Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə103/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   114

I
 
FƏSİL 
MƏQSƏD VƏ PRİNSİPLƏR 
Maddə 1 
Birləşmiş Millətlərin aşağıdakı məqsədləri vardır: 
1.
 
Beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qoruyub  saxlamaq  və  bu  məqsədlə: 
sülhə təhlükənin qarşısını almaq və aradan qaldırmaq üçün və təcavüz aktlarım 
və  digər  sülhün  pozulması  hallarını  yatırtmaq  üçün  səmərəli  kollektiv  tədbirlər 
görmək  və  sülhün  pozulmasına  gətirib  çıxara  bilən  beynəlxalq  mübahisə  və 
situasiyalann  dinc  vasitələrlə,  ədalət  və  beynəlxalq  hüquq  prinsiplərinə  uyğun 
olaraq nizamlanmasına və ya həll olunmasına müvəffəq olmaq; 
2.
 
Millətlər arasında, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin 
etməsi  prinsipinə  hörmət  əsasında  dostluq  münasibətləri  inkişaf  etdirmək, 
universal sülhün möhkəmləndirilməsi üçün digər müvafiq tədbirlər görmək
3.
 
İqtisadi,  sosial,  mədəni  və  ya  humanitar  xarakterli  beynəlxalq 
problemlərin həll edilməsində və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə 
fərq  qoyulmadan  bütün  insanların  əsas  hüquq  və  azadlıqlarına  hörmətin 
dəstəklənməsində və həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa nail olmaq və 
4.
 
Bu ümumi məqsədlərə çatmaq üçün millətlərin hərəkətlərini uzlaşdırmaq 
üçün mərkəz rolunu oynamaq. 
Maddə 2 
1-ci  maddədə  bəyan  edilmiş  məqsədlərə  nail  olmaq  üçün  Təşkilat  və  onun 
Üzvləri aşağıdakı prinsiplərə uyğun olaraq hərəkət edirlər. 
1.
 
Təşkilat onun bütün Üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır. 
2.
 
Bütün  Üzvlər,  Təşkilata  üzvlükdən  irəli  gələn  hüquq  və  üstünlükləri 
özlərinə  təmin  etmək  üçün,  bu  Nizamnaməyə  uyğun  olaraq  üzərlərinə 
götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər. 
3.
 
Bütün  Üzvlər  öz  beynəlxalq  mübahisələrini  dinc  vasitələrlə  o  qaydada 
həll  edirlər  ki,  beynəlxalq  sülh  və  təhlükəsizlik  və  ədalət  təhlükəyə  məruz 
qalmasın. 
4.
 
Bütün  Üzvlər  öz  beynəlxalq  münasibətlərində,  hər  hansı  bir  dövlətin 
ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş 
316 


Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə 
güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. 
5.
 
Bütün  Üzvlər  Təşkilata,  onun  bu  Nizamnaməyə  uyğun  olaraq 
gördüyü istənilən tədbirdə hər cür yardım göstərirlər və əleyhinə Birləşmiş 
Millətlər  tərəfindən  preventiv  və  ya  məcburiyyət  tədbiri  görülən istənilən 
dövlətə yardım göstərməkdən çəkinirlər. 
6.
 
Təşkilat  təmin  edir  ki,  onun  üzvü  olmayan  dövlətlər,  bunun 
beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  üçün  zəruri  ola 
bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər. 
7.
 
Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət 
vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasm- da olan 
məsələlərə müdaxilə elsin və ya Üzvlərdən tələb elmir ki, belə məsələləri bu 
Nizamnamədə  müəyyən  olunmuş  qaydada  həll  olunmaq  üçün  təqdim 
etsinlər; lakin bu prinsip VII fəslə müvafiq olaraq məcburiyyət tədbirlərinin 
tətbiqinə xələl gətirmir. 
II
 
FƏSİL 
TƏŞKİLATA ÜZVLÜK 
Maddə 3 
Birləşmiş  Millətlərin  ilkin  Üzvləri  o  dövlətlərdir  ki,  onlar 
San-Fransiskoda  Beynəlxalq  Təşkilatın  yaradılması  üzrə  Birləşmiş 
Millətlərin  Konfransında  iştirak  etmiş  və  ya  bundan  qabaq  Birləşmiş 
Millətlərin  1942-ci  il  1  yanvar  tarixli  Bəyannaməsini  imzalamışlar  və 
hazırda bu Nizamnaməni imzalayırlar və 110-cu maddəyə müvafiq olaraq 
onu ratifikasiya edirlər. 
Maddə 4 
1,
 
Birləşmiş  Millətlərdə  üzvlük  bu  Niziimnamədə  əks  olunmuş 
öhdəlikləri  qəbul  edən  və  Təşkilatın  mühakiməsinə  görə,  bu  öhdəlikləri 
yerinə  yetirməyə  qabil  və  hazır  olan  bütün  digər  sülhsevər  dövlətlərə 
açıqdır. 
2.
 
İstənilən  belə  bir  dövlətin Birləşmiş  Millətlərin  üzvlüyünə  qəbulu 
Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclisin qərarı ilə həyata 
keçirilir. 
317 


Maddə 5 
Birləşmiş  Milləllorin  Üzvünün  əleyhinə  Təhlükəsizlik  Şurası  tərəfindən 
preventiv  və  ya  məcburiyyət  tədbiri  görülmüşsə,  Baş  Məclis,  Təhlükəsizlik 
Şurasının təqdimatı əsasında onun Təşkilatın üzvü kimi malik olduğu öz hüquq və 
imtiyazlarım  həyata  keçirməsini  müvəqqəti  dayandıra  bilər.  Bu  hüquq  və 
imtiyazların həyata keçirilməsi Təhlükəsizlik Şurası tərəfindən bərpa oluna bilər. 
Maddə 6 
Bu  Nizamnamədə  təsbit  olunmuş  prinsipləri  sistematik  qaydada  pozan 
Birləşmiş Millətlərin Üzvü Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Məclis 
tərəfindən Təşkilatdan çıxarıla bilər. 
III
 
FOSİL 
ORQANLAR 
Maddə 7 
1.
 
Birləşmiş  Millətlərin  əsas  orqanları  kimi  aşağıdakılar  yaradılır:  Baş 
Məclis,  Təhlükəsizlik  Şurası,  İqtisadi  və  Sosial  Şura,  Qəyyumluq  Şurası, 
Beynəlxalq Məhkəmə və Katiblik. 
2.
 
Zəruri  hesab  edilə  bilən  köməkçi  orqanlar  bu  Nizamnaməyə  uyğun 
olaraq yaradıla bilər. 
Maddə 8 
Birləşmiş  Millətlər  kişi  və  qadınların  hər  hansı  keyfiyyətdə  və  hüquq 
bərabərliyi əsasında onun əsas və köməkçi orqanlarında iştirak etməsi hüququna 
heç bir məhdudiyyət qoymur. 
318 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə