Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə104/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   114

IV
 
FƏSİL 
BAŞ MƏCLİS 
Tərkibi 
Maddə 9 
1.
 
Baş Məclis Birləşmiş Millətlərin bütün Üzvlərindən ibarətdir. 
2.
 
Hər  bir  Üzvün  Baş  Məclisdə  beş  nəfərdən  artıq  nümayəndəsi  ola 
bilməz. 
Funksiya və səlahiyyətləri 
Maddə 10 
Baş  Məclis  bu  Nizamnamənin  tətbiq  dairəsində  olan  və  ya  bu 
Nizamnamə ilə nəzərdə tutulmuş orqanlardan hər hansı birinin səlahiyyət və 
funksiyalarına aid olan istənilən məsələ və ya işləri müzakirə edə bilər və 
12-ci  maddə  ilə  nəzərdə  tutulmuş  hallardan  başqa.  Birləşmiş  Millətlərin 
Üzvlərinə və ya Təhlükəsizlik Şurasına, yaxud onların hər ikisinə hər hansı 
bu cür məsələ və ya işlər üzrə tövsiyələr edə bilər. 
Maddə 11 
1,
 
Baş  Məclis  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 
saxlanması işində əməkdaşlığm ümumi prinsiplərini, o cümlədən tərksilah 
və silahlann tənzimlənməsi məsələlərini müəyyən edən prinsipləri nəzərdən 
keçirə bilər və Birləşmiş Millətlərin Üzvlərinə və ya Təhlükəsizlik Şurasma, 
yaxud onların hər ikisinə bu prinsiplərlə bağh tövsiyələr edə bilər. 
2.
 
Baş  Məclis  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 
saxlanmasına  aid  olan.  Birləşmiş  Millətlərin  hər  hansı  Üzvü  və  ya 
Təhlükəsizlik  Şurası  və  ya,  35-ci  maddənin  2-ci  bəndinin  əsasında. 
Birləşmiş Millətlərin Üzvü olmayan dövlət tərəfindən ona təqdim olunmuş 
istənilən məsələni müzakirə edə bilər və 12-ci maddə ilə nəzərdə tutulmuş 
hallardan başqa, hər hansı belə bir məsələ ilə bağlı maraqlı dövlətə və ya 
dövlətlərə və ya Təhlükəsizlik Şurasına, yaxud onların hər ikisinə tövsiyələr 
edə bilər. Barəsində tədbir görülməli olan hər hansı belə məsələ Baş Məclis 
tərəfindən ya müzakirədən qabaq, ya da ondan sonra Təhlükəsizlik Şurasına 
verilir. 
319 


3.
 
Baş  Moclis,  Təhlükəsizlik  Şurasının  diqqətini  beynəlxalq  sülhü  və 
təhlükəsizliyi təhlükəyə məruz qoya bilən situasiyalara yönəldə bilər. 
4.
 
Baş  Məclisin  bu  maddədə  əks  olunmuş  səlahiyyətləri  10-cu  maddənin 
ümumi mənasını məhdudlaşdınnamalıdır. 
Maddə 12 
1.
 
Təhlükəsizlik Şurası, hər hansı bir mübahisə və ya situasiya ilə bağlı bu 
Nizamnamənin onun üçün nəzərdə tutduğu funksiyaları yerinə yetirdiyi zaman, 
Baş  Məclis,  əgər  Təhlükəsizlik  Şurası  ondan  bu  barədə  xahiş  etmirsə,  həmin 
mübahisə və ya situasiya ilə bağlı heç bir tövsiyə verə bilməz. 
2.
 
Baş Katib, Təhlükəsizlik Şurasının razılığı ilə. Baş Məclisə onun hər bir 
sessiyasında,  həmin  anda  'fəhlükəsizlik  Şurası  tərəfindən  baxılan  beynəlxalq 
sülhün və təhlükəsizliyin qorunub saxlanmasına aid istənilən məsələlər haqqında 
məlumat  verir  və  eyni  qaydada,  Təhlükəsizlik  Şurası  bu  məsələlərə  baxıb 
qurtaran kimi dərhal Baş Məclisə, yaxud əgər Baş Moclis sessiyada deyilsə, onda 
Birləşmiş Millətlərin Üzvlərinə məlumat verir. 
Maddə 13 
1.
 
Baş  Məclis  aşağıdakı  məqsədlərlə  tədqiqatlar  təşkil  edir  və  tövsiyələr 
edir; 
a)
 
siyasi  sahədə  beynəlxalq  əməkdaşlığa  dəstək  vermək  və  beynəlxalq 
hüququn mütərəqqi inkişafını və onun məcəllələşdirilməsini həvəsləndirmək; 
b)
 
iqtisadi, sosial, mədəni sahələrdə, təhsil və səhiyyə sahələrində beynəlxalq 
əməkdaşlığa  dəstək  vermək  və  irqinə,  cinsinə,  dilinə  və  ya  dini  mənsubiyyətinə 
fərq  qoyulmadan  bütün  insanlann  əsas  hüquq  və  azadlıqlannın  həyata 
keçirilməsinə yardım göstərmək. 
2.
 
Baş  Məclisin,  yuxanda  Ib  bəndində  göstərilmiş  məsələlərlə  bağlı  daha 
sonrakı vəzifə, funksiya və səlahiyyətləri IX və X fəsillərdə təsbit olunmuşdur. 
Maddə 14 
12-ci maddənin göstərişlərini nəzərə almaqla. Baş Məclis, mənşəyindən asılı 
olmayaraq, 
ümumi 
əmin-amanlığı 
və 
millətlər 
arasmdakı 
dostluq 
münasibətlərini, onun fikrincə, poza bilən hər hansı bir situasiyanın, o cüm- 
320 


lədən  bu  Nizamnamonin,  Birləşmiş  Millətlərin  məqsəd  və  prinsiplərini 
təsbit edən müddəalannm pozulması nəticəsində əmələ gələn situasiyaların 
dinc yolla nizama salınması üçün tədbirlər tövsiyə edə bilər. 
Maddə 15 
1.
 
Baş  Məclis  Təhlükəsizlik  Şurasından  illik  və  xüsusi  məruzələr 
qəbul  edir  və  onlara  baxır;  bu  məruzələr  beynəlxalq  sülhün  və 
təhlükəsizliyin  qorunub  saxlanması  məqsədilə  Təhlükəsizlik  Şurası 
tərəfindən  görülməsi  qərara  alınmış  və  ya  görülmüş  tədbirlər  barəsində 
hesabatı özündə əks etdirməlidir. 
2.
 
Baş  Məclis  Birləşmiş  Millətlərin  digər  orqanlarından  məruzələr 
qəbul edir və onlara baxır. 
Maddə 16 
Baş Məclis beynəlxalq qəyyumluq sistemi ilə əlaqədar ona XII və XIII 
fəsillər əsasında həvalə olunmuş funksiyaları, o cümlədən strateji ərazilər 
kimi  müəyyən  olunmamış  ərazilər  üçün  qəyyumluq  haqqında  sazişlərin 
təsdiq edilməsi funksiyasını yerinə yetirir. 
Maddə 17 
1.
 
Baş Məclis Təşkilatın büdcəsini nəzərdən keçirir və təsdiq edir. 
2.
 
Təşkilatın xərcləri onun Üzvləri tərəfindən Baş Məclisin müəyyən 
etdiyi kimi apanlır. 
3.
 
Baş  Məclis  57-ci  maddədə  nəzərdə  tutulmuş  ixtisaslaşmış 
təsisatlarla istənilən maliyyə və büdcə sazişlərini nəzərdən keçirir və təsdiq 
edir vo müvafiq ixtisaslaşmış təsisatlara tövsiyələr etmək məqsədilə onların 
inzibati büdcələrini yoxlayır. 
Səsvermə 
Maddə 18 
1.
 
Baş Məclisin hər bir üzvü bir səsə malikdir. 
2.
 
Baş  Məclisin  mühüm  məsələlər  üzrə  qərarları  onun  sessiyada  və 
səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu 
məsələlərə aşağıdakılar daxildir: beynəlxalq sülhün və təhlükəsizli 
321 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə