Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə37/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   114

11.
 
Beynəlxalq müqavilənin təfsiri 
Müqavilənin təfsiri  onun müddəalarının  mənasının  aydınlaşdırılması 
və ya izah edilməsi deməkdir. 
Beynəlxalq müqavilənin təfsiri bir sıra prinsiplərə söykənir. Müqavilə 
hər  şeydən  əvvəl  vicdanla  təfsir  edilməlidir.  Müqavilədə  istifadə  olunan 
terminlər  onların  adi  mənasında  və  habelə  müqavilənin  obyekti  və 
məqsədləri  kontekstində  başa  düşülməlidir.  Hər  hansı  terminə  yalnız  o 
zaman  xüsusi  məna  verilə  bilər  ki,  müqavilənin  tərəflərinin  məhz  belə 
niyyəti  olsun.  Müqavilə  onun  pream-  bulası,  Əlavələri  və  ona  aid  olan 
istənilən  sazişlə  birgə,  həmin  müqavilənin  tətbiqi  praktikası  nəzərə 
alınmaqla, təfsir edilməlidir. Əgər müqavilə hər biri autentik olan iki və ya 
daha  artıq  dildə  tərtib  olunmuşsa,  bu  halda  hər  bir  dildəki  mətn  bərabər 
qüvvəyə  malik  olur.  Lakin  onların  müqayisəsi  zamanı  müxtəliflik  ortaya 
çıxırsa, onda bu mətnləri daha çox uzlaşdıran mənaya üstünlük verilir. 
Təfsirin subyektlərinə görə üç növü
 
vardır: 
-
 
müqavilənin  ayn-ayn  iştirakçıları  tərəfindən  edilən  təfsir.  Bu, 
birtərəfli  aktdır  və  təbii  ki,  müqavilənin  digər  iştirakçılan  üçün  məcburi 
xarakter daşımır; 
-
 
autentik  təfsir
 
-  müqavilənin  iştirakçılan  tərəfindən  razılaşdırılmış 
təfsir.  Nota  mübadiləsi,  protokol  və  s.  formada  həyata  keçirilən  bu təfsir 
məcburi xarakter daşıyır; 
-
 
beynəlxalq təfsir 
-
  beynəlxalq  orqanlar  tərəfindən  həyata  keçirilən 
təfsir.  Bəzi  müqavilələrdə  (məsələn,  Soyqınm  cinayətinin  qarşısının 
alınması  və  cəzalandınlması  haqqında  1948-ci  il  Konvensiyası),  onlann 
təfsiri  ilə  bağlı  mübahisələr  olarkən  tərəflərin  BMT-nin  Beynəlxalq 
Məhkəməsinə və ya digər müvafiq orqana müraciət etməli olması nəzərdə 
tutulmuşdur.  Bu  orqanlann  verdikləri  təfsir  mübahisənin  tərəfləri  üçün 
məcburi xarakter daşıyır. 
Təfsirin bir neçə üsulu
 
vardır: 
-
 
qrammatik təfsir; 
-
 
məntiqi təfsir; 
-
 
sistematik təfsir; 
114 


-
 
tarixi təfsir; 
-
 
teleoloji təfsir; 
-
 
dinamik və ya evolyutiv təfsir. 
12.
 
Beynəlxalq müqavilələrin etibarlılığı 
Beynəlxalq  müqavilənin  etibarlılığı  onun  məzmununun  və 
bağlanması  qaydasının  beynəlxalq  hüquq  normalarına  uyğun  olması 
deməkdir. 
Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün 
qanuni  hüquq  və  öhdəliklər  yaradır.  Beləliklə,  beynəlxalq  müqavilənin 
formal qüvvədə olması hələ onun etibarlı olması demək deyil. Doğrudur, 
qüvvəyə  minmiş  hər  bir  beynəlxalq  müqavilənin  etibarlı  olması  güman 
edilir,  yəni  müqavilənin  hüquqi  cəhətdən  etibarsız  olması  hər  bir  halda 
müəyyən  olunmalıdır.  Başqa  sözlə,  beynəlxalq  hüquqda  müqavilənin 
etibarlılığı 
prezumpsiyasx 
möveuddur. 
Beynəlxalq müqavilənin etibarsızlığı 
mütləq
 və 
nisbi
 ola bilər. 
Mütləq  etibarsızlıq
  müqavilənin,  tərəflərin  iradəsindən  asılı 
olmayaraq,  yəni  onların  bu  müqaviləni  hüquqauyğun  hesab  edib- 
etməməsindən  asılı  olmayaraq, 
bağlandığı  andan
  (ab  initio)  tamamilə 
etibarsız olması deməkdir. Müqavilə aşağıdakı əsaslarla mütləq etibarsızdır: 
1) əgər müqavilə jus eogens normasına ziddirsə; 
2)
 
müqavilə güclə hədələmə və  ya güc tətbiqi vasitəsilə bağlanmışsa; 3) 
müqavilə  dövlət  nümayəndəsinə  qarşı  məcburiyyət  tətbiq  edilməklə 
bağlanmışsa. 
Nisbi  etibarsızlıq
  müqavilənin,  yalnız  tərəflərdən  birinin  onun 
hüquqauyğunluğunu şübhə altına alması ilə ortaya çıxır. Nisbi etibarsızlığın 
əsasları  bunlardır:  1)  dövlətdaxili  qanunvericiliyin  beynəlxalq  müqavilə 
bağlamaq səlahiyyətini müəyyən edən xüsusi əhəmiyyətli normasının açıq 
şəkildə po
2
nılması; 2) müqavilənin bağlanması zamanı mövcud olmuş və 
müqavilənin məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmiş fakt və 
ya  situasiya  ilə  bağlı  səhvin  olması;  3)  dövlət  nümayəndəsinin  qanunsuz 
yolla ələ 
115 


alınması;  4)  dövlotin  danışıqlarda  iştirak  cdon  digər  dövlət  tərəfindən 
aldadılması. 
Etibarsız  müqavilənin  əsas 
nəticəsi
  ondan  ibarətdir  ki,  o  öz  hüquqi 
qüvvəsini itinniş olur. Bundan əlavə, bu cür müqaviləyə pacta sunt scr/anda 
prinsipi  şamil  olunmur  və  o,  birtərəfli  qaydada  ləğv  edilə  bilər.  Belə 
müqavilənin əsasında artıq hansısa hərəkətlər törədilmişsə, bu zaman hər 
bir tərəf bu hərəkətlərin törədilməsindən qabaq mövcud olmuş vəziyyətin 
(status  quo  ante-nin)  mümkün  olan  dərəcədə  bərpa  edilməsini  tələb  edə 
bilər. 
13.
 
Beynəlxalq müqavilənin xitam olunması 
Beynəlxalq  müqavilənin  xitam  olunması  onun  tərəflər  üçün  öz 
məcburi qüvvəsini itirməsi deməkdir. Müqavilə aşağıdakı əsaslarla xitam 
oluna bilər: 
1)
 
müqavilənin bağlandığı müddətin başa çatması. 
Müddətli müqavilə, əgər hər hansı bir yolla prolonqasiya edilməmişsə, 
göstərilən müddət bitdikdən sonra xitam olunmuş sayılır. 
2)
 
müqavilə öhdəliklərinin icra olunmasu 
Tərəflərin  müqavilədə  nəzərdə  tutulmuş  öz  öhdəliklərini  tam  icra 
etməsi ilə, əgər müqavilədə bu, xüsusi olaraq göstərilibsə, həmin müqavilə 
xitam olunmuş sayılır. 
3)
 
müqavilənin bütün iştirakçılarının razılığı ilə. 
Beynəlxalq müqavilə onun iştirakçılannm ümumi razılığı ilə 
istənilən vaxt ləğv edilə bilər. 
Məsələn,  Dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  yardım  haqqında  1955-ci  il  Varşava 
Müqaviləsinin  iştirakçısı  olan  dövlətlər  1991-ci  il  iyulun  1-də  bu  Müqavilənin  xitam 
olunması barədə protokol imzalamışdılar. 
4)
 
eyni  məsələ  üzrə  və  eyni  dövlətlər  arasında  yeni  müqavilənin 
bağlanması, 
Lex  posteriori  derogat  legi  priori  prinsipinə  görə,  bu  halda  əvvəlki 
müqavilə öz hüquqi əhəmiyyətini itirmiş olacaqdır. 
5)
 
denonsasiya. 
116 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə