Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə106/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

3.
 
Təhlükosizlik Şurası öz iclaslarını nəinki Təşkilatın olduğu yerdə, 
habelə onun fikrincə, işinə daha yaxşı kömək edən istənilən yerdə keçirə 
bilər. 
Maddə 29 
Təhlükəsizlik  Şurası  öz  funksiyalarını  yerinə  yetirmək  üçün  zənıri 
hesab etdiyi köməkçi orqanlar yarada bilər. 
Maddə 30 
Təhlükəsizlik  Şurası,  öz  Sədrini  seçmək  qaydası  da  daxil  olmaqla, 
özünün prosedur qaydalarını müəyyən edir. 
Maddə 31 
Təhlükəsizlik  Şurasının  üzvü  olmayan  hor  hansı  Təşkilat  Üzvü 
Təhlükəsizlik Şurasına təqdim olunmuş istənilən məsələnin müzakirəsində 
səsvermə hüququ olmadan iştirak cdo bilər; belə bir iştirak Təhlükəsizlik 
Şurasının, həmin Üzv dövlətin maraqlarına xüsusilə toxunulduğunu hesab 
etdiyi istənilən halda mümkündür. 
Maddə 32 
Təhlükəsizlik Şurasının üzvü olmayan hor hansı Təşkilat Üzvü və ya 
Təşkilatın Üzvü olmayan hər hansı dövlət. Təhlükəsizlik Şurasında baxılan 
mübahisənin tərəfi olduqda, bu mübahisəyə aid olan müzakirədə, səsvermə 
hüququ  olmadan,  iştirak  etmək  üçün  dəvət  olunur.  Təhlükəsizlik  Şurası, 
Təşkilatın Üzvü olmayan dövlətin iştirakı üçün ədalətli hesab etdiyi şərtlər 
müəyyən edir. 
VI
 
FƏSİL 
MÜBAHİSƏLƏRİN DİNC YOLLA HƏLL OLUNMASI 
Maddə 33 
1.
 
Beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanmasına 
təhlükə yarada biləcək hor hansı bir mübahisədə iştirak edən tərəflər, həmin 
mübahisəni, hər şeydən əvvəl, danışıqlar, müayinə, vasitəçilik, ba 
325 


rışdırma,  arbitraj,  məhkəmo  vasitosilo,  regional  orqanlara  və  ya sazişlərə 
müraciət  etməklə,  yaxud  öz  seçimi  ilə  digər  dinc  vasitələrlə  həll  etməyə 
çalışmalıdırlar. 
2.
 
Təhlükəsizlik  Şurası,  bunu  zəruri  hesab  etdikdə,  tərəflərdən 
mübahisəni bu vasitələrlə həll etməyi tələb edir. 
Maddə 34 
Təhlükəsizlik  Şurası  beynəlxalq  ixtilafa  gətirib  çıxara  bilən  və  ya 
beynəlxalq  mübahisəyə  səbəb  ola  bilən  istənilən  mübahisəni  və  ya 
situasiyanı,  həmin  mübahisənin  və  ya  situasiyanın  davam  etməsinin 
beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına təhlükə yarada 
biləcəyini müəyyən etmək məqəsədilə təhqiq edə bilər. 
Maddə 35 
1.
 
Birləşmiş  Millətlərin  istənilən  Üzvü  34-cü  maddədə  göstərilmiş 
xarakterə  malik  olan  hər  hansı  mübahisəni  və  hər  hansı  situasiyam 
Təhlükəsizlik Şurasının və ya Baş Məclisin diqqətinə çatdıra bilər. 
2.
 
Birləşmiş Millətlərin Üzvü olmayan dövlət, tərəfi olduğu hər hansı 
bir  mübahisəni  -  əgər  o,  qabaqcadan  həmin  mübahisəyə  münasibətdə  bu 
Nizamnamədə  nəzərdə  tutulmuş  dinc  həll  etmək  vəzifələrini  öz  üzərinə 
götürürsə  -  Təhlükəsizlik  Şurasının  və  ya  Baş  Məclisin  diqqətinə  çatdıra 
bilər. 
3.
 
Baş  Məclisdə  bu  maddənin  əsasında  onun  diqqətinə  çatdınimış 
məsələlərə  baxılması  11-ci  və  12-ci  maddələrin  göstərişləri  nəzərə 
alınmaqla həyata keçirilir. 
Maddə 36 
1.
 
Təhlükəsizlik  Şurası,  33-cü  maddədə  göstərilmiş  xarakterə  malik 
olan mübahisənin və ya oxşar xarakterli situasiyanın istənilən mərhələsində 
müvafiq nizamlama prosedurları və ya metodları tövsiyə edə bilər. 
2.
 
Təhlükəsizlik Şurası mübahisənin həlli üçün tərəflərin artıq qəbul 
etmiş olduqları hər hansı proseduru nəzərə almalıdır. 
3.
 
Bu  maddənin  əsasında  tövsiyələr  edərkən  Təhlükəsizlik  Şurası 
habelə  nəzərə  almalıdır  ki,  tərəflər  hüquqi  mübahisələri,  ümumi  qayda 
olaraq, Beynəlxalq Məhkəmənin Statutunun müddəalarına uyğun olaraq bu 
Məhkəməyə verməlidirlər. 
326 


Maddə 37 
1.
 
Əgər  tərəflər  33-cü  maddədə  göstərilmiş  xarakterə  malik  olan 
mübahisəni  həmin  maddədə  sadalanmış  vasitələrlə  həll  edə  bilmirlərsə, 
onda onu Təhlükəsizlik Şurasına verirlər. 
2.
 
Əgər  Təhlükəsizlik  Şurası  bu  mübahisənin  davam  etməsinin 
həqiqətən  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanmasına 
təhlükə  yarada  biləcəyini  hesab  edirsə,  o,  ya  36-cı  maddənin  əsasında 
hərəkət etməsi, ya da uyğun hesab etdiyi mübahisənin həlli şərtlərini tövsiyə 
etməsi barədə qərar qəbul edir. 
Maddə 38 
33-37-ci  maddələrin  göstərişlərinə  xələl  gətirmədən,  Təhlükəsizlik 
Şurası, əgər hər hansı mübahisənin bütün tərəfləri bunu xahiş edirsə, həmin 
mübahisənin dinc həlli məqsədilə tərəflərə tövsiyələr edə bilər. 
VII
 
FƏSİL 
SÜLHƏ TƏHLÜKƏ, SÜLHÜN POZULMASI VƏ TƏCAVÜZ 
AKTLARI İLƏ BAĞLI TƏDBİRLƏR 
Maddə 39 
Təhlükəsizlik  Şurası  hər  bir  halda  sülhə  təhlükənin,  sülhün 
pozulmasının  və  ya  təcavüz  aktının  olmasını  müəyyən  edir  və  tövsiyələr 
edir və ya be)məlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün 
41-ci və 42-ci maddələrə uyğun olaraq hansı tədbirlərin görülməsi haqqmda 
qərar qəbul edir. 
Maddə 40 
Situasiyanın  pisləşməsinin  qarşısını  almaq  məqsədilə,  Təhlükəsizlik 
Şurası, tövsiyələr etməzdən və ya 39-cu maddədə nəzərdə tutulmuş tədbirlər 
haqqında qərar qəbul etməzdən qabaq, maraqlı tərəflərdən tələb edə bilər ki, 
onun  zəruri  və  ya  ar/uolunan  hesab  etdiyi  müvəqqəti  tədbirləri  yerinə 
yetirsinlər.  Bu  cür  müvəqqəti  tədbirlər  maraqlı  tərəflərin  hüquqlanna, 
iddialarına  və  mövqelərinə  xələl  gətirməməlidir.  Təhlükəsizlik  Şurası  bu 
müvəqqəti tədbirlərin yerinə yetirilməməsini lazımi qaydada nəzərə alır. 
327 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə