Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə31/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   114

c)
 
voləndaşlığı  olmayan  şəxs  üçün  qaçqın  kimi  tanınmasına  osas 
vcnniş  hallar  aradan  qalxdığına  göro  o,  daimi  yaşadığı  ölkəsinə  qayıda 
bildikdə. 
13ir  qayda  olaraq,  dövlət  ərazisində  qaçqınların  hüquqi  rejimi 
əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  rejiminə  bərabər 
tutulur. Onlar eyni hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. Lakin 
qaçqınların  adətən qarşılaşdıqları  spesifik  problemləri  nəzərə  alaraq,  bəzi 
dövlətlər  öz  qanunvericiliyində  onlar  üçün  sosial  sahədə  əlavə  güzəştlər 
nəzərdə tuturlar. Əlbəttə ki, daxili məcburi köçkünlər üçün (bunlar dövlətin 
öz vətəndaşlarıdır) xüsusi təminat rejimi müəyyən edilir. 
Bu  deyilənlər  «Qaçqmlann  və  məcburi  köçkünlərin  (ölkə  daxilində 
köçürülmüş  şəxslərin)  statusu  haqqında»  Qanunda  və  xüsusən 
((Məcburi 
köçkünlərin  və  onlara  bərabər  tutulan  şəxslərin  sosial  müdafiəsi 
haqqında»  1999-cu  il  21  may  tarixli  Azərbaycan  Respublikasının 
Qanununda
  öz  əksini  tapmışdır.  Məsələn,  ikinci  Qanunda  məcburi 
köçkünlər və onlara bərabər tutulan şəxslər («Hrmənistan Respublikasında 
və  başqa  dövlətlərdə  apanlan  etnik  təmizləmə  nəticəsində  daimi  yaşayış 
yerlərini  tərk  edib  Azərbaycan  Respublikasına  gəlmiş  və  daimi 
məskunlaşmamış şəxslər») üçün aşağıdakı sosial müdafiə tədbirləri nəzərdə 
tutulmuşdur: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; torpaq sahələri 
ayrılması,  kreditlər  verilməsi  və  texniki  yardımlar  göstərilməsi; 
məşğulluğun təmin edilməsi; sosial təminat; maddi yardımlar; tibbi təminat; 
təhsil  hüququnun  təmin  edilməsi;  nəqliyyat  və  mənzil-  kommunal 
güzəştləri; vergi güzəştləri. 
Qaçqınlar  probleminin  həllinə  beynəlxalq  səviyyədə  dəstək  vermək 
üçün BM'f çərçivəsində xüsusi orqan - yuxarıda adını çəkdiymiz 
Qaçqınlar 
üzrə BMT Ali Komissarının idarəsi
 yaradılmışdır. İdarənin Nizamnaməsi 
BMT Baş Məclisinin 1950-ci il 14 dekabr tarixli 428 (V) nömrəli qətnaməsi 
ilə  qəbul  olunmuşdur.  Ali  Komissar,  əsas  etibarilə,  nəzarət  və  təminat 
funksiyaları  həyata  keçirir,  qaçqın  və  daxili  məcburi  köçkünlərin 
problemlərinin həll edilməsində, - çox zaman yerlərdəki nümayəndəlikləri 
vasitəsilə,  -  dövlətlərə  maddi,  texniki  və  s.  yardım  göstərir.  İdarənin  öz 
müvafiq beynəlxalq öhdəliklərini pozan dövlətlərə qarşı hər hansı 
96 


sanksiyalar  tətbiq  etmək  səlahiyyəti  yoxdur.  Ali  Komissar  BMT  Baş 
Katibinin təqdimatı əsasında Baş Məclis tərəfindən üç il müddətinə seçilir. 
O,  Baş  Məclisin  rəhbərliyi  altında  fəaliyyət  göstərir  və  hər  il  İqtisadi  və 
Sosial Şura (EKOSOK) vasitəsilə Baş Məclisə illik məruzə təqdim edir. 
6.
 
Sığınacaq hüququ 
«Sığınacaq  hüququ»  termini  bc)məlxalq  hüquq  çərçivəsində  iki 
mənada başa düşülür: 
1)
 
şəxsin subyektiv hüququ mənasında, yəni 
vətəndaşı olduğu və ya 
daimi yaşadığı ölkədə siyasi motivlər əsasında məniz qaldığı təqiblərdən 
yaxa  qurtarmaq  üçün  şəxsin  başqa  bir  dövlətdən,  onun  ərazisinə 
keçməyə və orada yaşamağa icazə almaq hüququ
2)
 
beynəlxalq hüququn müstəqil bir institutu - 
sığınacaq verilməsini 
və  onun  beynəlxalq-hüquqi  nəticələrini  nizama  salan  normaların 
məcmusu
 kimi.
 
Sığınacaq siyasi əsaslara görə verildiyi üçün beynəlxalq praktikada və 
milli  qanunvericilikdə  əksər  hallarda  «siyasi  sığınacaq»  ifadəsi  işlədilir. 
Lakin  «siyasi  əsaslan>  geniş  başa  düşülməlidir.  Buraya  şəxsin  təkcə  öz 
siyasi əqidəsinə görə deyil, habelə ictimai fəaliyyətinə, dini əqidəsinə, irqi, 
etnik və ya dövlət mənsubiyyətinə görə də təqib olunması daxildir. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  70-ci  maddəsinin  1-ci 
hissəsində  deyilir  ki,  «hamılıqla  qəbul  edilmiş  beynəlxalq  hüquq 
normalanna  uyğun  olaraq  Azərbaycan  Respublikası  əcnəbilərə  və 
vətəndaşlığı  olmayan  şəxslərə 
siyasi  sığınacaq
  verir».  Demək  olar  ki, 
analoji  müddəa  «Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi 
vəziyyəti  haqqında»  1996-cı  il  tarixli  13  mart  Azərbaycan  Respublikası 
Qanununun 6-cı maddəsində öz əksini tapmışdır. 
Burada  bir  məsələyə  diqqəti  cəlb  etmək  istərdik.  Konstitusiyada 
göstərilir  ki,  sığınacaq  «hamılıqla  qəbul  edilmiş  beynəlxalq  hüquq 
normalanna uyğun olaraq» verilir. Lakin nəzərdə saxlamaq 
97 


lazımdır  ki,  -  biz  bunu  aşağıda  da  qeyd  edəcəyik,  -  sığınacaq  hüququ 
fərdlərə  birbaşa  beynəlxalq  hüquq  normalan  əsasında  verilmir,  çünki 
ümumi  beynəlxalq  hüquqda  belə  normalar  yoxdur.  Beynəlxalq  hüquq 
dövlətin  müəyyən  şəxslərə  siyasi  sığınacaq  vermək  hüququnu  və  başqa 
dövlətlərin bu hüquqa hörmət etmək vəzifəsini təsbit edir. Beynəlxalq üçün 
əhəmiyyətli  məsələ  sığınacaq  veriləndən  sonra  ortaya  çıxan  hüquqi 
nəticələrdir.  Deməli,  sığınacaq  beynəlxalq  hüquq  əsasında  deyil, 
dövlətdaxili qanunvericilik əsasında verilir. 
Dövlətlərin  praktikasında  iki  cür  sığmacağa  rast  gəlinir: 
ərazi 
sığınacağı
 və 
diplomatik sığınacaq.
 Diplomatik sığınacaq siyasi təqiblərə 
məruz  qalan  şəxsə  xarici  dövlətin  diplomatik  və  ya  konsul 
nümayəndəliyinin binasında (və yaxud əcnəbi hərbi gəmisində) sığınacaq 
verilməsidir. Universal səviyyədə diplomatik sığınacaq verilməsi qadağan 
edilmişdir.  Diplomatik  münasibətlər  haqqında  1961-ci  il  Vyana 
Konvensiyasında (41-ci maddənin 3-cü hissəsi) və Konsulluq münasibətləri 
haqqında 1963-cü il Vyana Konvensiyasında (55-ci maddənin 2-ci hissəsi) 
göstərilir ki, «nü-  mayəndəliklərin binaları onların fimksiyaları ilə uyğun 
olmayan  məqsədlər  üçün  istifadə  olunmamalıdın>.  Əlavə  edək  ki,  BMT 
Baş Məclisinin 1967-ci il 14 dekabr tarixli 2312 (XXII) nömrəli qətnaməsi 
ilə  qəbul  olunmuş  Bəyannamə  məhz 
Ərazi  sığınacağı
  haqqında 
Bəyannamə adlanır. Lakin Latın Amerikasında diplomatik sığınacaq qəbul 
olunmuş praktikadır və 
Sığınacaq haqqında 1928- ci il Konvensiyasında
 
və xüsusən 
Diplomatik sığınacaq haqqında 1954-cü il Konvensiyasında
 
öz əksini tapmışdır. 
Şəxsin  sığınacaq  hüququ  məhdud  xarakterli  insan  hüququ  kimi 
səciyyələnə  bilər,  çünki  o,  ancaq  əcnəbilərə  və  ya  vətəndaşlığı  olmayan 
şəxslərə  mənsubdur.  Sığınacaq  hüququ 
Ümumdünya  insan  Hüquqları 
Bəyannaməsində
  (14-cü  maddə)  və 
Ərazi  sığınacağı  haqqında 
Bəyannamədə
 (1-ci maddə) təsbit olunmuşdur. Bu hüququ hamılıqla qəbul 
olunmuş insan hüquqlan sırasına aid etmək düzgün olmazdı. Yəni sığınacaq 
vermək  dövlətin  beynəlxalq-  hüquqi  vəzifəsi  deyil,  onun  suveren 
səlahiyyətidir. Başqa sözlə, dövlət hər hansı şəxsə sığınacaq verə də bilər və 
həmin xahişi rədd edə də bilər. Bu məqam Ərazi sığınacağı haqqında Bəyan 
98 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə