Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə23/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

Hor  bir  dövlət  öz  ərazi  hüdiıdlannda  öz  ərazi  üstünlüyünü  həyata 
keçirir. 
Ərazi üstünlüyü o deməkdir ki:
 
a)
 
dövlətin  hakimiyyəti  onun  ərazisindəki  bütün  fiziki  və  hüquqi 
şəxslərə şamil edilir
b)
 
dövlətin  hakimiyyəti  üzərində  başqa  hakimiyyət  ola  bilməz: 
dövlətin  ərazisində  istənilən  digər  dövlətin  və  ya  beynəlxalq  təşkilatın 
hakimiyyəti istisna edilir; 
c)
 
dövlət öz ərazisindən heç bir halda, hətta ən ağır cinayətə görə zorla 
məhrum edilə bilməz: dövlətin sərhədləri pozulmaz və toxunulmazdır. 
Bu, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində öz 
aydın  ifadəsini  tapmışdır.  Həmin  maddəyə  görə,  «Azor-  baycan 
Respublikasının  ərazisi  vahiddir,  toxunulmazdır  və  bölün-  məzdir»  (I 
hissə),  habelə  «Azərbaycan  Respublikasının  ərazisi  özgəninkiləşdirilə 
bilməz.  Azərbaycan  Respublikası  öz  ərazisinin  heç  bir  hissəsini  heç  bir 
şəkildə  kimsəyə  vermir...»  (III  hissə).  Qeyd  edək  ki,  ölkəmizin  Əsas 
Qanununda «torpaq dövlətə deyil, xalqa məxsusdur» konsepsiyası öz əksini 
tapmışdır. Belə ki, 11-ci maddənin III hissəsinə görə, «...yalnız Azərbaycan 
Respublikası  Milli  Məclisinin  qərarı  ilə  Azərbaycanın  bütün  əhalisi 
arasında  referendum  keçirmək  yolu  ilə  Azərbaycan  xalqının  iradəsi 
əsasında dövlət sərhədləri dəyişdirilə bilər». 
ç)  dövlətin  ərazisi,  o  cümlədən  yer  və  onun  təki,  dövlətin  Razılığı 
olmadan xarici dövlətlər, onların hüquqi və fiziki şəxsləri tərəfindən istifadə 
edilə bilməz. 
Bununla belə, dövlətin öz milli qanununda və ya hər hansı beynəlxalq 
müqavilədə  ifadə  etdiyi  razılığı  ilə  onun  ərazisində  başqa  bir  dövlətin 
qanunvericiliyi  tətbiq  oluna  bilər  və  ya  əcnəbi  vətəndaşların  müəj^ən 
kateqoriyası  dövlətin  yurisdiksiyasmdan  kənarda  qala  bilər.  Dövlət  öz 
ərazisinin müəyyən hissələrindən istifadə hüququnu, habelə ərazisində olan 
təbii  ehtiyatların  istismar  edilməsi  hüququnu  xarici  dövlətlərə,  onların 
hüquqi  və  fiziki  şəxslərinə  verə  bilər  (məsələn,  dövlət  ərazisinin  icarəyə 
verilməsi, dövlət ərazisindən tranzit uçuşlar və ya keçidlər, dövlətlə əcnəbi 
hüquqi şəxslər arasında konsessiya sazişləri). 
71 


Lakin  dövlətin  ərazi  üstünlüyü  mütləq  xarakter  daşımır.  Belə  ki, 
ümumi beynəlxalq hüquq bir sıra məhdudiyyət və qadağalar müəyyən edir. 
Məsələn,  dövlət  öz  ərazisindən  hər  hansı  bir  dövlətə  qarşı  təcavüz 
törədilməsi  üçün  istifadə  olunmasına  imkan  verməməlidir;  əks  halda  bu 
əməlin özü təcavüz aktı hesab olunur (bax: BMT Baş Məclisinin 1974-cü 
ildə qəbul etdiyi «Təcavüzün tərifı» haqqında Qətnamənin 3-cü maddəsinin 
«f»  bəndi).  Bundan  əlavə,  dövlət  öz  ərazisindən  elə  istifadə  etməlidir  ki, 
başqa dövlətlərə zərər dəyməsin. 
3.
 
Dövlət sərhədləri 
Dövlət sərhədi dedikdə^ dövlətin ərazisinin hədlərini müəyyən edən 
xətt  və  həmin  xətt  üzərində  yerləşən  şaquli  səth  başa  düşülür. 
Analoji 
tərif 
«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» J991~ci il 9 
dekabr tarixli Qanunun
 1-ci maddəsində öz əksini tapmışdır: «Azorbaycan 
Respublikasının  dövlət  sərhədi  Azərbaycan  Respublikasının  dövlət 
ərazisinin  (quru  və  su  ərazisinin,  yerin  təkinin,  dəniz  və  hava  fəzasının) 
hüdudlarını  müəyyən  edən  xətt  və  bu  xətt  üzrə  keçən  şaquli  səthdir. 
Azərbaycan  Respublikasının  dövlət  sərhədi  Azərbaycan  Respublikasının 
dövlət suverenliyinin ərazi hüdududur». 
Dövlət sərhədlərinin aşağıdakı 
növləri
 vardır: 1) quru sərhədləri; 2) su 
sərhədləri və 3) hava sərhədləri. 
Quru sərhədləri, adətən, relyefə əsasən (dağlar və s.) müəyyən olunur. 
Lakin düz xətt üzrə (məsələn, bir sıra Afrika dövlətlərində olduğu kimi) və 
ya meridianlar üzrə (Cənubi və Şimali Koreya arasında) bölünən sərhədlər 
də mövcuddur. 
İki  dövləti  ayıran  su  hövzələrində  sərhədlərin  (su  sərhədlərinin) 
müəyyən  olunması  aşağıdakı  prinsiplərə  əsaslanır:  gəmiçilik  üçün  yararlı 
çaylarda sərhəd kimi ya talveq (çayın ən dərin yerlərini birləşdirən xətt), ya 
da  farvaterin  ortası,  digər  çaylarda  isə  çayın  ortası  götürülür;  göllərdə 
sərhəd  dövlətlərin  quru  sərhədinin  gölün  sahillərinə  çıxış  nöqtələrini 
birləşdirən düz xətt üzrə müəy 
72 


yən olunur; dövlətin dəniz sərhədi onun ərazi sularının kənar hədləri sayılır. 
Bu hədləri hər bir dövlət özü müəyyən edir. Lakin beynəlxalq hüquqa görə, 
ərazi  dənizinin  eni  12  mildən  artıq  olmamalıdır,  Üzbəüz  və  ya  yan-yana 
yerləşmiş dövlətlərin ərazi dənizinin sərhədi qarşılıqlı razılaşma əsasında 
orta xətt üzrə müəyyən olunur (bərabərdayanma prinsipi). 
«Azərbaycan  Respublikasının  dövlət  sərhədi  haqqında»  Qanunda 
Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən edilməsi qaydaları öz 
əksini  tapmışdır.  Qanunun  3-cü  maddəsində  deyilir:  «Azərbaycan 
Respublikasının bağladığı müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, 
Azərbaycan Respublikasının dövlət sərhədi belə müəyyən edilir: 
1)
 
quruda - relyefin səciyyəvi nöqtələri və xətləri, aydın görünən səmt 
göstəriciləri üzrə; 
2)
 
Xəzər  dənizində  -  Azərbaycan  Respublikasının  ərazi  sularının 
xarici sərhədi üzrə; 
3)
 
çaylarda (kiçik çaylarda) - onların ortası və ya çayın əsas qolunun 
ortası  üzrə;  göllərdə  və  başqa  sututarlarda  -  Azərbaycan  Respublikası 
sərhədinin bu gölün və ya başqa sututarın sahillərinə yanaşdığı iki nöqtəni 
birləşdirən düz xətt üzrə. 
Azərbaycan Respublikasının çay (kiçik çay), göl və ya başqa sututar 
boyunca  uzanan  dövlət  sərhədi  bunların  sahillərinin  konfiqurasiyası 
dəyişdikdə və ya çayın (kiçik çayın) yatağı yerini dəyişdikdə dəyişmir
4)
 
çaylann  (kiçik  çayların)  sorhədboyu  hissələrində  salınmış  dəmir 
yolu  və  avtomobil  yolu  körpülərində,  bəndlərdə  və  başqa  qurğularda  - 
Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  suyun  harasından 
keçməsindən asılı olmayaraq bu qurğuların ortası və ya texnoloji oxu üzrə». 
Dövlət  sərhədinin  müəyyən  olunması  prosesi 
iki  mərhələdən 
ibarətdir:  1)  delimitasiya  və  demarkasiya. 
Delimitasiya
  zamanı  sərhədin 
keçmə xətti dövlətlərarası müqavilədə ətraflı təsvir olunur və müqaviləyə 
əlavə olunan xəritədə öz qrafik əksini tapır. 
Demarkasiya
  razılaşdırılmış 
sərhəd  xəttinin  xüsusi  sərhəd  nişanları  vasitəsilə  yerdə  müəyyən 
olunmasıdır.  İki  dövlət  arasında  demarkasiyanı  həyata  keçirmək  üçün, 
adətən, qanşıq komissiya yaradılır. 
73 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə