Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə18/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

a)
 
əvvəlki dövlətin bütün ərazisində qüvvədə olmuş müqavilə hər bir 
yeni yaranmış varis dövlətə münasibətdə qüvvədə qalır; 
b)
 
bir varis dövlətin ərazisində qüvvədə olmuş müqavilə yalnız həmin 
dövlət üçün qüvvədə qalmaqda davam edir. 
1978-ci il Konvensiyasının 34-cü maddəsində əks olunmuş bu norma 
SSRİ  dağılandan  sonra sovet  müqavilə irsinə  münasibətdə  yeni  yaranmış 
varis dövlətlər tərəfindən əsas götürülmədi. Məsələ burasındadır ki, keçmiş 
sovet respublikalan bu zaman özlərini, buna 
hüquqi
 əsas olmasa da (amma 
faktik  əsasın  olmasından  danışmaq  olardı),  «yeni  müstəqil  dövlət»  kimi 
apardılar.  Rusiyadan  başqa,  bütün  digər  varis  dövlətlər,  o  cümlədən 
Azərbaycan  Respublikası  SSRİ-nin  bütün  çoxtərəfli  müqavilələrindən, 
prinsip etibarilə imtina etdilər. 1992-ci il iyulun 6-da imzalanmış 
«Keçmiş 
İttifaqın  qarşılıqlı  maraq  kəsb  edən  müqavilələrinə  münasibətdə 
qarşılıqlı  anlaşma  haqqında  Memorandum»da
  göstərilirdi  ki,  hər  bir 
dövlət bu müqavilələrdə iştirakı haqqında məsələni, «hər bir konkret halın 
spesifikasından,  müqavilənin  xarakter  və  məzmunundan  asılı  olaraq 
müstəqil
 həll edir». 
Varislik faktı bir sıra müqavilələrə  - dövlət sərhədini müəyyən edən 
müqavilələrə,  habelə  təşəkkül  tapmaqda  olan  adət  normasına  görə,  insan 
hüquqlanna dair beynəlxalq müqavilələrə heç bir təsir göstərmir. 
3.
 
Dövlət mülkiyyətinə 
münasibətdə dövlətlərin varisliyi 
1983-cü  il  Konvensiyasına  görə,  dövlət  mülkiyyətinə  münasibətdə 
varislik məsələləri aşağıdakı qaydada həll olunur. 
Varis dövlət ye/z/ 
müstəqil dövlət
 olduqda: a) əvvəlki dövlətin, yeni 
müstəqil dövlətin ərazisində yerləşən bütün daşınmaz əmlakı yeni müstəqil 
dövlətə, yəni varis dövlətə keçir; b) əvvəlki dövlətin göstərilən ərazidəki 
fəaliyyəti ilə bağlı olan daşmar mülkiyyəti də varis dövlətə keçir. 
55 


iki  və  ya  daha  artıq  dövlot  bir  dövlətdə 
birləşdikdə,
  əvvəlki 
dövlətlərin mülkiyyəti varis dövlətə keçir. 
Dövlət bir neçə yeni dövlətə 
parçalandıqda: 
a) əvvəlki dövlətin varis 
dövlətin ərazisində yerləşən daşınmaz mülkiyyəti bu varis dövlətə keçir; b) 
əvvəlki dövlətin ərazisindən kənarda yerləşən daşuımaz mülkiyyət ədalətli 
qaydada varis dövlətlər arasında bölüşdürülür; c) əvvəlki dövlətin varisliyin 
obyekti  olan  ərazidəki  fəaliyyəti  ilə  bağlı  əldə  edilmiş  daşmar  mülkiyyət 
müvafiq  varis  dövlətə  keçir;  ç)  əvvəlki  dövlətin  digər  daşınar  mülkiyyəti 
varis dövlətlər arasında ədalətli qaydada bölüşdürülür. 
SSRİ  dağıldıqdan  sonra  onun  varis  dövlətləri  arasında  ortaya  çıxan 
məsələlərdən  biri  SSRİ-nin  xaricdəki  daşmar  və  daşınmaz  mülkiyyətinin 
bölünməsi  oldu. 
Keçmiş  SSR  İttifaqının  xaricdəki  bütün  mülkiyyətinin 
bölünməsi haqqında 1992-ci il 6 iyul tarixli Sazişə
 müvafiq olaraq, varis 
dövlətlər  üçün  bu  mülkiyyətdə  konkret  paylar  müəyyən  edildi  (məsələn, 
Rusiya - 61,34%; Ukrayna - 16,37%; Azərbaycan Respublikası - 1,64% və 
s.). Sazişdə eyni zamanda göstərilirdi ki, bu payın qəbul edilməsi və varis 
dövlətin SSRİ-nin xarici borclannm ödənilməsində müvafiq həcmdə iştirak 
etməsi bir-biri ilə qarşılıqlı surətdə bağlıdır. Nəticə etibarilə, demək olar ki
bütün  varis  dövlətlər  SSRİ-nin  xaricdəki  mülkiyyətin-  dəki  öz  paylarını 
Rusiyaya  verdilər;  Rusiya  isə  bunun  əvəzində  onların  müvafiq  borc 
öhdəliklərini öz boynuna götürdü. 
Dövlətin ərazisinin bir hissəsinin başqa dövlətə keçdiyi halda da eyni 
qaydalar tətbiq olunur. 
4.
 
Dövlət arxivlərinə münasibətdə dövlətlərin 
varisliyi 
Arxiv fondlarının bütövlüyünün qorunub saxlanması zərurətindən və 
onlarda olan məlumatların müstəsna əhəmiyyətindən irəli gələrək, 1983-cü 
il  Vyana  Konvensiyası  müvafiq  tərəflərdən  ədalət  prinsiplərinin  əsas 
götürülməsini və bütün lazımi hallann nəzərə alınmasını tələb edir. 
56 


iki və ya daha artıq dövlət bir dövlətdə 
birləşdikdə,
 əvvəlki dövlətlərin 
arxivləri varis dövlətə keçir. 
Dövlət  bir  neçə  yeni  dövlətə 
parçalandıqda,
  əvvəlki  dövlətin 
arxivlərinin varis dövlətin nonnal idarə edilməsi üçün zəruri olan və habelə 
bu əraziyə bilavasitə aidiyyəti olan hissəsi həmin varis dövlətə keçir. Lakin 
müvafiq  varis  dövlətlər  başqa  cür  razılığa  gələ  bilərlər.  Əvvəlki  dövlətin 
digər arxivləri, 1983-cü il Konvensiyasına uyğun olaraq, «ədalətli qaydada, 
bütün müvafiq hallan nəzərə almaqla» varis dövlətlərə keçir. 
SSRİ-nin arxivləri ilə bağlı məsələlər 
Keçmiş SSR İttifaqının dövlət 
arxivlərinə  münasibətdə  varislik  haqqında  1992-ci  il  6  iyul  tarixli 
Sazişdə
 nizama salınmışdır. Sazişə görə, hər bir varis dövlətin ərazisində 
olan arxivlər həmin dövlətə keçir. Hər bir dövlətə başqa dövlətin ərazisində 
olan arxiv sənədlərinin surətlərini əldə etmək hüququ verilir. Habelə hər bir 
dövlət  digər  dövlətin  rəsmi  arxiv  idarəsi  tərəfindən  verilmiş  arxiv 
arayışlannın hüquqi qüvvəsini tanıyır. Sazişin iştirakçı- lan keçmiş Rusiya 
imperiyası və SSR İttifaqının ali dövlət orqanlannm fəaliyyəti nəticəsində 
yaranmış  və  üçüncü  dövlətlərin  dövlət  arxivlərində  saxlanan  fondların 
bütövlüyünü və bölünməzliyini tanıyırlar. 
Varis dövlət 
yeni müstəqil dövlət
 olduqda, bu əraziyə mənsub olmuş 
arxivlər yeni müstəqil dövlətə keçir. 
Dövlət  ərazmnin  bir  hissəsinin  ayrılması
  və  müstəqil  dövlət 
yaradılması halında bu ərazinin nonnal idarə edilməsi üçün orada qalmalı 
olan və bu əraziyə bilavasitə aidiyyəti olan arxivlər həmin dövlətə keçir. 
Dövlət  ərazisinin  ayrılmış  hissəsi 
başqa  bir  dövlətlə  birləşdikdə,
 
yuxarıda göstərilmiş qaydalar tətbiq olunur. 
5.
 
Dövlət borclarına münasibətdə dövlətlərin 
varisliyi 
1983-cü il Vyana Konvensiyasına görə, dövlət borcu əvvəlki dövlətin 
digər dövlət, beynəlxalq təşkilat və ya beynəlxalq hüququn digər subyekti 
qarşısında beynəlxalq hüquqa uyğun öz üzərinə götürdüyü maliyyə öhdəliyi 
deməkdir. 
Əsas prinsip ondan ibarətdir ki, dövlətlərin varisliyi özü-özlü- yündo 
kreditorların hüquq və öhdəliklərinə xələl gətirmir. Belə ki, 
57 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə