Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə102/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

Bu  müddot  (3-5  il)  hor  dofə  ycnidon  təzolonə  bilor  (məsolən, 
Danimarka belo qeyd-şort etmişdir). 
c)
 
«avtomatik»  vo  ya  «dövlotin  öz  mühakimosino  osaslanan»  qeyd 
şortlor. 
Bəzi  dövlətlər  öz  bəyanatlarında  belə  bir  qeyd-şərt  etmişlər  ki, 
dövlətdaxili  məsələlərdən  irəli  gələn  mübahisələr  məhkəmənin 
yurisdiksiyasına aid deyildir və üstəlik, dövlətdaxili məsələnin nə olduğunu 
dövlət  hər  bir  halda  özü  müəyyən  edəcəkdir.  Məsələn,  Fransa  öz 
bəyanatında  belə  bir  qeyd-şərt  etmişdir  ki,  «Fransa  Respublikası 
Hökumətinin  özü  başa  düşdüyü  kimi,  əsas  etibarilə,  milli  yurisdiksiya 
çərçivəsində  olan  məsələlərə  aid  bütün  mübahisələn>  Məhkəmənin 
yurisdiksiyasına tabe olmayacaqdır. 
Bu  cür  qeyd-şərtlər  binnənalı  şəkildə  qəbul  edilə  bilməz  və  haqlı 
olaraq bir sıra işlərdə ayrı-ayrı hakimlər tərəfindən qanunsuz və etibarsız 
hesab edilmişdir. Əsas kimi burada Statutun 36-cı maddəsinin 6-cı hissəsi 
göstərilir; burada deyilir ki, «Məhkəmə öz yurisdiksiyasının hədlərini özü 
müəyyən cdir». 
Məhkəmənin  yurisdiksiyası  ilə  bağlı  daha  bir  məsələni  bilmək 
lazımdır.  Statutun  62-ci  vo  63-cü  maddələrinə  uyğun  olaraq,  hər  hansı 
üçüncü  dövlət  iki  dövlət  arasındakı  icraata 
müdaxilə
  edə  bilər.  63-cü 
maddəyə  görə,  üçüncü  dövlət,  əgər  mübahisə  onun  iştirakçısı  olduğu 
müqavilənin  təfsiri  ilə  bağlıdırsa,  məhkəmə  icraatına  müdaxilə  etmək 
hüququna  malikdir  (məsələn, 
IJaya  de  la  Torre  işində
  (1951-ci  il)  belə 
olmuşdu). 
62-ci  maddədə  isə  göstərilir  ki,  üçüncü  dövlət,  əgər  onun  Məhkəmə 
tərəfindən baxılan mübahisədə hüquqi xarakterli marağı vardırsa, müdaxilə 
etmək  üçün 
icazə  istəyə  bilər
  (məsələn. 
Quru,  ada  və  dəniz  sərhədləri 
mübahisəsi işində
 (1992-ci il) Məhkəmə Nikaraqua dövlətinə, Salvador və 
Honduras  arasındakı  mübahisənin  müəyyən  aspektləri  ilə  bağlı  müdaxilə 
etməyə icazə vermişdi). 
İcraata  müdaxilə  etmək  istəyən  dövlət  sübut  etməlidir  ki,  konkret 
mübahisə onun hüquqi xarakterli marağına toxuna bilər. Üçüncü dövlətin 
müdaxiləsi mübahisənin tərəflərinin razılığından asılı deyildir. Bu barədə 
qərarı Məhkəmə özü çıxarır. Müdaxilə edən dövlət icraatın iştirakçısı olmur 
və Məhkəmənin son qərarı onun üçün məcburi deyildir. 
313 


Mohkəmonin məsləhət xarakterli rəyləri. BMT Nizamnaməsinin 96-cı 
maddəsinə və Beynəlxalq Məhkəmənin Statutunun IV fəslinə uyğun olaraq, 
Beynəlxalq  Məhkəmə  BMT  Baş  Məclisinin,  Təhlükəsizlik  Şurasının, 
İqtisadi  və  Sosial  Şuranın,  Beynəlxalq  Atom  Enerjisi  Agentliyinin  və 
ixtisaslaşmış  təsisatlann  (Ümumdünya  Poçt  İttifaqından  başqa)  xahişi  ilə 
istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verə bilər. Dövlətlər 
məsləhət xarakterli rəy xahiş edə bilməzlər, lakin onlar beynəlxalq orqan və 
ya  təşkilatlarla  yanaşı  bu  cür  icraatda  iştirak  edə  bilərlər.  Məsləhət 
xarakterli rəylər hüquqi cəhətdən məcburi xarakter daşımır. Bımunla belə, 
Beynəlxalq  Məhkəmənin  çıxardığı  bir  sıra  məsləhət  xarakterli  rəylər 
beynəlxalq hüquq elmi və təcrübəsi üçün böyük əhəmiyyət daşıyır. Bunlar 
aşağıdakılardır: 
Soyqırım  cinayətinm  qarşısının  alınması  və 
cəzalandırılması  haqqında  Konvensiyaya  qeyd-şərtlər  haqqında  iş
 
(1951-ci il); 
Birləşmiş Millətlərin müəyyən xərcləri haqqında iş
 (1962-ci 
il); 
Namibiya işi
 (1971-ci il), 
Qərbi Sahara işi 
(1975-ci il). 
Nüvə silahı ilə 
hədələməyin və onun tətbiqinin qanuniliyi haqqında iş
 (1996-cı il). 
314 


BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ 
NİZAMNAMƏSİ 
Biz, 
BİRLƏŞMİŞ MİLLƏTLƏRİN XALQLARI, 
goləcək  nosilləri,  həyatımızda  iki  dəfə  bəşəriyyətə  sözlə  deyilə  bilməyən 
bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək və 
əsas  insan  hüquqlarına,  insan  şəxsiyyətinin  ləyaqət  və  dəyərinə,  kişi  və 
qadınların, böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq 
etmək və 
ədalətin  və  müqavilələrdən  və  beynəlxalq  hüququn  digər  mənbələrindən 
irəli gələn öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və 
sosial  tərəqqiyə  və  daha  artıq  azadlıq  şəraitində  daha  yüksək  yaşayış 
standartlarının olmasına yardım göstərmək, 

 
BU
 MƏQSƏDLƏRIDƏ
 
mehriban qonşular kimi səbirlilik nümayiş etdirmək və birlikdə, bir- biri ilə 
dine yaşamaq və 
beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qoruyub  saxlamaq  üçün  öz  gücümüzü 
birləşdirmək və 
prinsiplər qəbul etmək və metodlar müəyyənləşdirməklə, silahlı qüvvələrin 
ümumi mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və 
bütün  xalqların  iqtisadi  və  sosial  tərəqqisinə  yardım  göstərmək  üçün 
beynəlxalq mexanizmdən istifadə etmək 
OZMİNDƏ OLARAQ, 
BU MƏQSƏDLƏRƏ NAİL OLMAQ ÜÇÜN ÖZ SƏYLƏRİMİZİ 
BİRLƏŞDİRMƏK QƏRARINA GƏLDİK. 
Buna  uyğun  olaraq,  bizim  müvafiq  hökumətlərimiz.  San  Fransisko 
şəhərində toplaşmış və özlərinin, yaxşı və lazımi formada olduğu müəyyən edilmiş 
səlahiyyətlərini  təqdim  etmiş  nümayəndələr  vasitəsilə.  Birləşmiş  Millətlərin 
hazırkı  Nizamnaməsinə  razılıq  verdik  və  bununla  ((Birləşmiş  Millətlər» 
adlanmalı olan beynəlxalq təşkilat yaradırıq. 
315 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə