2)
ad referendum imza atma
(şərti imza atma) - bu qaydada
qoyulmuş imza hələ bundan sonra müvafiq dövlət orqanı (və ya müvafiq
beynəlxalq təşkilat) tərəfindən təsdiq olunmalıdır.
İnisial qoyma ilə arasında fərq ondan ibarətdir ki, təsdiq olunduqdan
sonra ad referendum imza atma tam və ya qəti imzalama hesab olunur;
inisial qoymadan sonra isə müqavilə hələ qəti imzalanmağa verilməlidir.
3)
imzalama.
İmzalama o zaman müqavilə mətninin autentifi-
kasiyası rolunu oynayır ki, həmin müqavilə sonradan ratifikasiya
olunmalıdır. İmzalama müəyyən hüquqi nəticələr doğurur; belə ki, bundan
sonra imzalamış dövlət: 1) həmin müqaviləni təsdiq etmək hüququ əldə
edir; 2) müqavilənin qüvvəyə minməsinə qədər, onun obyektini və
məqsədini heçə endirə biləcək hərəkətləri etməmək vəzifəsi daşıyır
(1969-cu il Konvensiyasının 18-ci maddəsi).
Vyana Konvensiyalarına görə, hansı autentifikasiya üsulunun
seçilməsini Razılığa gələn Tərəflər özləri müəyyən edirlər.
7.
Müqavilənin məcburiliyinə
razılığın ifadə olunması
Bildiyimiz kimi, dövlətin razılığı əgər yoxdursa, o, heç bir müqavilə
ilə bağlı ola bilməz. Buna görə də müqaviləyə razılığın ifadə olunması
həmin müqavilənin qüvvəyə minməsi üçün zəruri mərhələdir. 1969-cu il
Vyana Konvensiyasının 11-ci maddəsinə görə, belə bir
razılıq
aşağıdakı
üsullardan biri ilə ifadə oluna bilər:
-
müqavilənin imzalanması;
-
müqavilə sənədlərinin dəyişdirilməsi;
-
ratifikasiya;
-
təsdiq etmə;
-
qəbul etmə;
-
müqaviləyə qoşulma.
Bundan əlavə, 11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri
müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ
bilərlər.
108
lənin təsdiq olunmasıdır. Ratifikasiya həm dövlətdaxili aktda (qanunda,
fərmanda və s.), həm də beynəlxalq aktda (ratifikasiya sənədində) öz əksini
tapır. Beynəlxalq təşkilatın öz hər hansı müqaviləsi ilə bağlı rəsmi təsdiq
aktı ratifikasiyaya bərabər tutulur.
1969-cu il Vyana Konvensiyasının l4-cü maddəsinə görə,
müqavilənin mocburiliyino razılıq aşağıdakı hallarda
ratifikasiya vasitəsilə
ifadə olunur:
a)
müqavilənin özündə
bu birbaşa nəzərdə tutulubsa;
b)
başqa
cür müəyyən olunubsa ki, danışıqlarda
iştirak edən dövlətlər
ratifikasiyanın zəruriliyi haqqında razılığa
gəlmişlər;
c)
dövlətin nümayəndəsi müqaviləni ratifikasiya olunmaq şərtilə
imzalamışdırsa;
ç) dövlətin müqaviləni ratifikasiya olunmaq
şərtilə imzalamaq niyyəti
onun nümayəndəsinin vəkalətindən irəli gəlirsə və ya danışıqlar zamanı
ifadə olunmuşdursa.
ilər bir dövlət öz qanunvericiliyində, imzalamış olduğu hansı
beynəlxalq müqavilələrin və hansı qaydada ratifikasiya olunmasını
müəyyən edir.
IBurada qeyd edək ki, dövlətin müqaviləni imzalayıb sonra onu
ratifikasiya etməməsi beynəlxalq hüquq pozuntusu hesab olunmur.
Dövlət hər hansı müqavilənin ratifikasiya olunması haqqında qərar
çıxardıqdan sonra
ratifikasiya sənədi
tərtib edir. Ratifikasiya sənədində
aşağıdakılar göstərilir: a) müqaviləni ratifikasiya etmiş dövlət orqanının
adı; b) müqavilənin bütöv mətni (əgər qeyd- şərtlər və ya bəyanatlar
edilmişsə, onlar da bu hissəyə əlavə olunur); c) həmin müqavilənin vicdanla
yerinə yetirilməsi haqqında dövlətin bəyanatı.
İkitərəfli müqavilə bağlanarkən onun iştirakçısı olan dövlətlər öz
ratifikasiya sənədlərini bir-birinə verir. Çoxtərəfli müqavilələrdə isə
ratifikasiya sənədləri depozitariyə saxlanmağa verilir.
Depo- zitari
müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin
razılığı ilə müəyyən olunan dövlət (adətən, müqavilənin imzalandığı
dövlət), beynəlxalq təşkilat və ya bu təşkilatın baş vəzifəli şəxsi deməkdir.
Məsələn, BMT çərçivəsində qəbul olunmuş müqavilələrin (o cümlədən
sözügedən 1969-cu il və
110