Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə112/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114

Maddo 100 
1.
 
Öz  vozifolorini  icra  cdorkon  Baş  Katib  və  Katibliyin  heyəti  hər 
hansı hökumətdən və ya Təşkilat üçün kənar olan hər hansı digər orqandan 
göstərişlər  istəməməli  və  almamalıdır.  Onlar  yalnız  Təşkilat  qarşısında 
məsuliyyət  daşıyan  beynəlxalq  vəzifəli  şəxslər  kimi  statuslarına  təsir 
göstərə bilən hor hansı horəkotdən daşınmalıdırlar. 
2.
 
Birləşmiş  Millətlər  Təşkilatının  hor  bir  Üzvü  Baş  Katibin  və 
Katibliyin heyətinin vəzifələrinin sırf beynəlxalq xarakterinə hörmət elməyi 
və onlara öz vəzifələrini yerinə yetirərkən təsir göstorməyə cəhd etməməyi 
öhdələrinə götürürlər. 
Maddo 101 
1.
 
Katibliyin heyəti Baş Katib tərəfindən Baş Məclisin müəyyən etdiyi 
qaydalara əsasən təyin olunur. 
2.
 
Müvafiq heyət daimi əsasda işləmək üçün İqtisadi və Sosial Şuraya, 
Qəyyumluq  Şurasına  və  buna  lüzum  oluqda, Təşkilatın digər orqanlarına 
ayrılır. Bu heyət Katibliyin bir hissəsini təşkil edir. 
3.
 
Heyəti  işə  qəbul  edərkən  və  xidmət  şərtlərini  müəyyən  edərkən 
yüksək  iş  qabiliyyəti  səviyyəsinin,  solahiyyətliliyin  və  təmizliyin  təmin 
edilməsinin zəruriliyi ön plana çəkilir. Heyətin mümkün qədər geniş coğrafi 
əsasda seçilməsinin vacibliyinə lazımi diqqət yetirilməlidir. 
XVI
 
FƏSİL 
MÜXTƏLİF MÜDDƏALAR 
Maddo 102 
1.
 
Bu  Nizamnamənin  qüvvəyə  mindiyi  andan  sonra  Təşkilatın 
istənilən Üzvünün bağladığı hər bir müqavilə və hər bir beynəlxalq saziş 
mümkün qədər tez bir müddətdə Katiblikdə qeydiyyata alınmalı və Katiblik 
tərəfindən dərc olunmalıdır. 
2.
 
Bu maddənin I-ci bəndinə uyğun olaraq qeydiyyata alınmamış hor 
hansı  belə  bir  müqavilənin  və  ya  beynəlxalq  sazişin  heç  bir  iştirakçısı 
Birləşmiş  Millətlər  Təşkilatının  hər  hansı  orqanı  qarşısında  həmin 
müqaviləyə və ya beynəlxalq sazişə istinad edə bilməz. 
344 


Maddə 103 
Birləşmiş Millətlər Təşkilatı Üzvlərinin bu Nizamnamədən irəli gələn 
öhdəlikləri  ilə  onların  istənilən  digər  beynəlxalq  sazişdən  irəli  gələn 
öhdəlikləri  arasında  ziddiyyət  olduqda,  onların  bu  Nizamnamədən  irəli 
gələn öhdəlikləri üstün qüvvəyə malik olur. 
Maddə 104 
Təşkilat  öz  Üzvlərindən  hər  birinin  ərazisində  funksiyalarını  həyata 
keçirmək və məqsədlərinə nail olmaq üçün zəruri olan hüquq qabiliyyətinə 
malikdir. 
Maddə 105 
1.
 
Təşkilat öz Üzvlərindən hər birinin ərazisində məqsədlərini yerinə 
yetirmək üçün zəruri olan imtiyaz və immımitetlərdən istifadə edir. 
2.
 
Habelə Birləşmiş Millətlər Təşkilatın Üzvlərinin nümayəndələri və 
Təşkilatın  vəzifəli  şəxsləri  Təşkilatla  əlaqədə  öz  funksiyalarını  müstəqil 
həyata  keçirmək  üçün  zəruri  olan  imtiyaz  və  immunitetlərdən  istifadə 
edirlər. 
3.
 
Baş  Məelis  bu  maddənin  I-ci  və  2-ci  hissələrinin  tətbiqi  ilə  bağlı 
ayrı-ayn  detalları  müəyyən  etmək  üçün  tövsiyələr  edə  bilər  və  ya  bu 
məqsədlə Təşkilatın Üzvlərinə konvensiyalar təklif edə bilər. 
XVII
 
FƏSİL KEÇİD 
DÖVRÜNDƏ TƏHLÜKƏSİZLİK ÜZRƏ 
TƏDBİRLƏR 
Maddə 106 
Təhlükəsizlik  Şurasının  fikrincə,  42-ci  maddəyə  əsasən  vəzifələrini 
ona  həyata  keçirməyə  başlamağa  əsas  olan  43-cü  maddədə  göstərilmiş 
xüsusi  sazişlərin  qüvvəyə  minməsinə  qədər,  30  oktyabı  1943-cü  ildə 
imzalanmış  Dörd  Dövlətin  Bəyannaməsinin  iştirakçılan  və  Fransa, 
Bəyannamənin  5-ci  bəndinin  müddəalanna  uyğun  olaraq.  Təşkilatın 
adından  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  üçün 
zəruri olan birgə tədbirlər görmək məqsədilə bir-biri ilə və zərurət olduqda
Birləşmiş Millətlər Təşkilatının digər Üzvləri ilə məsləhətləşəcəklər. 
345 


Maddə 107 
Bu  Nizamnamodo  heç  no,  İkinci  Dünya  müharibəsi  zamanı,  bu 
Nizamnaməni  imzalayanlardan  hər  hansı  birinin  düşməni  olmuş  dövlətə 
qarşı həmin müharibənin nəticəsində müvafiq tədbirlər görməyə məsul olan 
Hökumətlər  tərəfindən  görülən  və  ya  görülməsinə  səlahiyyət  verilən 
tədbirləri  hüquqi  qüvvədən  məhrum  etmir  və  ya  onların  tətbiqinə  maneə 
yaratmır. 
XVIIl  FƏSİL 
DÜZƏLİŞLƏR 
Maddə 108 
Bu  Nizamnaməyə  düzəlişlər  Təşkilatın  bütün  Üzvləri  üçün  Baş 
Məclisin  üzvlərinin  üçdə  iki  səs  çoxluğu  ilə  qəbul  edildikdən  və 
Təhlükəsizlik  Şurasının  bütün  daimi  üzvləri  daxil  olmaqla,  Təşkilatın 
Üzvlərinin üçdə ikisi tərəfindən, onların müvafiq konstitusiya qaydalarına 
uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minir. 
Maddə 109 
1.
 
Bu  Nizamnaməyə  yenidən  baxmaq  məqsədilə.  Baş  Məclisin 
üzvlərinin üçdə iki səs çoxluğu və Təhlükəsizlik  Şurasının doqquz daimi 
üzvünün səsi ilə müəyyən edilməli olan vaxtda və yerdə Birləşmiş Millətlər 
Təşkilatı  Üzvlərinin  Ümumi  Konfransı  çağırıla  bilər.  Təşkilatın  hər  bir 
Üzvü Konfransda bir səsə malik olacaqdır. 
2.
 
Konfransın üçdə iki səs çoxluğu ilə bu Nizamnaməyə tövsiyə etdiyi 
hər  hansı  düzəliş,  Təhlükəsizlik  Şurasının  bütün  daimi  üzvləri  daxil 
olmaqla.  Təşkilatın  Üzvlərinin  üçdə  ikisi  tərəfindən,  onların  müvafiq 
konstitusiya  qaydalarına  uyğun  olaraq  ratifikasiya  edildikdən  sonra 
qüvvəyə minir. 
3.
 
Əgər belə bir konfrans bu Nizamnamənin qüvvəyə mindiyi andan 
hesablanmaqla,  Baş  Məclisin  onuncu  illik  sessiyasına  qədər  olmamışsa, 
belə  bir  konfransın  çağırılması  barədə  təklif  Baş  Məclisin  həmin 
sessiyasının  gündəliyinə  daxil  edilir  və  Baş  Məclisin  üzvlərinin  sadə  səs 
çoxluğu ilə və Təhlükəsizlik Şurasının hər hansı yeddi üzvünün səsi ilə belə 
qərar alınarsa, konfrans çağırılır. 
346 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə