Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə34/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   114

b)
 
əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər; 
c)
 
texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında 
sazişlər; 
ç) beynəlxalq hesablaşmalar haqqında sazişlər; 
d)
 
gömrük məsələləri və s. üzrə sazişlər; 
3)
 
xüsusi  məsələlər  üzrə  sazişlər.
  Bu  qrupa  aşağıdakı  sahələrdə 
bağlanmış müqavilələri daxil etmək olar: 
a)
 
nəqliyyat sahəsində; 
b)
 
rabitə sahəsində; 
c)
 
kənd təsərrüfatı sahəsində; 
ç) elmi əməkdaşlıq məsələləri üzrə
d)
 
hüquqi məsələlər üzrə; 
e)
 
ətraf mühitin mühafizəsi sahəsində
ə) mədəniyyət sahəsində və s. 
5.
 
Beynəlxalq müqavilənin strukturu 
Hər  bir  beynəlxalq  müqavilənin  mətni,  bir  qayda  olaraq,  aşağıdakı 
quruluşda tərtib olunur: 
1.
 
Müqavilənin adı. 
Beynəlxalq  müqavilə  təcrübəsində  «müqavilə»  ümumi  anlayışı 
altında  müxtəlif  konkret  adlardan  istifadə  olunur;  məsələn:  müqavilə; 
konvensiya;  saziş;  nizamnamə;  pakt;  xartiya;  bəyannamə;  traktat;  statut; 
konkordat və b.). 
2.
 
Preambula. 
Prcambula  müqavilənin  giriş  hissəsinə  deyilir.  Burada,  adətən, 
müqavilənin məqsədləri əks olunur. Müqavilənin ayrı-ayn müddə- alannm 
təfsiri zamanı preambula müəyyən rol oynaya bilər. 
3.
 
Əsas hissə. 
Müqavilənin  bu  hissəsində  tərəflərin  müqavilənin  obyekti  ilə  bağlı 
olan hüquq və vəzifələri ifadə olunur. Əsas hissə ardıcıl olaraq bölmə və ya 
fəsillərdən,  maddələrdən,  hissələrdən,  bəndlərdən  və  yanmbəndlərdən 
ibarət olur. 
4.
 
Yekun hissə. 
105 


Bu hissədə müqavilənin qüvvəyə minməsi və xitam olunması şərtləri, 
müqaviləyə yenidən baxılması qaydası, müqavilənin tərtib olunduğu dil və 
s. kimi məsələlər öz əksini tapır. 
5.
 
Səlahiyyətli şəxslərin imzalan 
6.
 
Bəzi  hallarda  beynəlxalq  müqavilələrin  protokollar,  əlavə 
protokollar, texniki şərtlər, standartlar, xəritələr və s. şəklində 
Əlavələri 
də 
olur.  Əgər  müqavilənin  özündə  göstərilirsə.  Əlavələr  həmin  müqavilənin 
aynlmaz tərkib hissəsi hesab olunur. 
6.
 
Beynəlxalq müqavilələrin bağlanması 
Beynəlxalq  müqavilənin  bağlanması  bir  neçə  ardıcıl  mərhələdən
 
ibarət olan bir prosesdir. Bu mərhələlər aşağıdakılardır: 
1.
 
Müqavilənin mətninin tərtib olunması və qəbulu. 
2.
 
Müqavilənin mətninin autcntikliyinin müəyyən olunması. 
3.
 
Müqavilənin məcburiliyinə razılığın ifadə olunması. 
Dövlətlər  arasında  müqavilələr  onlann  nümayəndələri  tərəfindən 
bağlanır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxanda göstərilmiş 
ilk  iki  mərhələdən  birində  və  ya  hər  ikisində  iştirak  etmək  üçün  həmin 
nümayəndəyə xüsusi sənəd - vəkalət
 
verilir. Və- kalət milli qanunvericiliyə 
müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfindən verilir. Dövlətin 
müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət 
lazım  deyildir.  1969-cu  il  Vyana  Konvensiyasına  görə,  bu  şəxslər 
aşağıdakılardır: 
1)
 
dövlətlərin başçılan; 2) hökumətlərin başçılan; 3) xarici işlər nazirləri; 
4)  diplomatik  nümayəndəliklərin  başçılan  və  5)  dövlətlərin  beynəlxalq 
konfranslardakı  və  beynəlxalq  təşkilatlardakı  nümayəndələri.  Diplomatik 
nümayəndəliyin  başçısı  yalnız  öz  dövləti ilə  akkreditə  olunduqlan  dövlət 
arasındakı müqavilənin, dövlətin beynəlxalq konfranslardakı və beynəlxalq 
təşkilatlardakı  nümayəndəsi  isə  yalnız  bu  konfrans  və  ya  təşkilat 
çərçivəsində  bağlanan  müqavilənin 
mətninin  qəbul  olunması
  ilə  bağlı 
hərəkətləri həyata keçirə bilər. 
106 


Beynəlxalq təşkilatın iştirakı ilə müqavilələr bağlanması üçün həmin 
təşkilatın qaydalanna əsasən onu təmsil edən şəxsə vəkalət tələb olunmur 
(1986-ci il Vyana Konvensiyasının 7-ci maddəsi). 
Vəkaləti  olmayan  şəxs  tərəfindən  və  ya  vəkalətin  pozulması  ilə, 
beynəlxalq müqavilənin bağlanması ilə əlaqədar hər hansı hərəkətin həyata 
keçirilməsi, - əgər müvafiq dövlət bundan sonra bu hərəkəti təsdiq etmirsə, - 
heç bir hüquqi əhəmiyyətə malik olmur. 
Belə  bir  məsələ  1951-ci  ildə  bir  beynəlxalq  müqavilə  -  Pendirlərin 
adlandmimasına dair Konvensiya ilə əlaqədar ortaya çıxmışdı. Konvensiya 
həm  İsveç,  həm  də  Norveçin  adından  bir  nümayəndə  tərəfindən 
imzalanmışdı, lakin məlum oldu ki, onun təkcə Norveçdən vəkaləti var idi. 
Sonralar,  buna  baxmayaraq,  Konvensiya  hər  iki  dövlət  tərəfindən 
ratifikasiya olundu və qüvvəyə mindi. 
Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı 
üç formadan biri vasitəsilə həyata keçirilir: 
1)
 
danışıqlar 
2)
 
beynəlxalq konfranslar 
Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu 1998-ci il iyulun 
17-də Roma Beynəlxalq diplomatik konfransında qəbul olunmuşdur. 
3)
 
beynəlxalq təşkilatlar 
Əksər  universal  müqavilələr,  məsələn,  İnsan  hüquqlan  haqqında 
1966-cı  il  Beynəlxalq  Paktlan,  İşgəncə  əleyhinə  1984-cü  il  Konvensiyası 
BMT Baş Məclisinin qətnamələri vasitəsilə. Üzv dövlətlərin nümayəndələri 
tərəfindən səs verildikdən sonra qəbul olunmuşdur. 
Beynəlxalq  konfiranslarda  və  beynəlxalq  təşkilatlarda  son  zamanlar 
müqavilə  mətnləri 
konsensus
  vasitəsilə,  yəni  iştirakçılardan  heç  birinin 
etirazı olmadıqda səsvermə keçirilməməldə qəbul olunur. 
Müqavilə  mətninin  autcntikliyinin  müəyyən  olunması  və  ya 
autcntifikasiyası  (yunanca  bu  söz  «həqiqilik»,  «əslinə  uyğun-  luq» 
deməkdir)  o  deməkdir  ki,  beynəlxalq  müqavilənin  mətni  son  və  qəti 
variantda razılaşdırılmışdır və ona heç bir dəyişiklik edilə bilməz. Bu, üç 
yolla həyata keçirilir: 
1)
 
paraflama
  (inisial  qoyma)  -  müqavilə  mətninin  hər  səhifəsində 
vəkalətli şəxsin öz inisiallarını qoyması. 
107 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə