurs  göstəricilərini 
ayırmaqla aşağıdakı sənədlər tərtib edilir: 
-
 
işlərin əmək tutumunu (adam-saatla); fəhlələrin əsas əmək 
haqqını təyin etmək. 
Lokal  smetalarda  (hesablamalarda)  smeta  sənədlərinin 
tərkibində  işlərin  dəyəri  iki  qiymət  səviyyəsində  aydınlaşdırıla 
bilər: 
-
 
bazis səviyyəsi üçün -fəaliyyətdə olan smeta normaları və 
qiymətləri ilə müəyyənləşdirilir (məs,1990-cı və ya 1985-ci 
il üçün). 
108 


- cari (proqnoz) səviyyəsində -smeta tərtib edilən dövr üçün 
formalaşmış  qiymətlərlə,  yaxud  tikinti  başlanan  gündən 
başlayaraq, mövcud olan qiymətlərlə. 
Tikinti, yenidənqurma, əsaslı təmir (bina və qurğularda), 
müəssisələrin  genişləndirilməsi  və  yenidən  təşkilinin  smeta 
dəyərinin  təyin  edilməsinin  əsasını  smeta  normativləri  (smeta 
normalan  külliyatı,  qiymətlər  və  qiymətləndirmələr  normaları), 
habelə  qaydalar  və  əsasnamələr  təşkil  edir.  Yuvar-  laqlaşdırılmış 
smeta  normalanna  aiddir:  faizlə  ifadə  olunan  smeta  normativləri 
(üstəgəlmə xərclər, smeta gəliri, əlavə xərclər), iriləşdirilmiş smeta 
normativləri və göstəriciləri. 
Tikintinin  smeta dəyəri- bu kapital  (əsash) qoyuluşunun 
ümumi cəmidir. Tikinti və quraşdırma işlərinin smeta dəyəri birbaşa 
xərclərdən (bilavasitə xərclərdən), əlavə məxa- riclərdən və smeta 
gəlirindən  ibarətdir.  Birbaşa  xərclərə  aiddir:  fəhlələrin  əsas  əmək 
haqlan, 
materiallann, 
konstruksiyaların, 
detallann, 
yanmfabrikatlarm dəyəri, maşın və mexanizmlərin istismar xərcləri. 
Smeta qiymətlərini təyin etmək üçün aşağıdakı metodlar 
tətbiq  edilə  bilər:  bazis-kompensasiya,  resurs,  resurs-  indeks. 
Bundan  başqa  smetanı  «əvvəllər  tikilmiş  və  ya  layihə-  ləşdirilmiş 
obyekt-analoqların  qiymətləri  haqqında  məlumatlara  əsasən» 
müəyyən etmək olar. Bazis-kompensasiya üsulu smeta normalarının 
istifadəsinə  əsaslanır.  Bu  halda  qiymət  iki  mərhələdə  təyin  edilir. 
Eyni  zamanda  texnoloji  məqsədlərə  elektrik  daşıyıcılarının  sərfi, 
maşınların istismar vaxtı, fəhlələrin əmək xərcləri do nəzərə alınır. 
Resursların  sərfinin  yekun  göstəricilərini  hesablamaq  üçün 
əvvəlcədən lokal resurs siyahısını tərtib etmək məqsədə uyğundur. 
Bu  siyahıda  obyektdə  həyata  keçirilən  hər  bir  iş  növü  üzrə 
resursların  dəyərini  həm  bazis  (orta  smeta  qiymətlərinə  əsasən, 
normativlər  üzrə),  həm  də  cari  (proqnoz)  qiymətləri  səviyyəsində 
təyin etmək məqsədə uyğundur. 
109 


Resurs-indeks  üsulu-  bu  resurs  üsulunun  resurslara 
verilmiş  indeks  sistemi  (material,  texniki,  energetik,  əmək, 
avadanlıq, xidmətlər və s.) ilə birləşməsinə əsaslanır. 
Layihə  üzrə  xərclərin  planlaşdırılması  maliyyə 
resurslarına tələbatı ödəmək məqsədilə həyata keçirilməlidir. Bu isə 
layihənin büdcəsinin tərtib edilməsini tələb edir (təqvim planına və 
layihənin strategiyasına əsasən). 
Özünüyoxlama sualları 
1.
 
Təbiətdən istifadənin iqtisadi səmərəsinin qiymətləndirilməsinə 
nələr daxildir. 
2.
 
Normal iqtisadi səmərə nədir. 
3.
 
İnvestisiyalann effektivliyinin təyini necə müəyyən edilir. 
4.Sosial iqtisadi ziyanların sttukturuna nələr daxildir. 
5.Atmosferə dəymiş ziyan necə müəyyən edilir. 
6
.Su hövzələrinə dəyən ziyan necə müəyyən edilir. 
T.Təbiəti mühafizə xərclərinə hansı elementlər daxildir. 
8.
 
Kompensasiya xərcləri necə müəyyən edilir. 
9.
 
Makro və mikro iqtisadi səviyyədə təbiəti mühafizə xərcləri necə 
bölünür. 
10.
 
Təbiəti mühafizə tikintilərinin smeta sənədləri necə hazırlanır. 
110 


VII
 
FƏSIL
 
TƏBİƏTDƏN SƏMƏRƏLİ İSTİFADƏNİN İQTİSADİ 
MEXANİZMLƏRİ 
7.1.
 
Təbiətdən səmərəli istifadənin iqtisadi stimuDaşdırma 
vasitələri 
Sahibkarlıq  fəaliyyətində,  təbiətdən  səmərəli  istifadəyə 
təsir  iki  yolla  həyata  keçirilə  bilər:  inzibati  metodlarla,  birbaşa 
tənzimləmə  və  iqtisadi  təsir  yolu  ilə.  Ölkələr  ekoloji  siyasətdə 
təbiətdən  səmərəli  istifadə  sahəsində  iqtisadi  həvəsləndirməyə 
çalışırlar və buna daha çox səy göstərməlidirlər. Təbiətdən istifadə 
fəahyyətində  iqtisadi  həvəsləndirmə  elə  bir  vasitədir  ki, 
iqtisadiyyatın  gələcək  inkişafımn  mənafei  ilə  ətraf  mühitin 
mühafizəsini birləşdirir. 
Təbiətdən  səmərəli  istifadənin  həvəsləndirmə  sistemi 
bütün təsərrüfat subyektlərinin təbiəti mühafizə tələblərinin yerinə 
yetirilməsində, təbii ehtiyatlardan istifadənin norma və qaydalarına 
riayət  edilməsində  maraqlannm  artırılmasına  yönəldilir.  Təbiəti 
mühafizənin  həvəsləndirilməsi  əsasən  iki  üsulla  həyata  keçirilir: 
məcburiyyət metodu (neqativ həvəsləndirmə, yaxud inzibati yol) və 
mükafatlandırma  yolu  (pozitiv  həvəsləndirmə,  yaxud  «şirin  qoğal 
metodu»). 
Neqativ Ifet^sləndırmə ozundə aşağıdakıları cəmləşdirir: 
təbiətdən  istifadəyə  görə  haqq,  zərərli  maddələrin  ətraf  mühitə 
normativ  və  nomıadan  artıq  atılmasına  (axıdılmasına)  görə 
ödəmələr, bərk tullantıların yerləşdirilməsinə görə ödəmələr, ekoloji 
zərərli məhsula görə vergi, habelə ekoloji cəhətdən texnologiya ilə 
istehsal  edilən  məhsula  görə  rüsum,  ekoloji  hüquq  pozmalarına 
(xətalara) görə cərimələr, məhsulların ekoloji sertifikatlaşdırılması, 
aksizlər, rüsumlar və s. 
Pozitiv  iqtisadi  həvəsləndirmə  təbiəti  mühafizə 
fəaliyyətinin  güzəştli vergi qoyma, kredit ayırma, qiymət siyasəti, 
subvensiyalar, «çirkləndirraə hüququ» bazarının tətbiqi, təbiəti 
111 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə