Konvensiyaya əsasən, dövlət heç bir şəxsi və ya şəxslər QRU- punu
irqi, etnik, dini və ya siyasi əsaslara görə öz vətəndaşlığından məhrum edə
bilməz. Apatridlər Konvensiyanın iştirakçı dövlətlər tərəfindən
pozulmasına dair şikayətlərlə Qaçqınların işi üzrə BMT Ali Komissarına
müraciət edə bilərlər.
3.
Əcnəbilərin hüquqi rejimi
Əcnəbilər - müəyyən dövlətin ərazisində yerləşən^ lakin həmin
dövlətin vətəndaşları olmayan və başqa bir dövlətin vətəndaşları olan
şəxslərdir,
((Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə,
«əcnəbilər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa
dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir».
Hər bir dövlət öz ərazisinə əcnəbilərin gəlməsi, onlann bu ərazidə
müvəqqəti və ya daimi yaşaması və fəaliyyəti ilə bağlı bütün məsələləri
müstəqil həll edir. Bununla belə, dövlət bu zaman öz beynəlxalq
öhdəliklərini, xüsusilə insan hüquqları sahəsindəki müqavilələri nəzərə
almaya bilməz. Dövlətin əcnəbilər üçün müəyyən etdiyi hüquq və
vəzifələrin məcmusu
aəcnəbilə- rin rejimi»
termini ilə ifadə olunur.
Əcnəbilərin üç cür hüquqi rejimi mövcuddur:
1)
milli rejim
-
əcnəbilərə, müəyyən məhdudiyyətlərlə, dövlətin öz
vətəndaşları ilə bərabər status verilməsi.
Məsələn, «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
vəziyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən,
əcnəbilər Azərbaycan Respublikasının siyasi partiyalarının üzvü ola
bilməzlər (20-ci maddə); dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarına seçkilərdə iştirak edə və onlara seçilə və həmçinin ümumxalq
səsvermələrində (referendumlarda) iştirak edə bilməzlər (21-ci maddə);
hərbi mükəlləfiyyət daşımırlar (22-ci maddə).
2)
ən əlverişli rejim
-
bu halda əcnəbilərə hər hansı bir sahədə istənilən
üçüncü dövlətin vətəndaşlarına verilən hüquqlar verilir.
90
Belə rejimdə əcnəbilərin hüquq vo vəzifələrinin məcmusu bütün əcnəbi
dövlətlər üçün eynidir, lakin əksər hallarda o, milli rejimdə olduğundan
azdır.
3)
xüsusi rejim
- əcnəbilərə hər hansı bir sahədə dövlətin öz
vətəndaşları üçün həmin sahədə nəzərdə tutulduğundan fərqli hüquqların
verilməsi (habelə vəzifələrin nəzərdə tutulması). Məsələn, müqavilə
əsasında bir dövlətin ərazisində yerləşdirilmiş başqa bir dövlətin hərbi
qulluqçuları üçün, adətən, xüsusi hüquqi rejim nəzərdə tutulur.
Heç bir dövlətdə əcnəbilərin rejiminin hər hansı bir növü mövcud
deyildir. Adətən, bir sahədə milli rejim, digər bir sahədə isə xüsusi rejim və
s. nəzərdə tutulur.
Çox hallarda dövlətin ərazisində əcnəbilərin xüsusi kateqoriyaları da
olur; bunlar miqrant işçilər, qaçqınlar və sığınacaq almış şəxslərdir.
4.
Miqrant işçilər
Miqrant işçilər - iqtisadi səbəblər üzündən könüllü olaraq başqa
dövlətin ərazisinə golmiş vo orada ödonişli fəaliyyətlə məşğul olan
şəxslərdir. Onlar bir sıra ölkələrin iqtisadiyyatında və xidmət sferasında
olduqca mühüm rol oynayırlar. Bütün ölkələr üzrə miqrant işçilərin sayı
indi 50 milyondan artıqdır.
Miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarını qorumaq
məqsədilə bir sıra beynəlxalq müqavilələr bağlanmışdır.
Beynəlxalq Əmək
Təşkilatı çərçivəsində iki konvensiya - l949-cu ildə qəbul edilmiş
97
nömrəli Konvensiya
və 1975-ci ildə qəbul edilmiş
143 nömrəli
Konvensiya
mövcuddur. Avropa Şurasının üzvləri 1977-ci ildə
Miqrant
işçilərin hüquqi statusu haqqında Avropa Konvensiyasım
imzalamışlar.
Nəhayət, məsələnin aktuallığını nəzərə alaraq, 1990-cı ildə BMT Baş
Məclisinin 45/158 nömrəli qətnaməsi ilə
Bütün miqrant işçilərin və
onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq
Konvensiya
qəbul edilmişdir. Konvensiya 2003-cü ildə qüvvəyə
minmişdir,
onu bu günə
91