namənin 1-ci maddəsində belə ifadə olunmuşdur: «Hər hansı dövlət
tərəfindən
öz suverenliyini həyata keçirməklə
verilən sığınacağa bütün
digər dövlətlər tərəfindən hörmət edilməlidir». Diqqətəlayiq haldır ki,
sözügedən hüquq insan hüquqlan sahəsində olduqca mühüm
beynəlxalq-hüquqi akt olan
Vətəndaş və siyasi hüquqlar haqqında
Beynəlxalq Paktda
öz əksini tapmamışdır. Bundan əlavə, vaxtilə BMT
Beynəlxalq hüquq komissiyasının sığınacaq hüququna aid normalan
məcəllələşdirmək cəhdləri uğursuz olmuşdu və nəticədə 1967-ci ildə yalnız
yuxanda adını çəkdiyimiz Bəyannamə qəbul edilmişdi.
Ümumi beynəlxalq hüquqa görə, müəyyən şəxslərə dövlət heç bir
halda sığınacaq verə bilməz. Belə ki, barələrində sülh əleyhinə cinayət,
müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət törətdikləri haqqında
kifayət qədər ciddi əsaslar olan şəxslər, habelə qeyri-siyasi cinayət
törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq
hüququndan istifadə edə bilməzlər. Qeyd edək ki, hansı cinayət əməllərinin
siyasi cinayətlər kateqoriyasına aid edilməsini sığınacaq verən dövlət özü
müəyyən edir.
Bir qayda olaraq, siyasi sığınacaq almış şəxslərin hüquqi rejimi
vətəndaşlığı olmayan şəxslərin statusu ilə bərabər tutulur. Lakin bəzi
dövlətlərin qanunvericiliyində, sığınacaq almış şəxslər üçün mənzil,
işədüzəlmə və s. ilə bağlı güzəştlər müəyyən edilmişdir.
Dövlətin hər hansı bir şəxsə siyasi sığınacaq verməsi bir su*a
beynəlxalq-hüquqi nəticələr doğurur:
1)
dövlət sığınacaq
verdiyi şəxsi geri verə bilməz;
2)
dövlət sığınacaq verdiyi şəxsə onun hər hansı bir ölkədə hüquqlan
pozulan zaman diplomatik müdafiə təmin edə bilər (daha doğrusu,
kvazidiplomatik müdafiə, çünki diplomatik müdafiə dövlətin yalnız öz
vətəndaşlarına göstərilə bilər);
3)
dövlət sığınacaq verdiyi şəxsin fəaliyyətinə görə məsuliyyət
daşıyır, yəni o, həmin şəxsin tərk etdiyi dövlətə qarşı zorakılıq aktları
törətməsinə yol verməməlidir.
99
XII
FƏSİL
BEYNƏLXALQ MÜQAVİLƏLƏR HÜQUQU
L Beynəlxalq müqavilələr hüququnun
anlayışı və mənbələri
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin
bağlanması, icrası və xitam olunması qaydasını nizama salan
beynəlxalq-hüquqi normaların məcmusuna deyUir.
Beynəlxalq müqavilələr hüququ beynəlxalq hüququn apancı sahəsi
hesab olunur. Bunu belə izah etmək olar: əgər beynəlxalq hüququn bütün
həyatı, əsas etibarilə, müqavilə ilə nizama salınırsa, müqavilənin özünün
bütün həyatı isə məhz indi nəzərdən keçirdiyimiz beynəlxalq müqavilələr
hüququ ilə nizama salınır. Beynəlxalq hüququn istənilən sahəsində biz
müvafiq müqavilənin necə və nə vaxt qüvvəyə mindiyi, hansı ərazidə
qüvvədə olması, etibarlılığı, təfsiri, hansı əsaslarla xitam oluna bilməsi və s.
kimi suallarla qarşılaşınq. Bütün bu suallara beynəlxalq müqavilələr
hüququ cavab verir.
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət
normalanna söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması,
təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni
cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu
normalann böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi
qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə
şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə
məcəllələş- dirilmiş akt Müqavilələr haqqında Havana Konvensiyası
olmuşdur;
100
1928-ci ildə bağlanmış bu Konvensiya yalnız Latın Amerikası ölkələri
arasında qüvvədə olmuşdur.
Beynəlxalq müqavilolər hüququ sahəsində hazırda iki əsas akt
mövcuddur: 1)
Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana
Konvensiyası
və 2)
Dövlətlər və beynəlxalq təşkilatlar arasında və
beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il
Vyana Konvensiyası.
Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr
hüququnun mənbəyi sayıla bilər, çünki ikinci Konvensiya hələ qüvvəyə
minməmişdir.
Beynəlxalq müqavilələr hüququnun mühüm mənbəyi kimi
müvafiq beynəlxalq adət normalarını da qeyd etmək lazımdır,
əvvəla ona
görə ki, bəzi dövlətlər indiyə qədər 1969-cu il Konvensiyasının iştirakçısı
deyillər; ikincisə isə, bir sıra məsələlər (müharibələrin beynəlxalq
müqavilələrə təsiri və s.) bu Konvensiyada öz əksini tapmamışdır. Yeri
gəlmişkən, sözügedən Konvensiyalann hər ikisində birbaşa qeyd olunur ki,
bu konvensiyalann müddəalannda öz həllini tapmayan məsələlər əvvəlki
kimi beynəlxalq adət hüququ normaları ilə nizama salınır.
2.
Beynəlxalq müqavilənin anlayışı
Beynəlxalq müqavilənin tərifini beynəlxalq hüququn mənbələrini şərh
edərkən biz vermişdik. Lakin yuxanda göstərilmiş hər iki konvensiya
müqaviləyə bir qədər başqa cür tərif verir; yəni beynəlxalq müqavilə hüququ
ilə bağlı aşağıda nəzərdən keçirəcəyimiz bütün normalar yalnız bu tərifə
uyğun gələn beynəlxalq müqavilələrə şamil olunur. Hər iki Konvensiyanın
2-ci maddəsinə görə:
beynəlxalq müqavilə - dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən
yazılı formada bağlanan və beynəlxalq hüquqla nizama salınan
beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki və yaxud daha çox
bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması
əhəmiyyət kəsb etmir.
BeləlUdə, şifahi sazişlərə («centlmen sazişləri») və habelə döv-
lətdaxili hüquqla nizama salınan müqavilələrə (məsələn,
kommer
101