1986-cı il Vyana Konvensiyalannm) dcpozitarisi, bir qayda olaraq,
BMT-nin Baş Katibidir.
Vyana Konvensiyalanna göro, depozitari bu
funksiyaları
yerinə
yetirir: a) vəkalətlər, ratifikasiya sənədləri, qoşulma sənədləri kimi
sənədlərin saxlanılması; b) müqavilənin əslindən təsdiq olunmuş nüsxələrin
hazırlanması və müqavilənin iştirakçısı olan və iştirakçısı olmaq hüququ
olan dövlətlərə və beynəlxalq təşkilatlara göndərilməsi; c) saxlanmağa
verilmiş hər bir ratifikasiya sənədi, habelə qeyd-şərtlər və onlara etirazlar və
müqavilənin qüvvəyə minməsi haqqında müqavilənin iştirakçılanna
məlumat verilməsi və s.
Təsdiq etmə
və
qəbul etmə
ratifikasiyaya çox yaxındır,
lakin nisbətən
sadələşdirilmiş prosedur hesab olunur. Müqavilənin məc- buriliyinə bu
yollarla razılıq, adətən, dövlət başçısı və parlament tərəfindən deyil,
dövlətin digər orqanlan tərəfindən verilir.
Nəhayət, beynəlxalq müqavilənin məcburiliyinə razılıq həmin
müqaviləyə
qoşulmaq
vasitəsilə ifadə oluna bilər. Dövlət, adətən, artıq
qüvvəyə minmiş müqaviləyə qoşulur. Müqaviləyə həm onun mətninin
hazırlanmasında və qəbul edilməsində iştirak etməmiş dövlətlər, həm də
müqaviləni artıq imzalamış, lakin həmin müqavilənin qüvvəyə minməsinə
qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Hər bir
müqaviləyə necə qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur.
Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında
digər sənədin (nota, məktub və s.) saxlanılmağa verilməsi yolu ilə həyata
keçirilir.
8.
Beynəlxalq müqaviləyə dair qeyd-şərtlər
Beynəlxalq müqavilənin məcburiliyinə hər hansı yolla razılıq
verərkən dövlət (və ya beynəlxalq təşkilat) bəyan edə bilər ki,
müqavilənin hər hansı müddəasını qəbul etmək istəmir. Belə bir
bəyanat vasitəsilə dövlət həmin müddəanı ya ümumiyyətlə qəbul etmir,
ya da onun məzmununu özü üçün dəyişdirir. Buna beynəlxalq
müqavUələr hüququnda qeyd-şərt deyUir.
111
Müqaviləyə dair qcyd-şərt irəli sürmək imkanı dövlətin suveren
iradəsinin ifadəsidir, belə ki, dövlət müqavilənin bütün mətnini qəbul etdiyi
halda, onun hər hansı norması ilə razılaşmaya bilər. Lakin bu sərbəstlik
qeyri-məhdud deyil; əgər; 1) qeyd-şərt müqavilənin obyekti və məqsədi ilə
bir araya sığmırsa; 2) müqavilə qeyd-şərtlərin edilməsini, ümumiyyətlə,
qadağan edirsə (məsələn, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası;
Köləliyin, kölə alverinin və köləliyə oxşar olan institut və adətlərin ləğv
edilməsi haqqında 1956-eı il Əlavə Konvensiyası və b.) və 3) məhz belə bir
qeyd-şərtin edilməsi konkret müqavilədə yol verilmirsə.
Qeyd-şərt yazılı formada olmalı və müqavilənin iştirakçısı olan bütün
digər dövlətlərin diqqətinə çatdırılmalıdır.
Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən
gec olmayaraq buna yazılı formada etiraz edə bilər. Lakin belə bir etirazın
edilməsi bu dövlətlə qeyd-şəıti etmiş dövlət arasmda müqavilənin qüvvəyə
minməsinə maneə yaratmır. Bu iki dövlət arasmda yalnız qeyd-şərtin aid
olduğu müddəa qüvvəyə minmir. Bummia belə, qeyd-şərtə etiraz edən
dövlət bəyan edə bilər ki, müqavilə bütövlükdə iki müvafiq dövlətin
arasında qüvvəyə minməyəcəkdir.
Qcyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə, geri
götürülə bilər.
Müqaviləni imzalayarkən, ratifikasiya edərkən və s. dövlətlər bəzən
bu və ya digər müddəanın necə başa düşülməsi və ya onun əhəmiyyəti ilə
bağlı
bəyanatlar
verirlər; bunlar qeyd-şərtlərdən fərqləndirilməlidir. Belə
ki, bu cür bəyanatlar müqavilənin hər hansı müddəasını dəyişdinnir və ya
onu aradan götürmür.
9.
Beynəlxalq müqavilənin
qeydə alınması və dərc edilməsi
BMT Nizamnaməsinin 102-ci maddəsinə görə, BMT üzvləri
tərəfindən bağlanmış hər bir beynəlxalq müqavilə BMT-nin Katibliyində
qeydə alınmalıdır. Qeydə alma müqavilənin hüquqi qüvvəsinə təsir etmir;
sadəcə olaraq, bu cür qeydə alınmamış müqavilələrə dövlətlər BMl'-nin
orqanlannda istinad edə bilməzlər.
112