IV
FƏSİL
BAŞ MƏCLİS
Tərkibi
Maddə 9
1.
Baş Məclis Birləşmiş Millətlərin bütün Üzvlərindən ibarətdir.
2.
Hər bir Üzvün Baş Məclisdə beş nəfərdən artıq nümayəndəsi ola
bilməz.
Funksiya və səlahiyyətləri
Maddə 10
Baş Məclis bu Nizamnamənin tətbiq dairəsində olan və ya bu
Nizamnamə ilə nəzərdə tutulmuş orqanlardan hər hansı birinin səlahiyyət və
funksiyalarına aid olan istənilən məsələ və ya işləri müzakirə edə bilər və
12-ci maddə ilə nəzərdə tutulmuş hallardan başqa. Birləşmiş Millətlərin
Üzvlərinə və ya Təhlükəsizlik Şurasına, yaxud onların hər ikisinə hər hansı
bu cür məsələ və ya işlər üzrə tövsiyələr edə bilər.
Maddə 11
1,
Baş Məclis beynəlxalq sülhün və təhlükəsizliyin qorunub
saxlanması işində əməkdaşlığm ümumi prinsiplərini, o cümlədən tərksilah
və silahlann tənzimlənməsi məsələlərini müəyyən edən prinsipləri nəzərdən
keçirə bilər və Birləşmiş Millətlərin Üzvlərinə və ya Təhlükəsizlik Şurasma,
yaxud onların hər ikisinə bu prinsiplərlə bağh tövsiyələr edə bilər.
2.
Baş Məclis beynəlxalq sülhün və təhlükəsizliyin qorunub
saxlanmasına aid olan. Birləşmiş Millətlərin hər hansı Üzvü və ya
Təhlükəsizlik Şurası və ya, 35-ci maddənin 2-ci bəndinin əsasında.
Birləşmiş Millətlərin Üzvü olmayan dövlət tərəfindən ona təqdim olunmuş
istənilən məsələni müzakirə edə bilər və 12-ci maddə ilə nəzərdə tutulmuş
hallardan başqa, hər hansı belə bir məsələ ilə bağlı maraqlı dövlətə və ya
dövlətlərə və ya Təhlükəsizlik Şurasına, yaxud onların hər ikisinə tövsiyələr
edə bilər. Barəsində tədbir görülməli olan hər hansı belə məsələ Baş Məclis
tərəfindən ya müzakirədən qabaq, ya da ondan sonra Təhlükəsizlik Şurasına
verilir.
319
lədən bu Nizamnamonin, Birləşmiş Millətlərin məqsəd və prinsiplərini
təsbit edən müddəalannm pozulması nəticəsində əmələ gələn situasiyaların
dinc yolla nizama salınması üçün tədbirlər tövsiyə edə bilər.
Maddə 15
1.
Baş Məclis Təhlükəsizlik Şurasından illik və xüsusi məruzələr
qəbul edir və onlara baxır; bu məruzələr beynəlxalq sülhün və
təhlükəsizliyin qorunub saxlanması məqsədilə Təhlükəsizlik Şurası
tərəfindən görülməsi qərara alınmış və ya görülmüş tədbirlər barəsində
hesabatı özündə əks etdirməlidir.
2.
Baş Məclis Birləşmiş Millətlərin digər orqanlarından məruzələr
qəbul edir və onlara baxır.
Maddə 16
Baş Məclis beynəlxalq qəyyumluq sistemi ilə əlaqədar ona XII və XIII
fəsillər əsasında həvalə olunmuş funksiyaları, o cümlədən strateji ərazilər
kimi müəyyən olunmamış ərazilər üçün qəyyumluq haqqında sazişlərin
təsdiq edilməsi funksiyasını yerinə yetirir.
Maddə 17
1.
Baş Məclis Təşkilatın büdcəsini nəzərdən keçirir və təsdiq edir.
2.
Təşkilatın xərcləri onun Üzvləri tərəfindən Baş Məclisin müəyyən
etdiyi kimi apanlır.
3.
Baş Məclis 57-ci maddədə nəzərdə tutulmuş ixtisaslaşmış
təsisatlarla istənilən maliyyə və büdcə sazişlərini nəzərdən keçirir və
təsdiq
edir vo müvafiq ixtisaslaşmış təsisatlara tövsiyələr etmək məqsədilə onların
inzibati büdcələrini yoxlayır.
Səsvermə
Maddə 18
1.
Baş Məclisin hər bir üzvü bir səsə malikdir.
2.
Baş Məclisin mühüm məsələlər üzrə qərarları onun sessiyada və
səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu
məsələlərə aşağıdakılar daxildir: beynəlxalq
sülhün və təhlükəsizli
321