Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə111/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114

Maddə 84 
İdaro  cdon  hakimiyyətin  vəzifəsi  onu  təmin  etməkdən  ibarətdir  ki, 
qəyyumluq altında olan ərazi beynəlxalq sülhün və təhlükəsizliyin qoruyub 
saxlanmasında  öz  rolunu  oynasın.  Bu  məqsədlə,  idarə  edən  hakimiyyət, 
Təhlükəsizlik  Şurasının  qarşısında  bununla  bağlı  öz  üzərinə  götürdüyü 
öhdəlikləri yerinə yetirərkən, eləcə də yerli müdafiə və qəyyumluq altında 
olan  ərazi  daxilində  qanunu  və  qaydanı  qorumaq  üçün  könüllü  silahlı 
qüvvələrdən,  xidmət  vasitələrindən  və  qəyyumluq  altında  olan  ərazinin 
köməyindən istifadə edə bilər. 
Maddə 85 
1.
 
Strateji  zonalar  kimi  müəyyən  olunmamış  bütün  zonalar  üçün 
qəyyumluq  haqqında  sazişlərə  aid  Birləşmiş  Millətlər  Təşkilatının 
(unksiyalan,  o  cümlədən  qəyyumluq  haqqında  sazişlərin  şərtlərinin  və 
onlara  edilən  dəyişiklik  və  ya  əlavələrin  təsdiq  edilməsi,  Baş  Məclis 
tərəfindən həyala keçirilir, 
2.
 
Baş  Məclisin  rəhbərliyi  altında  fəaliyyət  göstərən  Qəyyumluq 
Şurası, Baş Məclisə bu funksiyaları yerinə yetirməkdə kömək edir. 
XIII FƏSİL 
QƏYYUMLUQ ŞURASI 
Tərkibi 
Maddə 86 
1.
 
Qəyyumluq  Şurası,  Birləşmiş  Millətlər  Təşkilatının  aşağıdakı 
Üzvlərindən ibarətdir: 
a)
 
qəyyumluq altında olan əraziləri idarə edən Üzv dövlətlər
b)
 
23-cü maddədə adları sadalanmış, qəyyumluq altında olan əraziləri 
idarə etməyən Üzv dövlətlər
c)
 
Baş Məclis tərəfindən üç il müddətinə seçilən o sayda digər Üzv 
dövlətlər ki, bu. Qəyyumluq Şurasının üzvlərinin ümumi sayının Birləşmiş 
Millətlər Təşkilalımn qəyyumluq altında olan əraziləri idarə edən və idarə 
etməyən Üzvləri arasında bərabər bölünməsini təmin etmək üçün zəruri ola 
bilər. 
2.
 
Qəyyumluq Şurasının hər bir üzvü onu Şurada təmsil etmək üçün 
xüsusi ixtisaslı bir şəxs təyin edir. 
340 


Funksiyaları və səlahiyyətləri 
Maddə 87 
Baş  Məclis  vo  onun  rəhbərliyi  altında  Qəyyumluq  Şurası  öz 
funksiyalarını yerinə yetirərkən: 
a)
 
idarə  edən  hakimiyyət  tərəfindən  təqdim  olunan  məruzələri 
nəzərdən keçirə bilər
b)
 
petisiyalar  qəbul  etmək  və  onları  idarə  edən  hakimiyyətlə 
məsləhətləşməklə onlara baxa bilər; 
c)
 
idarə  edən  hakimiyyətlə  razılaşdırılmış  müddətlərdə  qəyyumluq 
altında olan müvafiq erazilərə müntəzəm səfərlər təşkil edə bilər; 
d)
 
qəyyumluq  haqqında  sazişlərin  şərtlərinə  uyğun  olaraq  bu 
göstərilmiş və digər tədbirləri görə bilər. 
Maddə 88 
Qəyyumluq Şurası hor bir qəyyumluq altında olan ərazinin əhalisinin 
siyasi, iqtisadi, sosial tərəqqisinə və təhsil sahəsində tərəqqisinə aid anket 
tərtib edir. Baş Məclisin səlahiyyətləri çərçivəsində olan hər bir qəyyumluq 
altında  olan  ərazini  idarə  edən  hakimiyyət  isə  həmin  anket  əsasında  Baş 
Məclisə illik məruzə təqdim edir. 
Səsvermə 
Maddə 89 
1.
 
Qəyyumluq Şurasının hər bir üzvü bir səsə malikdir. 
2.
 
Qəyyumluq Şurasının qərarları iştirak edən vo səs verən üzvlərin 
səs çoxluğu ilə qəbul olunur. 
Prosedur 
Maddə 90 
1.
 
Qəyyumluq  Şurası  öz  Sədrini  seçmək  qaydası  da  daxil  olmaqla, 
özünün prosedur qaydalarını müəyyən edir. 
341 


2.
 
Qəyyumluq  Şurası,  buna  lüzum  olduqda,  öz  qaydalarına  uyğun 
olaraq çağırılır; bu qaydalar Şuranın üzvlorinin əksər hissəsinin tələbi ilə 
iclasların çağırılması barədə müddəanı özündə əks etdirməlidir. 
Maddə 91 
Qəyyumluq  Şurası,  lüzum  olduqda,  İqtisadi  və  Sosial  Şuranın  və 
müvafiq olaraq maraqlı olduqları məsələlərlə bağlı ixtisaslaşmış təsisatların 
köməyindən istifadə edir. 
XIV
 
FƏSİL 
BEYNƏLXALQ MƏHKƏMƏ 
Maddə 92 
Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə 
orqanıdır. O bu Nizamnaməyə əlavə edilən Statuta uyğun olaraq fəaliyyət 
göstərir; həmin Statut Daimi Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna 
əsaslanır və onun ayrılmaz tərkib hissəsini təşkil edir. 
Maddə 93 
1.
 
Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri ipso facto Beynəlxalq 
Məhkəmənin Statutunun iştirakçılarıdır, 
2.
 
Birləşmiş Millətlər Təşkilatının Üzvü olmayan dövlət, hər bir halda 
Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən müəyyən 
olunan şərtlərlə. Beynəlxalq Məhkəmənin Statutunun iştirakçısı ola bilər. 
Maddə 94 
1.
 
Birləşmiş Millətlər Təşkilatının hər bir Üzvü, tərəf kimi çıxış etdiyi 
istənilən işdə Beynəlxalq Məhkəmənin qərarına əməl etməyi öz öhdəsinə 
götürür. 
2.
 
Əgər  iş  üzrə  tərəflərdən  biri  Məhkəmənin  çıxardığı  qərarla  onun 
üzərinə  qoyulmuş  öhdəlikləri  icra  etmirsə,  o  biri  tərəf  Təhlükəsizlik 
Şurasına  müraciət  edə  bilər;  Təhlükəsizlik  Şurası,  zəruri  hesab  etdikdə, 
tövsiyələr edə bilər və ya həmin qərarın həyata keçirilməsi üçün görülməli 
olan tədbirlər barəsində qərar qəbul edə bilər. 
342 


Madda 95 
Bu Nizamnamədə heç nə Birləşmiş Millətlər l’əşkilatı Üzvlərinin öz 
mübahisələrinin həllini artıq qüvvədə olan və ya gələcəkdə bağlana bilən 
sazişlər əsasında başqa məhkəmələrə həvalə etməsinə maneə yaratmır. 
Maddə 96 
1.
 
Baş  Məclis  və  ya  Təhlükəsizlik  Şurası  Beynəlxalq  Məhkəmədən 
istənilən  hüquqi  məsələ  üzrə  məsləhət  xarakterli  rəy  verməyi  xahiş  edə 
bilər. 
2.
 
Baş Məclis tərəfindən istənilən vaxt buna icazə ala bilən Birləşmiş 
Millətlər Təşkilatının digər orqanları və ixtisaslaşmış təsisatlar da onların 
fəaliyyəti  çərçivəsində  ortaya  çıxan  hüquqi  məsələlər  üzrə  Məhkəmədən 
məsləhət xarakterli istəyə bilər. 
XV
 
FƏS
İL 
KATİBLİ

Maddə 97 
Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir. 
Baş Katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən 
təyin olunur. Baş Katib Təşkilatın baş inzibati vəzifəli şəxsidir. 
Maddə 98 
Baş  Katib  bu  keyfiyyətdə  Baş  Məclisin,  Təhlükəsizlik  Şurasının, 
İqtisadi  və  Sosial  Şuranın  və  Qəyyumluq  Şurasının  bütün  iclaslarında 
fəaliyyət  göstərir  və  bu  orqanlar  tərəfindən  ona  həvalə  olunan  digər 
funksiyaları  icra  edir.  Baş  Katib  Təşkilatın  işi  barədə  Baş  Məclisə  illik 
məruzə təqdim edir. 
Maddə 99 
Baş Katib beynəlxalq sülhün və təhlükəsizliyin qonmub saxlanmasına, 
onun  fikrincə,  təhlükə  törədə  bilən  istənilən  məsələni  Təhlükəsizlik 
Şurasının nəzərinə çatdıra bilər. 
343 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə