Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə33/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   114

siya razılaşmalanna) göstərdiyimiz- konvensiyalann müddəaları bilavasitə 
tətbiq olunmur. Bundan əlavə, daha bir mühüm şərt vardır ki o da tərəflərin 
həmin razılaşma vasitəsilə hüquqi münasibətlər, daha doğrusu, özləri üçün 
məcburi  öhdəliklər  yaratmaq  niyyətinin 
olmasıdır.  Belə  bir  niyyət 
olmamışsa,  razılaşmanın  özü  və  onun  bağlanması  prosesi  bütün  müvafiq 
tələblərə  cavab  versə  belə,  beynəlxalq  müqavilədən  danışmaq  olmaz. 
Məsələn, 1975-ci il Helsinki Yekun aktı müqavilə sayılmır. 
Hər  bir  beynəlxalq  müqavilənin  müəyyən  obyekti  və  məqsədi  olur. 
Müqavilənin obyekti
 dedikdə, həmin müqavilənin yönəldiyi maddi və ya 
qeyri-maddi  nemət,  hərəkət  və  ya  müəyyən  hərəkətdən  çəkinmə  başa 
düşülür. Bir qayda olaraq, müqavilənin obyekti onun adında öz əksini tapır. 
Müqavilənin  məqsədi
  isə  müqaviləni  qəbul  edən  dövlətlərin  (və  ya 
beynəlxalq  təşkilatların)  nəyi  həyata  keçirmək  və  ya  nəyə  nail  olmaq 
istədiklərini  göstərir.  Müqavilənin  məqsədi  və  ya  məqsədləri,  bir  qayda 
olaraq,  müqavilənin  pream-  bulasında  və  yaxud  ilk  maddələrdə  ifadə 
olunur. Məsələn, BMT Nizamnaməsinin 1-ci maddəsində Nizamnamənin 
qəbul olunmasının məqsədləri bəyan olunmuşdur. 
3.
 
Beynəlxalq müqavilədə tərəflər 
1969-cu  il  və  1986-cı  il  Konvensiyalanna  görə,  müvafiq  olaraq 
dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 
1969-cu  il  Konvensiyasına  görə,  «hər  bir  dövlət  müqavilələr 
bağlamaq hüquq qabiliyyətinə malikdir» (6-cı maddə). Dövlətlərin hüquq 
qabiliyyəti,  artıq  qeyd  edildiyi  kimi,  universal  xarakter  daşıyır.  Dövlət 
istənilən  sahədə  müqavilə  bağlaya  bilər  və  istənilən  digər  müqaviləyə 
qoşula  bilər.  Düzdür,  ikinci  halda  bu,  müqavilə  qapalı  olmadığı  halda 
mümkündür;  belə  ki,  bəzi  beynəlxalq  sazişlərə  yalnız  müəyyən  regionda 
yerləşən  dövlətlər  (məsələn,  bu,  Avropa  Şurasının  Nizamnaməsində 
nəzərdə tutulmuşdur) və ya 
102 


sazişin  bütün  iştirakçılannm  razılığı  ilə  hər  hansı  dövlət  tərəf  ola  bilər 
(məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il Roma 
Müqaviləsi).  Beynəlxalq  təşkilatlara  gəldikdə  isə,  onlar  həm  dövlətlərlə, 
həm də digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər. 1986-cı il 
Konvensiyasında deyilir: «Bcynəl- xalq təşkilatlann müqavilələr bağlamaq 
hüquq qabiliyyəti bu təş- kilatlann qaydalan ilə tənzimlənir» (6-eı maddə). 
Göründüyü kimi, beynəlxalq təşkilatın hansı müqaviləyə tərəf ola bilməsi, 
əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır. 
Beynəlxalq  hüququn  digər  subyektləri  də  bu  və  ya  digər  dərəcədə 
beynəlxalq  müqavilə  bağlaya  bilərlər.  Məsələn,  xarici  işğaldan  və  ya 
müstəmləkəçilikdən  azad  olmaq  uğrunda  mübarizə  aparan  xalqı  rəsmi 
təmsil  edən  qurumlar  beynəlxalq  sazişlərdə  iştirak  edə  bilərlər.  Fələstin 
Azadlıq  Təşkilatının  bir  sıra  beynəlxalq  sazişə  tərəf  olması  bizə  yaxşı 
məlumdur. 
1986-cı ildə bağlanmış Nüvə qəzası barəsində operativ xəbər- vermə 
haqqında  Konvensiyada  nəzərdə  tutulurdu  ki,  bu  Konvensiya  bütün 
dövlətlər,  regional  təşkilatlar  da  daxil  olmaqla,  beynəlxalq  təşkilatlar  və 
Namibiya  (1990-cı  ildə  müstəqilliyi  elan  olunmuş  Namibiyanı  həmin 
Konvensiya ilə bağlı danışıqlarda Namibiya üzrə BMT Şurası təmsil edirdi) 
tərəfindən imzalanmaq üçün açıqdır. 
«Müqavilənin  tərəfı»  anlayışından  danışarkən,  sözü  gedən  Vyana 
Konvensiyalarında işlədilmiş digər uyğun terminləri də bilmək lazımdır. Bu 
terminlər  aşağıdakılardır: 
((danışıqlarda  iştirak  edən  dövlət»
  (və  ya 
beynəlxalq təşkilat) - yəni müqavilənin mətninin hazırlanmasında və qəbul 
edilməsində  iştirak  etmiş  dövlət  (və  ya  beynəlxalq  təşkilat); 
((Razılığa 
gələn  dövlət»  -
  yəni  müqavilənin  qüvvəyə  minib-minməməsindən  asılı 
olmayaraq,  müqavilənin  məcburiliyinə  öz  razılığını  vermiş  dövlət; 
((iştirakçı dövlət» -
 yəni müqavilənin məcburiliyinə öz razılığını vermiş və 
müqavilənin  onun  üçün  qüvvəyə  mindiyi  dövlət;  «üçüncü  dövlət»  -  yəni 
müqavilənin tərəfi olmayan dövlət. 
103 


4.
 
Beynəlxalq müqavilələrin təsnifatı 
Beynəlxalq  müqavilələri  aşağıda  göstərilmiş  əsaslara  görə  ayn-  ayn 
növlərə bölmək olar: 
I
 

iştirakçıların dairəsinə görə: 
1)
 
ikitərəfli
 müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr); 
2)
 
çoxtərəfli
  müqavilələr  (ikidən  artıq  dövlətin  iştirakçısı  olduğu 
beynəlxalq  müqavilələr.  Çoxtərəfli  müqavilələr  arasında  dünya 
dövlətlərinin  ümumi  mənafeyini  əks  etdirən,  ümumi  məsələlərin  həllinə 
yönəlmiş 
universal müqavilələr
 xüsusi yer tutur. 
II
 

dövlətlərin  həmin  beynəlxalq  müqavilələrdə  iştirak  etmək 
imkanına görə: 
1)
 
açıq müqavilələr
 (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi 
maneə olmadan tərəf ola bilər); 
2)
 
qapalı  müqavilələr
  (bu  müqavilələrin  anlayışını  yuxanda 
vennişdik). 
III
 

məzmununa görə: 
1)
 
siyasi müqavilələr.
 Bu müqavilələrə, əsasən, aşağıdakılar aiddir: 
a)
 
müttəfiqlik haqqında müqavilələr - bu cür müqavilələrin iştirakçısı 
olan  dövlətlər  özlərinin  müəyyən  mənafelərini  qorumaq  məqsədilə  birgə 
fəaliyyət göstərməyi öhdələrinə götürürlər; 
b)
 
qarşılıqlı  yardım  haqqında  müqavilələr  -  iştirakçı  dövlətlər 
bir-birinə bu və ya digər sahədə yardım göstərməyi öz üzərlərinə öhdəlik 
kimi götürürlər; 
c)
 
neytrallıq haqqında müqavilər 

bu müqavilələr vasitəsilə iştirakçı 
dövlətlər öz üzərlərinə öhdəlik götürürlər ki, hər hansı hərbi əməliyyatlarda 
iştirak etməsinlər və müəyyən əraziləri hərbi bazaya çevirməsinlər; 
ç)  sülh  müqavilələri  -  bu  müqavilələr  müharibə  vəziyyətini  hüquqi 
baxımdan  başa  çatdırır  və  müharibədən  sonrakı  siyasi  və  digər 
münasibətləri müəyyən edir. 
2)
 
iqtisadi müqavilələr.
 Buraya daxildir:
 
a)
 
ticarət müqavilələri; 
104 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə