Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə107/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

Maddo 41 
Təhlükosizlik  Şurası  öz  qorarlarının  hoyata  keçirilməsi  məqsədilə 
silahlı  qüvvələrin  istifadəsi  ilə  bağlı  olmayan  hansı  tədbirlərin  tətbiq 
olunması barədə qərar qəbul edə bilər və Birləşmiş Millətlərin Üzvlərindən 
bu  tədbirlərin  tətbiq  olunmasını  tələb  edə  bilər.  Həmin  tədbirlər  iqtisadi 
münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə 
vasitələrinin  tamamilə  və  ya  qismən  dayandınimasını  və  diplomatik 
münasibətlərin kəsilməsini özünə daxil edə bilər. 
Maddo 42 
Əgər  Təhlükəsizlik  Şurası  hesab  etsə  ki,  41-ci  maddədə  nəzərdə 
tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, o, 
hava,  dəniz  və  ya  quru  qüvvələrinin  vasitəsilə  beynəlxalq  sülhün  və 
təhlükəsizliyin  qorunub  saxlanması  və  ya  bərpası  üçün  zəruri  ola  bilən 
tədbirlər görə bilər. Həmin tədbirlər Birləşmiş Millətlərin Üzvlərinin hava, 
dəniz  və  ya  quru  qüvvələrinin  nümayişlərini,  blokadasını  və  digər 
əmoliyyatlarını özünə daxil edə bilər. 
Maddo 43 
1.
 
Birloşmiş  Millotlərin  bütün  Üzvləri,  beynəlxalq  sülhün  və 
təhlükəsizliyin  qorunub  saxlanmasına  töhfə  vermək  məqsədilə  öz 
üzərlərinə vəzifə götürürlər ki. Təhlükəsizlik Şurasının tələbi ilə və xüsusi 
sazişə və ya sazişlərə uyğun olaraq, onun sərəncamına, beynəlxalq sülhün 
və təhlükəsizliyin qorunub saxlanması məqsədləri üçün zəruri olan silahlı 
qüvvələr, yardım  və ərazidən keçmək hüququ da daxil olmaqla, müvafiq 
xidmət vasitələri versinlər. 
2.
 
Bu  cür  saziş  və  ya  sazişlər  qoşunların  sayını  və  növünü,  onların 
hazırlıq  vəziyyətini  və  ümumi  mövqeyini,  təmin  edilməli  olan  xidmət 
vasitələrinin və yardımın xarakterini müəyyən edir. 
3.
 
Həmin  saziş  və  ya  sazişlərin  bağlanması  haqqında  danışıqlar 
mümkün  qədər  ən  tez  bir  müddətə  Təhlükəsizlik  Şurasının  təşəbbüsü  ilə 
hoyata keçirilir. Onlar Təhlükəsizlik Şurası və Təşkilatın Üzvləri arasında, 
yaxud  Təhlükosizlik  Şurası  və  Təşkilat  Üzvlərinin  qruplan  arasında 
bağlanır  və  onlan  imzalamış  dövlətlər  tərəfindən,  həmin  dövlətlərin 
müvafiq konstitusiya prosedurlarına uyğun olaraq ratifikasiya edilməlidir. 
328 


Maddə 44 
Təhlükəsizlik Şurası güc tətbiq etmək qərarına gəldikdə. Şurada təmsil 
olunmamış  Təşkilat  Üzvündən,  43-cü  maddəyə  əsasən  onun  öz  üzərinə 
götürdüyü vəzifələrin yerinə yetirilməsi ilə bağlı silahlı qüvvələr verməyi 
tələb  etməzdən  qabaq,  həmin  Təşkilat  Üzvünü,  əgər  o  bunu  arzu  edirsə, 
onun  silahlı  qüvvələrinin  kontingentinin  istifadəsinə  dair  Təhlükəsizlik 
Şurasının qərarlarında iştirak etməyə dəvət edir. 
Maddə 45 
Birləşmiş Millətlərə təcili hərbi tədbirlər görmək imkanını yaratmaq 
məqsədilə, Təşkilatın Üzvləri birgə beynəlxalq məcburiyyət tədbirləri üçün 
öz  milli  hərbi-hava  qüvvələrinin  kontingentlərini  dərhal  hazırlıq 
vəziyyətində  saxlamalıdırlar.  Bu  kontingentlərin  hərbi  gücü  və  hazırlıq 
dərəcəsi və onların birgə hərəkət planları Təhlükəsizlik Şurası tərəfindən, 
Hərbi Qərargah Komitəsinin köməyi ilə, 43-cü maddədə göstərilmiş xüsusi 
saziş və ya sazişlərdə nəzərdə tutulan hədlər çərçivəsində müəyyən olunur. 
Maddə 46 
Silahlı  qüvvələrin  tətbiqi  planları  Təhlükəsizlik  Şurası  tərəfindən. 
Hərbi Qərargah Komitəsinin köməyi ilə tərtib edilir. 
Maddə 47 
1.
 
Təhlükəsizlik Şurasına, onun beynəlxalq sülhün və təhlükəsizliyin 
qorunub  saxlanması  üçün  hərbi  tələbatına,  sərəncammda  olan  qüvvələrin 
istifadəsinə  və  onlara  komandanlıq  edilməsinə,  silahların  nizama 
salınmasına  və  mümkün  tərksilaha  aid  olan  bütün  məsələlər  üzrə 
məsləhətlər vermək və kömək etmək məqsədilə Hərbi Qərargah Komitəsi 
yaradılır. 
2.
 
Hərbi Qərargah Komitəsi Təhlükəsizlik Şurasının daimi üzvlərinin 
Qərargah rəislərindən və ya onların nümayəndələrindən ibarətdir. Komitədə 
daimi  təmsil  olunmayan  Birləşmiş  Millətlərin  istənilən  Üzvü,  əgər 
Komitənin  öz  vəzifələrini  səmərəli  icra  etməsi  həmin  Üzv  dövlətin 
Komitənin  işində  iştirakmı  tələb  edirsə.  Komitə  tərəfindən  əməkdaşlığa 
dəvət olunur. 
3.
 
Hərbi  Qərargah  Komitəsi  Təhlükəsizlik  Şurasına  tabe  olmaqla. 
Şuranın sərəncamına verilmiş bütün silahlı qüvvələrə strateji rəhbərliyə 
329 


göro  mosuliyyot  daşıyır.  Bu  qüvvolorə  komandanlıq  etməklo  bağlı  olan 
mosololər sonralar işlonib hazırlanmalıdır. 
4.
 
Hərbi  Qərargah  Komitəsi  Təhlükəsizlik  Şurasının  icazəsi  ilə  və 
müvafiq regional orqanlarla məsləhətləşmədən sonra regional altkomi- tələr 
yarada bilər. 
Maddə 48 
1.
 
Beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması 
məqsədilə  Təhlükəsizlik  Şurasının  qəbul  etdiyi  qərarların  həyata 
keçirilməsi  üçün  tələb  olunan  tədbirlər,  Təhlükəsizlik  Şurasının  özünün 
müəyyən etməsindən asılı olaraq. Birləşmiş Millətlərin bütün Üzvləri və ya 
onların bəziləri tərəfindən görülə bilər. 
2.
 
Bu qərarlar Birləşmiş Millətlərin Üzvləri tərəfindən bilavasitə, eləcə 
də üzvü olduqları müvafiq beynəlxalq təşkilatlardakı fəaliyyətləri vasitəsilə 
həyata keçirilir. 
Maddə 49 
Birləşmiş  Millətlərin  Üzvləri  Təhlükəsizlik  Şurası  tərəfindən  qərara 
alınmış  tədbirlərin  həyata  keçirilməsində  bir-birlərinə  qarşılıqlı  kömək 
göstərmək üçün birləşməlidirlər. 
Maddə 50 
Əgər Təhlükəsizlik Şurası tərəfindən hər hansı dövlətə qarşı preventiv 
və  ya  məcburiyyət  tədbirləri  görülürsə,  bu  tədbirlərin  həyata  keçirilməsi 
nəticəsində  ortaya  çıxan  xüsusi  iqtisadi  problemlərlə  üzləşmiş  istənilən 
başqa  bir  dövlət.  Birləşmiş  Millətlərin  Üzvü  olub-olmamasından  asılı 
olmayaraq,  həmin  problemlərin  həlli  ilə  əlaqədar  məsləhət  üçün 
Təhlükəsizlik Şurasına müraciət edə bilər. 
Maddə 51 
Bu  Nizamnamənin  heç  bir  müddəası,  əgər  Birləşmiş  Millətlərin 
Üzvünə  qarşı  silahlı  basqın  baş  verərsə.  Təhlükəsizlik  Şurası  tərəfindən 
beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan 
tədbirlər  görülənə  qədər,  aynimaz  xarakter  daşıyan  fərdi  və  ya  kollektiv 
özünümüdafiə hüququna xələl gətirmir. 
330 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə